İnsanları yaxşı işlərə doğru çağırıb, pis işlərdən çəkindirməyin əsas şərtləri hansılardır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 9-01-2016, 23:39 | Şərh sayı: (0) | Baxılıb: 304
İnsanları yaxşı işlərə doğru çağırıb, pis işlərdən çəkindirməyin əsas şərtləri hansılardır?
Sual: İnsanları yaxşı işlərə doğru çağırıb, pis işlərdən çəkindirməyin (əmr bil-məruf və nəhy ənil-münkər) əsas şərtləri hansılardır?
Cavab: İnsanları yaxşı əməllərə çağırıb, pis işlərdən çəkindirmək İslam dininin əsas göstərişlərindən və müsəlman əxlaqının mühüm cəhətlərindən biridir. Hətta cəfəri məzhəbində fürui-dinin 10 maddəsindən ikisini bunlar təşkil edir. Lakin bunun da öz şərtləri vardır. Əvvəla, insan etdiyi nəsihətin fayda verəcəyinə inanırsa, başqasını yaxşılığa çağırıb, pislikdən uzaqlaşdırmalıdır. Buna ümidi yoxdursa, öhdəsindən vəzifə götürülmüş olur. İkincisi, bu zaman insanın canına, malına və namusuna təhlükə yaranırsa, əmr bil-məruf və nəhy ənil-münkər etməyə də bilər. Üçüncüsü, bu işi xoşluqla, şirin dillə, başa salaraq, qarşı tərəfi alçaltmadan etmək lazımdır, yaxşı olar ki, təklikdə edilsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər