Ölüm rüsvay edir |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-10-2015, 21:25 | Şərh sayı: (0) | Baxılıb: 265
Ölüm rüsvay edir
Mərhum seyyid Nemətullah Cəzairi "Zəhrul rəbii” kitabında nəql etmişdir ki, Hindistanda belə bir qayda var ki, hər padşah fani dünyadan köçəndə onun cənazəsini taxtın üstünə qoyub əlini açıq halda şəhərdə dolandırır, deyirdilər ki, sultanın cənazəsidir. Ta ki, camaat onun əlinin boş olduğunu görsünlər.
"Müsəytir”, lüğətdə "qalib”, "qahir” və bir kəsin fərmanı altında olmayan şəxsə deyilir. Məgər Allahdan başqa bir kəs müsəytir ola bilərmi? Çox böyük iddiaçılar var idilər ki, ölümü görməklə susdular.
"Sülləm” nərdivan mənasındadır. Yəni onların nərdivanları və başqa vasitələri vardır ki, asimanlara tərəf gedib məlaikələrin sözlərinə qulaq assınlar və məlaikələrə vəhy olunanları bilsinlər və nəticədə keçmişdən və gələcəkdən xəbərdar olsunlar. O cümlədən Peyğəmbərə deyiblər ki, onlardan qabaq öləcək, yaxud onlar Həzrət Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm-ə qələbə çalacaqlar. Əgər onlardan biri belə bir iddia edirsə ki məlaikələrin sözlərini eşidir, qeyb aləmindən xəbərdardır, onda sözünün iddiasının doğruluğuna dair aşkar bir dəlil gətirməlidir. Siz daha yüksək aləmlərə yol tapmısınız ki, bir şey eşidəsiniz? Əgər bir kəs varsa və o aləmə yol tapıbsa, (nübüvvət məqamından başqa) dəlil gətirməlidir. Allah-Taala bir işarə ilə buyurur ki, bunlar Peyğəmbərin müqabilində bu sözləri deyirlər, amma şüurları yoxdur. Onların şüursuzluqlarını göstərən "məlaikələr Allahın qızlarıdır”, demələridir: Allah cisim deyil ki, övladı da olsun!
Bundan da daha pis Allaha iftira və töhmət vurub deyirlər ki, Allahın qızları var. (Çünki, ərəblərin cahiliyyət dövründə qızdan acıqları gəlirdi, öz qızlarını diri-diri qəbirdə dəfn edirdilər.) Məgər Allah üçün qızlar özləri üçün oğlan qərar verirlər? Doğurdan da belə sözləri deyənlər səfehliyin, ağılsızlığın son həddindədir. Məgər belə şəxslər belə yüksək aləmlərə yol tapmışlar ki, nəticədə məlaikələrin sözlərini eşitsinlər. Onların Allaha övlad aid etmələrində axmaq olduqlarında bunu demək kifayətdir ki, bundan da pis özlərinin acığı gələn şeyi Allaha aid edirlər. Belə kəslərin yüksək aləmə müttəsil olmağa, elm mədəninə qovuşmağa ləyaqətləri vardırmı?
Bu da başqa bir sual əlamətidir. Yəni, məgər onlardan risalət üçün muzd istəmisən ki, onların öhdələrində ağır bir yük olsun?
Qəramətin mənası maddi cəhətdən zərər çəkməkdir. Cinayət olmadan. "Musqəlunə” yükü çox, ağır olanlar mənasındadır. Quranda bu mətləbi təkrar xatırladıb ki, peyğəmbərlər risalət müqabilində camaatdan əcr və muzd istəməmişlər, varlığa tamah salmamışlar. Görəsən əqlin hökmü ilə heç bir tamahı olmayan, bir mehriban nəsihətçinin nəsihətini qəbul etmək vacib deyildirmi? "Yasin” surəsində buyurur:
"O kəsə tabe olun ki, sizdən heç bir muzd istəmir.”
Ruhani heç vaxt maddiyyata nəzər salmır. Əgər bilsə ki, rizq və ruzi verən yalnız Allahdır, o vaxt ruhanidir. Belə olan halda yalnız Allaha nəzər yetirir. "Mən bu risalət müqabilində sizdən muzd istəmirəm.” Bu, Həzrət Davud əleyhis-salamın zireh düzəltməsidir ki, Allah-Taala ona təlim buyurmuşdur. Həzrət İbrahim əleyhis-salamın gileylənməsi də məhz həmin səbəblər üçün idi ki, camaat üçün höccət tamam olsun. Əli ibni Əbi Talib əleyhis-salam Həzrət Mühəmmədin səlləllahu əleyhi və alihi və səlləm şə”nində buyurur:
"Xatəmül-ənbiya səlləllahu əleyhi və alihi və səlləm-in qarnı bütün məxluqatın qarnından daha boş idi.”
İbni ömər deyir ki, günlərin bir günündə Rəsuli Əkrəm ilə gəzirdik. Bir xurma ağacının yanına çatanda Həzrət yerə düşmüş bir neçə xurmanı götürdü, təmizləyib mənə təklif etdi. Dedim yemirəm. Həzrət buyurudu: bu mənim üç gündən sonrakı yeməyimdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər