Namazın üç xüsusiyyəti |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 3-10-2015, 09:41 | Şərh sayı: (0) | Baxılıb: 427
Namazın üç xüsusiyyəti
Namazda üç əsas xüsusiyyət var; onlar insanların mənəvi paklığında və psixoloji tərbiyəsində namaza böyük rol bəxş edirlər.
Birincisi budur ki, İslamda müəyyən olunmuş formada – yəni xüsusi hərəkət və zikrlərə malik olan namaz təbii şəkildə namaz qılanı günah və çirkinlikdən uzaq durmağa çağırır: "Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirir". Bu ardıcıl dəvət hər kəsi bataqlıqlardan xilas edib yüksəltmək gücünə malikdir.
İkincisi budur ki, onda hər bir insanın həqiqi və fitri məşuqu olan Allah-Taalanın qarşısında ibadət və təzim hissini canlandırır, onun fitrətində yaradılmış bu parlaq həqiqətin unudulmamasını təmin edir.
Üçüncüsü budur ki, namaz qılanın canına və qəlbinə həyatın bütün sahələrində müvəffəqiyyətin əsas şərti olan aramlığı və dincliyi hədiyyə edir, əxlaqi tərbiyə üçün ciddi addım yolunda böyük maneə olan təşviş və iztirabı ondan uzaqlaşdırır.
Qeyd olunan bu üç xüsusiyyətin hər biri diqqətlə və dərindən araşdırılıb ölçülməyə layiqdir. Bu yolla namazın bir çox bilgiləri aşkara çıxacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər