Qohumluq Əlaqələrini Kəsməkdən Çəkinin! |
Müəllif: Hicab Delisi | Bölmə: Məqalələr | Vaxt: 17-12-2014, 16:15 | Şərh sayı: (0) | Baxılıb: 680
Qohumluq Əlaqələrini Kəsməkdən Çəkinin!
İmkan daxilində qohum-əqrəbaya yaxşılıq etmək, onlara əl tutmaq, qarşılaşdıqda onlara salam vermək, onları ziyarət etmək və başqa bu kimi haqlarını ödəmək hər bir müsəlmanın borcudur. Uca Allah buyurur:
“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir” (ən-Nisa, 1).
Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allah buyurdu: “Mən Allaham və Mən ər-Rahmənəm (Mərhəmətliyəm)! Mən rəhmi (qohumluq əlaqəsini) yaratdım və Öz adımdan ona ad verdim. Kim onu möhkəmləndirsə, Mən onu rəhmətimə qovuşduraram. Kim onu kəssə, Mən də onu kəsərəm”. (əl-Buxari “Ədəbul-Mufrad” 53).
Qohumluq əlaqələrini möhkəmlətmək insanı Cənnətə yaxınlaşdırır
Rəvayət edilir ki, bir nəfər Peyğəmbərin yanına gəlib dedi: “Məni Cənnətə yaxınlaşdıracaq və oddan uzaqlaşdıracaq bir əməl haqda xəbər ver ki, onu yerinə yetirim”. Peyğəmbər buyurdu: “Heç bir şeyi Allaha şərik qoşmadan Ona ibadət et, namaz qıl, zəkat ver və qohumluq əlaqələrini möhkəmlət!” Adam dönüb getdikdən sonra Peyğəmbər dedi: “Əgər ona əmr edilənləri yerinə yetirsə, Cənnətə daxil olar”. (Muslim, 106).
Qohumluq əlaqələrini möhkəmlətməyin fəziləti
Allah Elçisi belə buyurdu: “Qoy ruzisinin çoxalmasını və ömrünün uzadılmasını istəyən kimsə, qohumluq əlaqələrini möhkəmləndirsin”. (əl-Buxari, “Ədəbul-Mufrad” 56).
Allah Elçisi demişdir: “Qohumluq əlaqələrini möhkəmlətmək malı çoxaldır, ailədə mehribanlıq yaradır və ömrü uzadır”.
Qohumluq əlaqələrini kəsməkdən çəkinin!
Rəvayət edilir ki, bir kişi Peyğəmbərin yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənim qohumlarım var. Mən onlarla əlaqələri birləşdirir, onlar isə mənimlə əlaqələri kəsirlər, mən onlara yaxşılıq edir, onlar isə mənə pislik edirlər, mən onlarla mülayim danışır, onlar isə mənimlə kobud rəftar edirlər”. O dedi: “Əgər sən deyən kimidirsə, onda elə bil ki, sən onlara isti kül yedizdirirsən. Bu cür rəftarın davam edənədək Allah tərəfindən onlara qarşı sənin yanında (onların əziyyətlərini dəf edən) köməkçi olar”. (əl-Buxari “Ədəbul-Mufrad” 52).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər