“Dəhvul Ərz” axşamı və gününün fəzilət və əməlləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-12-2015, 23:08 | Şərh sayı: (0) | Baxılıb: 637
“Dəhvul Ərz” axşamı və gününün fəzilət və əməlləri
“Dəhvul Ərz” axşamı və gününün fəzilət və əməlləri
Zil-qə`də ayının 25-ci günü “Dəhvul-ərz” günüdür. Bu gündə yer kürəsi su ilə örtülü olduğu halda qüdrət sahibi olan Allah Kəbə evinin altından yeri genişləndirdi. Olduqca şərafətli olan bu gecədə Allahın rəhməti nazil olur.
Bu gecə ibadət etməyin çoxlu savabları var və Həsən ibn Əli Vəşşadan nəql olunan rəvayətdə belə deyir: mən uşaq olanda atamla Zil-qə`də ayının iyirmi beşinci günün axşamı həzrət imam Rzanın (ə) yanında şam yedik. Həzrət buyurdu: bu gecə həzrət İbrahim (ə) və həzrət İsa (ə) anadan olub, yer Kəbə evinin altından genişlənib. Belə isə kim bu günün gündüzünü oruc tutarsa elə bil ki, altmış il oruc tutan şəxs kimidir. Başqa bir hədisdə var ki, buyurub: Həzrət Qaim (əc.f) qiyam edəcək. Zil-qə`də ayının iyirmi beşinci günü “Dəhvul-ərz”günüdür. Bu gün, bir gündə oruc tutmaqla fəziləti bütün il boyu tutulan oruclardan üstün olan dörd gündən biridir. Hədisdə nəql olunur ki, bu günün orucu yetmiş ilin orucuna bərabərdir və başqa bir hədisdə gəlib ki, bu gündə oruc tutmaq yetmiş ilin kəffarəsidir. Kim bu günün gündüzü oruc tuta axşamı ibadətlə məşğul olarsa onun üçün yüz ilin ibadəti yazılar və bu günün oruc tutanı üçün yer və göy arasında olan hər bir şey istiğfar edəcək.
Belə olan halda gəlin bu günün əməllərindən maksimum faydalanaq.
“Dəhvul Ərz” gününün əməlləri
Bu günün özünəməxsus əməlləri vardır ki, qüsl almaq, oruc tutmaq, ibadət və Allahı çoxlu zikr etməkdən əlavə iki məxsus əməl də, vardır:
Birinci: qələm sahibi olan şiə alimlərindən nəql olunan hədisdə iki rükət namaz da qeyd olunub ki, bu namazın vaxtı günəş qalxandan sonra zöhrdən isə qabaq qılınmalıdır. Namazın qılınma qaydası belədir hər rükətdə “Həmd” surəsindən sonra beş dəfə “Şəms” surəsini oxumaq lazımdır, salamlardan sonra
لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ
La hovlə vəla quvvətə illə billəhil Əliyyil Əzim (Allahdan başqa heç bir güc qüdrət yoxdur).
Bundan sonra dua et və bu duanı oxu:
يَا مُقِيلَ الْعَثَرَاتِ أَقِلْنِي عَثْرَتِي يَا مُجِيبَ الدَّعَوَاتِ أَجِبْ دَعْوَتِي يَا سَامِعَ الْأَصْوَاتِ اسْمَعْ صَوْتِي وَ ارْحَمْنِي وَ تَجَاوَزْ عَنْ سَيِّئَاتِي وَ مَا عِنْدِي يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ.
Ya Muqiləl-əsarati əqilni əsrəti, ya mucibəd-də`əvati əcib də`vəti, ya samiəl əsvati ismə` səvti, vərhəmni vətəcavəz ən səyyiati və ma indi, ya zəlcəlali vəl ikram. (Ey bəndələrinin büdrəmələrinə görə Özünü görməməzliyə vuran Allah, mənim büdrəmələrimi görməmiş kimi qəbul et, ey dualari qəbul edən, dualarımı qəbul et, ey səsləri eşidən səsimi eşit, mənə rəhm et, pisliklərimdən və mənim yanımda olan şeylərdən keç, ey İkram və Cəlal sahibi olan Allah!
İkinci: aşağıdakı duanı oxumaq
Ərəbcə mətni
اللَّهُمَّ دَاحِيَ الْكَعْبَةِ وَ فَالِقَ الْحَبَّةِ وَ صَارِفَ اللَّزْبَةِ وَ كَاشِفَ كُلِّ كُرْبَةٍ أَسْأَلُكَ فِي هَذَا الْيَوْمِ مِنْ أَيَّامِكَ الَّتِي أَعْظَمْتَ حَقَّهَا وَ أَقْدَمْتَ سَبْقَهَا وَ جَعَلْتَهَا عِنْدَ الْمُؤْمِنِينَ وَدِيعَةً وَ إِلَيْكَ ذَرِيعَةً وَ بِرَحْمَتِكَ الْوَسِيعَةِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ عَبْدِكَ الْمُنْتَجَبِ فِي الْمِيثَاقِ الْقَرِيبِ يَوْمَ التَّلاقِ فَاتِقِ كُلِّ رَتْقٍ وَ دَاعٍ إِلَى كُلِّ حَقٍّ وَ عَلَى أَهْلِ بَيْتِهِ الْأَطْهَارِ الْهُدَاةِ الْمَنَارِ دَعَائِمِ الْجَبَّارِ وَ وُلاةِ الْجَنَّةِ وَ النَّارِ وَ أَعْطِنَا فِي يَوْمِنَا هَذَا مِنْ عَطَائِكَ الْمَخْزُونِ غَيْرَ مَقْطُوعٍ وَ لا مَمْنُوعٍ [مَمْنُونٍ] تَجْمَعُ لَنَا بِهِ التَّوْبَةَ وَ حُسْنَ الْأَوْبَةِ، يَا خَيْرَ مَدْعُوٍّ وَ أَكْرَمَ مَرْجُوٍّ يَا كَفِيُّ يَا وَفِيُّ يَا مَنْ لُطْفُهُ خَفِيٌّ الْطُفْ لِي بِلُطْفِكَ وَ أَسْعِدْنِي بِعَفْوِكَ وَ أَيِّدْنِي بِنَصْرِكَ وَ لا تُنْسِنِي كَرِيمَ ذِكْرِكَ بِوُلاةِ أَمْرِكَ وَ حَفَظَةِ سِرِّكَ وَ احْفَظْنِي مِنْ شَوَائِبِ الدَّهْرِ إِلَى يَوْمِ الْحَشْرِ وَ النَّشْرِ وَ أَشْهِدْنِي أَوْلِيَاءَكَ عِنْدَ خُرُوجِ نَفْسِي وَ حُلُولِ رَمْسِي وَ انْقِطَاعِ عَمَلِي وَ انْقِضَاءِ أَجَلِي اللَّهُمَّ وَ اذْكُرْنِي عَلَى طُولِ الْبِلَى إِذَا حَلَلْتُ بَيْنَ أَطْبَاقِ الثَّرَى وَ نَسِيَنِيَ النَّاسُونَ مِنَ الْوَرَى وَ أَحْلِلْنِي دَارَ الْمُقَامَةِ وَ بَوِّئْنِي مَنْزِلَ الْكَرَامَةِ، وَ اجْعَلْنِي مِنْ مُرَافِقِي أَوْلِيَائِكَ وَ أَهْلِ اجْتِبَائِكَ وَ اصْطِفَائِكَ وَ بَارِكْ لِي فِي لِقَائِكَ وَ ارْزُقْنِي حُسْنَ الْعَمَلِ قَبْلَ حُلُولِ الْأَجَلِ بَرِيئا مِنَ الزَّلَلِ وَ سُوءِ الْخَطَلِ اللَّهُمَّ وَ أَوْرِدْنِي حَوْضَ نَبِيِّكَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ اسْقِنِي مِنْهُ مَشْرَبا رَوِيّا سَائِغا هَنِيئا لا أَظْمَأُ بَعْدَهُ وَ لا أُحَلَّأُ وِرْدَهُ وَ لا عَنْهُ أُذَادُ وَ اجْعَلْهُ لِي خَيْرَ زَادٍ وَ أَوْفَى مِيعَادٍ يَوْمَ يَقُومُ الْأَشْهَادُ اللَّهُمَّ وَ الْعَنْ جَبَابِرَةَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ بِحُقُوقِ [لِحُقُوقِ] أَوْلِيَائِكَ الْمُسْتَأْثِرِينَ اللَّهُمَّ وَ اقْصِمْ دَعَائِمَهُمْ وَ أَهْلِكْ أَشْيَاعَهُمْ وَ عَامِلَهُمْ وَ عَجِّلْ مَهَالِكَهُمْ وَ اسْلُبْهُمْ مَمَالِكَهُمْ وَ ضَيِّقْ عَلَيْهِمْ مَسَالِكَهُمْ وَ الْعَنْ مُسَاهِمَهُمْ وَ مُشَارِكَهُمْ. اللَّهُمَّ وَ عَجِّلْ فَرَجَ أَوْلِيَائِكَ وَ ارْدُدْ عَلَيْهِمْ مَظَالِمَهُمْ وَ أَظْهِرْ بِالْحَقِّ قَائِمَهُمْ وَ اجْعَلْهُ لِدِينِكَ مُنْتَصِرا وَ بِأَمْرِكَ فِي أَعْدَائِكَ مُؤْتَمِرا اللَّهُمَّ احْفُفْهُ بِمَلائِكَةِ النَّصْرِ وَ بِمَا أَلْقَيْتَ إِلَيْهِ مِنَ الْأَمْرِ فِي لَيْلَةِ الْقَدْرِ مُنْتَقِما لَكَ حَتَّى تَرْضَى وَ يَعُودَ دِينُكَ بِهِ وَ عَلَى يَدَيْهِ جَدِيدا غَضّا وَ يَمْحَضَ الْحَقَّ مَحْضا وَ يَرْفِضَ الْبَاطِلَ رَفْضا اللَّهُمَّ صَلِّ عَلَيْهِ وَ عَلَى جَمِيعِ آبَائِهِ وَ اجْعَلْنَا مِنْ صَحْبِهِ وَ أُسْرَتِهِ وَ ابْعَثْنَا فِي كَرَّتِهِ حَتَّى نَكُونَ فِي زَمَانِهِ مِنْ أَعْوَانِهِ اللَّهُمَّ أَدْرِكْ بِنَا قِيَامَهُ وَ أَشْهِدْنَا أَيَّامَهُ وَ صَلِّ عَلَيْهِ [عَلَى مُحَمَّدٍ] وَ ارْدُدْ إِلَيْنَا سَلامَهُ وَ السَّلامُ عَلَيْهِ [عَلَيْهِمْ] وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ.
Oxunuşu
Allahummə dahiyəl Kə`bəti və faliqəl həbbəti və sarifəl ləzbəti və kaşifə kulli kurbətin, əs-əlukə fi hazəl yəvmi min əyyamikəl-ləti, ə`zəmtə həqqəha və əqdəmtə səbqahə və cə-əltəha indəl mu-mininə vədi-ətən və iləykə zəriətən və birahmətikəl vəsiəti, ən tusəliyə əla Muhəmmədin əbdikəl muntəcəbi fil misaqil qaribi yəvmət təlaqi fatiqi kulli ratqin və dain ila kulli həqqin və əla əhli-bəytihil ətharil hudatil mənari, dəaimil cəbbari və vulatil Cənnəti vən nari və ə`tina fi yəvmina haza min ətaikəl məxzuuni ğayra məqtuin vəla məmnuin, təcməu ləna bihit təvbətə və husnəl əvbəh,
Ya xəyrə məd`uvvin və əkrəmə mərcuvvin, ya kəfiyyu, ya vəfiyyu, ya mən lutfuhu xafiyyun ultuf li bilutfikə və əs`idni biəfvikə və əyyidni binəsrikə vəla tunsini kərimə zikrikə bivulati əmrikə və həvəzəti sirrikə vəhfəzni min şəvaibid dəhri ila yəvmil həşri vən nəşri və əşhidni əvliyaəkə ində xuruci nəfsi və hululi ramsi, vənqitai əməli, vənqizai əcəli, Allahummə vəzkurni əla tulil bila iza hələltu bəynə ətbaqis səra, və nəsiyəniyən nasunə minəl vəra və əhlilni darəl muqaməti və bəvvi`ni mənziləl kəraməh, Vəc`əlni min murafiqi əvliyaikə və əhli ictibaikə vəstifaikə, və barik-li fi liqaikə, vərzuqni husnəl əməli qəblə hululil əcəli, bəriən minəz-zələli, və suil xatali, Allahummə və əvridni həvzə nəbiyyikə Muhəmmədin səlləllahu ələyhi və alihi vəsqini minhu məşrəba rəviyya saiğən, həniən, la əzməu bədəhu və la vəla uhəlləu virdəhu, vəla ənhu uzadu, vəc`əlhu li xəyrə zadin və əvfa miadin yəvmə yəqumul əşhadu, Allahummə vəl`ən cəbabirətəl əvvəlinə vəl axirinə və bihuquqi əvliyaikəl mustə`sirin. Allahummə vəqsim dəaiməhum və əhlik əşyaəhum və amiləhum və əccil məhalikəhum vəslubhum məmalikəhum və zəyyiq ələyhim məsalikəhum, vəl`ən musahiməhum və muşarikəhum.
Allahummə və əccil fərəcə əvliyaikə vərdud ələyhim məzaliməhum və əzhir bilhəqqi qaiməhum vəcəlhu lidinikə muntəsira və biəmrikə fi ə`daikə mutəmira, Allahummə uhfufhu biməlaikətin nəsri və bima əlqəytə ilyəhi minəl əmri fi ləylətil qadri muntəqimən ləkə hətta tərza və yəuudə dinukə bihi və əla yədəyhi cədidən ğəzzən, və yəmhəzəl həqqə məhzən və yərfizəl batilə rəfzən, Allahummə səlli ələyhi və əla cəmi-i abaihi vəc-əlna min səhbihi və usratihi, vəb`əsna fi kərratihi hətta nəkunə fi zəmanihi min ə`vanihi, Allahummə ədrik bina qiyaməhu və əşhidna əyyaməhu və səlli ələyhi (əla Muhəmmədin) vərdud iləyna səlaməhu vəs səlamu ələyhi [ələyhim] və rəhmətullahi və bərəkatuhu.
Tərcüməsi
İlahi, ey Kəbəni genişləndirən və toxumu yaran və çətinlikləri döndərən, və hər bir giriftarçılığı aradan aparan, Günlərindən olan bu gündə Səndən istəyirəm, elə bir gün ki, onun haqqını böyük etdin, sabiqəsini önə saldın, onu iman əhlinin yanında əmanət və Özünə tərəf vasitə qərar verdin, və Öz rəhmətinə xatir yaxın peymanda, görüş günü, bütün bağlı işləri açan, və haqqa dəvət edən, seçilmiş bəndən, Məhəmmədə salam göndər, və onun yol görsədən, haqq yolu aydınlaşdıran, cabbar sütünlar, Cənnət və Cəhənnəmin qəyyumları olan pak Əhli-beytinə, tövbə etməyimizə və bizim üçün yaxşı qayıdış olmasına vasitə olsun deyə bizlərə kəsilməyən və qadağan olunmayan xəzinələrində olanlardan əta et.
Ey çağırılanların ən yaxşısı və ümid olunanların ən kərimlisi, ey kifayət edən, vəfadar, ey lütfi gizli olan, lütfünlə mənə lütf et, əfvinlə məni xoşbəxt et, köməyinlə məni təsdiq et, kərim olan zikrindən məni unutma, əmrinin qəyyumlarının, sirrini qoruyanların haqqına, rüzigarın giriftarçılığından dirilən gününə və Qiyamət gününə qədər məni qoru. Canım çıxdığı, qəbrimə girdiyim, işimin bitdiyi və ömrümün ötüb keçdiyi an, övliyalarını yanımda hazır et. İlahi, torpaq yığınına qarışdığım, çürüməm uzandığı, unutqan insanlar məni unutduğu zaman məni yada sal, iqamət evində məni endir və kəramət evində mənə yer ver.
Övliya dostlarından, dərgahında xüsusi seçdiklərindən qərar ver. Görüşünü mənə mübarək et, ömrümün sonu çatmamış, azğınlıqdan, əsassız söz və korlanmış məntiqdən pak olduğum halda mənə gözəl əməl ruzi et. İlahi mənə oeyğəmbərin Məhəmmədin (Allahın ona və ailəsinə salamı olsun) hovuzuna daxil et və ondan mənə içizdir, elə bir içmək ki, sirab edicidir, rəvan və büllurdur ki, ondan sonra heç vaxt susamayım. şahidlərin qalxdığı gün ona daxil olmağa tərəddüd etməyim, mənə qadağan olmasın, onu mənim üçün ən yaxşı azuqə və ən kamil vədə yeri qərar ver.
İlahi, keçmiş və gələcək məğrurlara lənət et, həmçinin övliyalarının haqqını nahaq yerə özlərinə götürənlərə lənət et. İlahi sütunlarını sındır və əməllərinin davamçılarını məhv et, tezliklə həlak olmalarına zəmin yarat, ölkələrini əllərindən al, yollarını onlara dar et və onlarla şərik olanlara lənət göndər.
İlahi dostlarının fərəcində tələs və onların talan olunmuş haqqlarını onlara qaytar, onlarin Qaimini haqq olaraq aşkar et, onu dininə köməkçi et, Sənin düşmənlərin üçün öz əmrinin sərkərdəsi qərar ver. İlahi, qələbə mələklərini həmişə onun dövrəsində saxla. razı qaldığın qədər, dinin onun vasitəsilə və onun əliylə yeni olana qədər, haqq kamil şəkildə xalis olana qədər, batil hərtərəfli şəkildə uzaqlaşana qədər Qədr gecəsində ona verdiyin göstərişi, Öz intiqamını alan qərar ver. İlahi, ona və bütün atalarına salam göndər, bizi onun yoldaşlarından və ailəsindən qərar ver. Qayıtdığı zaman bizi ruhlandır ki, əshabının sıralarında olaq. İlahi onun qiyamını dərk etməyi (görməyi) bizə ruzi et, onun rüzigarı dövründə bizi hazır et və ona salam göndər və onun salamını bizə çatdır. Allahın salamı və rəhməti ona olsun.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər