Nübüvvət, risalət və imamət bir-birindən nə ilə fərqlənir? |
Müəllif: L-e-y-l-a | Bölmə: Sual-Cavab | Vaxt: 19-12-2015, 15:12 | Şərh sayı: (0) | Baxılıb: 1061
Nübüvvət, risalət və imamət bir-birindən nə ilə fərqlənir?
Sual 23: Nübüvvət, risalət və imamət bir-birindən nə ilə fərqlənir?
Cavab: Allah tərəfindən əmr almış üç təbəqə mövcuddur: nəbilər, rəsullar və imamlar.
Nübüvvət məqamına çatmış şəxs (nəbi), Allahdan vəhy qəbul edir və vəhy göstərişlərinə ehtiyacı olanları məlumatlandırır.
Risalət məqamındakı şəxs isə təbliğ edir, ilahi hökmləri cəmiyyətdə yayır və düşüncələrdə inqilab etmək üçün çalışır.
İmamət məqamına seçilən şəxs isə ilahi hökmlər əsasında hökumət təşkil edərək, xalqa rəhbərlik edir. Əgər hökumət təşkil etməyə qüvvəsi çatmasa, imkan daxilində ilahi buyruqların yerinə yetirilməsinə səy göstərir.
İslam Peyğəmbəri (s) də daxil olmaqla, əksər peyğəmbərlər hər üç məqama malik olmuşlar: həm vəhy almış, həm bu vəhyi təbliğ etmiş, həm də ilahi hökmlərin icrası üçün çalışmışlar. İmam həm mənəvi rəhbər, həm təlimçi, həm də hakimdir.
Bütün imtahanlardan çıxmış İbrahim peyğəmbər (ə) imamlıq məqamı ilə mükafatlandırılır. İmam, öz şəfəqləri ilə təbiət aləmini canlandıran günəşə bənzəyir.
Qeyd edək ki, nübüvvət və risalət məqamlı bəzi peyğəmbərlərin imamət məqamı olmamışdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər