Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 15-02-2017, 09:38 | Şərh sayı: (0) | Baxılıb: 339
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin
Ehsanı, yaxşılığı və xeyirxahlığı ilə öyünən dostuma dedim: “Sənin bütün bu yaxşılıqların, sanki saf daş üzərindədir, sənə faydası yoxdur!” Təəccüblə soruşdu: “Axı nə üçün?”
Dedim: “Haçan görsən ki, bir yoxsul sənin kənarında başını aşağı dikib xəcalət təri tökür, əzab çəkir, bil ki, rəngə boyanmısan, özünü göstərmək istəmisən!” Sonra ondan soruşdum: “Heç olub ki, qızmar səhralıqda susuzluq sənə qələbə çala, ağzının suyu quruya, dodaqların susuzluqdan çatlaya və belə bir şəraitdə bir çeşməyə (bulağa) çatasan?” Əlavə edərək dedim: “Həyat çeşməsinə çatdıqda, o zaman varlığını həyat damlalarına tapşırır və xəcalət çəkmədən suya tərəf cumursan! Amma susuz olduğun zaman bir evdən su almaq istəsən, biz az fikirləşirsən, “Evin qapısını necə döyüm, necə başlayım, ev sahibindən necə su istəyim, ona öz minnətdarlığımı necə bildirim?” – deyə götür-qoy etməyə başlayırsan!”
Dedim: “Amma rəngsiz insanlardan çox rahatlıqla su alıb içmək, xəcalət çəkmədən, daxilən narahatlıq və özgəlik hissi keçirmədən istəyini dilə gətirmək olur. Rəngsiz bulaq xəcalət və narahatlıq yaratmır.” O zaman dedim: “Mən demirəm ki, yoxsul sənin əlindən nələr çəkir, amma bu qədər deyə bilərəm ki, səndən su istədikdə, mütləq xəcalət çəkir, özünü zəlil hiss edir. Bir özünü tanı, məğrur olma, xərclərini və yaxşılıqlarını nağd elə!” (“Ayehaye-səbz – dastanhaye-tərbiyəti”, Əli Səfayi, səh.161.)
Təəssüf ki, bəzi ehsan və yaxşılıqlarda niyyət ilahi rəngə boyanmır, ehsan və yaxşılıqdan sonra öyünmə və məğrurluq hissi insanı bürüyür, bəzən də yaxşılıq etdiyi şəxsə minnət qoymaqla əziyyət verir. Qurani-Kərimə əsasən, bu sayaq rəftar və əməllər yaxşılıqları puça çıxarır. “Bəqərə” surəsinin 264-cü ayəsində buyurulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُبْطِلُواْ صَدَقَاتِكُم بِالْمَنِّ وَالأذَى كَالَّذِي يُنفِقُ مَالَهُ رِئَاء النَّاسِ وَلاَ يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لاَّ يَقْدِرُونَ عَلَى شَيْءٍ مِّمَّا كَسَبُواْ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya (saf daşa) bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafir qövmü hidayət etməz!”
Bu ayədə riya və özününümayiş məqsədi ilə, minnət qoymaqla infaq və yaxşılıq edənlərin batini açıqlanır. Onların əməlinin zahiri torpaq kimi yumşaq, batini isə daş kimi bərkdir. Bu zümrə qəlb daşlığı səbəbindən öz infaqı və yaxşılığından bəhrələnməz. Ayədən açıq-aydın başa düşülür ki, riyakarlıq və fəqirlərə minnət qoyaraq onları incitmək infaq və sədəqənin mükafatını puça çıxarır. Həmçinin sədəqədə riyakarlıq edən və minnət qoyan şəxsin Allah və qiyamət gününə gerçək imanının olmadığını və küfr dairəsində olduğunu göstərir.
Əban ibn Təğlib imam Sadiqin (ə) belə buyurduğunu nəql edir:
مَنْ طَافَ بِالْبَيْتِ أُسْبُوعاً كَتَبَ اللَّهُ عَزَّ وَ جَلَّ لَهُ سِتَّةَ آلَافِ حَسَنَةٍ وَ مَحَا عَنْهُ سِتَّةَ آلَافِ سَيِّئَةٍ وَ رَفَعَ لَهُ سِتَّةَ آلَافِ دَرَجَةٍ قَالَ وَ زَادَ فِيهِ إِسْحَاقُ بْنُ عَمَّارٍ وَ قَضَى لَهُ سِتَّةَ آلَافِ حَاجَةٍ قَالَ ثُمَّ قَالَ وَ قَضَاءُ حَاجَةِ الْمُؤْمِنِ أَفْضَلُ مِنْ طَوَافٍ وَ طَوَافٍ حَتَّى عَدَّ عَشْراً.قَالَ: وَ زَادَ فِيهِ إِسْحَاقُ بْنُ عَمَّارٍ: «وَ قَضى لَهُ سِتَّةَ آلَافِ حَاجَةٍ» قَالَ: ثُمَّ قَالَ: «وَ قَضَاءُ حَاجَةِ الْمُؤْمِنِ أَفْضَلُ مِنْ طَوَافٍ وَ طَوَافٍ»، حَتّى عَدَّ عَشْراً
“Hər kim Allahın evini (Kəbəni) bir həftə təvaf etsə, Allah-Taala onun üçün altı min savab yazar, onun altı min pisliyini pozar və altı min dəfə məqamını artırar.” İshaq ibn Əmmar o həzrətin bu cümləni də buyurduğunu nəql edir: “Onun min hacətini rəva edər.” Sonra o həzrət buyurdu: “Bir möminin hacətini rəva etmək bir neçə təvafdan fəzilətlidir.” O həzrət on təvafa qədər saydı. (Yəni bir möminin hacətini rəva etmək on təvafdan fəzilətlidir. – “Əl-kafi” (8 cildlik), 2-ci cild, səh.194.)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər