“Şah İsmayıl” ordeninin statutu və təsvirinin dəyişdirilməsi təsdiqlənib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 15:41 | Şərh sayı: (0) | Baxılıb: 251
“Şah İsmayıl” ordeninin statutu və təsvirinin dəyişdirilməsi təsdiqlənib
Prezident İlham Əliyev “Şah İsmayıl” ordeninin statutu və təsvirinin təsdiq edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 64-VQD nömrəli qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, dövlət başçısı qanunun tətbiqini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə sənədlə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək göstərişi verib.
“Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 755 nömrəli Qanununda aşağıdakı dəyişikliklər edilib:
1. Həmin Qanunla təsdiq edilmiş “Şah İsmayıl” ordeninin təsviri” aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin təsviri
Maddə 1. Ordenin ümumi təsviri
Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeni (bundan sonra - orden) biri digərinin üzərində yerləşdirilmiş, biri digərinə nisbətən ox ətrafında dönmüş iki səkkizguşəli ulduzdan ibarətdir. Arxa şüalar platindən, ön şüalar qızıldandır.
Maddə 2. Ordenin ön tərəfi
Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunmuşdur. Girdə lövhənin aşağısında çevrə boyunca “Şah İsmayıl” sözləri yazılmışdır.
Maddə 3. Ordenin arxa tərəfi
Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur.
Maddə 4. Ordenin elementləri
4.0. Təltif dəstinə aşağıdakılar daxildir:
4.0.1. boyundan asmaq üçün 37 mm enində, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı lenti olan 50 mm qabarit ölçülü orden;
4.0.2. paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilmişdir;
4.0.3. paltara bərkidilmək üçün elementi olan, xara lentə uyğun, ölçüsü 37 mm x 10 mm olan 2 ədəd qəlib. Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində qoşa sarı xətli qırmızı rəngli dairəvi element vardır.”.
2. Həmin Qanuna əlavə edilmiş “Şah İsmayıl” ordeninin eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər