Quranın “Fil” surəsində adı çəkilən “əbabil” quşları nə deməkdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 10-12-2015, 20:52 | Şərh sayı: (0) | Baxılıb: 1096
Quranın “Fil” surəsində adı çəkilən “əbabil” quşları nə deməkdir?
Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə quş Qırmızı dəniz tərəfdən uçub gəldi. Onların hər biri dimdiyində və iki caynağında daş tutmuşdu. Quşlar bu daşları əsgərlərin başına atdılar. Daşlar hər kimə dəyirdisə, bədənində yara əmələ gətirirdi və həmin əsgər tezliklə ölürdü. Təfsir kitablarında yazılıb ki, əbabil – çöl qaranquşuna oxşar kiçik quş növüdür. Alimlərin bir qismi burada “əbabil” sözünü quşların növü kimi deyil, ümumilikdə “dəstə”, “sürü” mənasında izah etmişdir. Bəzi təfsir alimləri əslində həmin gün quşlar tərəfindən bəla gəldiyini deyil, Əbrəhənin qoşununun yoluxucu xəstəliyə tutulduğunu iddia etmişlər. Lakin ayədə “əbabil” sözü ilə yanaşı “tayr”, yəni “quş” sözünün işlənməsi bu nəzəriyyəni ciddi şübhə altına alır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər