RSS
 

Login:
Şifrə:
» » ƏMƏLDƏ İXLAS VƏ YAXUD DƏYƏRLƏR İNQİLABI

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






ƏMƏLDƏ İXLAS VƏ YAXUD DƏYƏRLƏR İNQİLABI

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2017, 12:56 | Şərh sayı: (0) | Baxılıb: 301

ƏMƏLDƏ İXLAS VƏ YAXUD DƏYƏRLƏR İNQİLABI


ƏMƏLDƏ İXLAS VƏ YAXUD DƏYƏRLƏR İNQİLABIƏməllərdə ixlas və yaxud Allah yolunda görülən işlər İslamda böyük əhəmiyyət kəsb edir və buna əməl edən cəmiyyətdə səfa-səmimiyyət hökm sürür.

Şübhəsiz, məqsədsiz iş yoxdur və belə bir hal bir növ xəta və qəflət sayılır. Fərdi işlərdə məqsəd şəxsi xarakter daşıyır. Məsələn, ehtiyacını təmin etmək üçün işləyən insan işlədiyi zaman, onun bu işi bəyənilir və təriflənir. Amma işlər ictimai xarakter daşıdıqda, məqsəd tamamilə dəyişilməli, ilahi razılıq və yaxud ən azı insanlara qayğı və məhəbbətlə yerinə yetirilməlidir.

Qurani-Kərim riyakarlıqla görülən işləri yarımçıq, ixlasla yanaşı olan işləri isə tamam sanaraq onlara dair misallar çəkir. O cümlədən, “Bəqərə” surəsinin 264-cü ayəsində ixlasdan kənar olan riyakarın xeyirxah işi, üzərində bir az torpaq olan saf daşa və qayaya bənzədilir. Ayədə buyurulur:

یا أَیهَا الَّذِینَ آمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَى كَالَّذِی ینْفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا یؤْمِنُ بِاللَّهِ وَالْیوْمِ الْآخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَیهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لَا یقْدِرُونَ عَلَى شَیءٍ مِمَّا كَسَبُوا وَاللَّهُ لَا یهْدِی الْقَوْمَ الْكَافِرِینَ

“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxsin halı, üzərində bir az torpaq olan saf daşa (qayaya) bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və onu çılpaq bir hala salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafir qövmü hidayət etməz!”

Ayədə riyakar insanın qəlbi mənəviyyatsızlıqdan saf daşa, zahirdəki infaqı da üzərindəki azacıq torpağa qarışan toxuma təşbeh edilir. Əkinçi o toxumdan məhsul götürmədiyi kimi, riyakar da qiyamət günü qəlbi və ruhuna hopmayan əməlindən bəhrələnməyəcək.

“Bəqərə” surəsinin 265-ci ayəsində isə Allahın razılığı naminə görülən işlər ikiqat artıq meyvə verən bağa bənzədilir və buyurulur:

وَمَثَلُ الَّذِینَ ینْفِقُونَ أَمْوَالَهُمُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَتَثْبِیتًا مِنْ أَنْفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَآتَتْ أُكُلَهَا ضِعْفَینِ فَإِنْ لَمْ یصِبْهَا وَابِلٌ فَطَلٌّ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِیرٌ

“Mallarını Allahın razılığı və ruhlarını (insani səciyyələrini) möhkəmlətmək yolunda sərf edənlər uca bir nöqtədə olan (saf havadan qədərincə bəhrələnən), gur yağışların suvardığı, ikiqat artıq meyvə verən bağa bənzərlər. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh də ona kifayət edər və dağ daim təravətli qalar). Həqiqətən, Allah etdiyinizi əməlləri görəndir!”

İxlasın müxtəlif dərəcələri var ki, bəziləri yalnız övliyalara məxsusdur. Belə nəql edirlər ki, Seyid Mürtəza ilə Seyid Rəzinin atası dünyadan getdikdən sonra, qalan irs onların arasında bərabər bölüşdürüldü və bir Quran qaldı. Bölgü aparan Quranı onlardan birinə verməyi qərara alaraq dedi: “Sizdən hər kim yetkinlik həddinə çatdığı vaxtdan indiyədək günah etməyibsə, Quran onun olmalıdır.” Bu zaman hər iki qardaş əlini Quranın üstünə qoydu. Bölgü aparan dedi: “Hansı biriniz indiyə qədər “məkruh” bir əməl yerinə yetirməyibsə, Quran onun olacaq.” Hər iki qardaş əlini Quranın üstünə qoydu. Bölgü aparan dedi: “Sizdən hər hansı biriniz indiyə qədər “mübah” bir iş görməyibsə, Quran ona çatacaq.” Bu zaman təkcə Seyid Mürtəza əlini Quranın üstünə qoydu.

Bölgü aparan soruşdu: “Mübah iş görməmək mümkündürmü?” Seyid Mürtəza dedi: “Mən yetkinlik həddinə çatdığım vaxtdan bütün işlərimi, hətta yemək-içmək və yatmağı da Allaha xatir, Allaha qulluq və itaət məqsədilə yerinə yetirmişəm!”

Ümumiyyətlə, yaxşı əməl iki şərtlə məna kəsb edir:

1. Əməl özü zatən yaxşı olub, hər hansı bir çətinliyi həll etsin;

2. Əməlin sahibində ilahi məqsəd və ya ən azı insanlıq hissi olsun. Bu iki şərtlə əməl yaxşı və onun sahibi xeyirxah adlandırılır.

Qurani-Kərimin üstünlüyü də məhz bu baxışdakı əhatəliyə görədir. Dinsiz məktəblər zahirə əsaslandığından əməlin kökünə yox, üzünə dəyər verirlər. Halbuki İslam həm əməlin kökünü, həm də üzünü qiymətləndirir. Məsələn, İslam müşriklərə məscid tikməyi qadağan edir və onu yalnız möminlərə məxsus bilir. Məscid Allaha ibadət məqsədi ilə tikilir və müşriklər isə bütlərə sitayiş edirlər. “Tövbə” surəsinin 17-ci ayəsində buyurulur:

مَا كَانَ لِلْمُشْرِكِینَ أَنْ یعْمُرُوا مَسَاجِدَ اللَّهِ شَاهِدِینَ عَلَى أَنْفُسِهِمْ بِالْكُفْرِ أُولَئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ وَفِی النَّارِ هُمْ خَالِدُونَ

“Müşriklərin öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tövhidə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) haqları yoxdur. Onların bütün (xeyir) əməlləri puçdur və onlar odda əbədi qalacaqlar.”

Müşriklərə əks olaraq möminlərə niyyətlərinə görə məscid tikmə və s. haqlar verilir. “Tövbə” surəsinin 18-ci ayəsində buyurulur:

ِنَّمَا یعْمُرُ مَسَاجِدَ اللَّهِ مَنْ آمَنَ بِاللَّهِ وَالْیوْمِ الْآخِرِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَلَمْ یخْشَ إِلَّا اللَّهَ فَعَسَى أُولَئِكَ أَنْ یكُونُوا مِنَ الْمُهْتَدِینَ

“Həqiqətən, Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də, onların hidayət olunmuşlardan olmalarına ümid vardır.”

Bir sözlə, Qurani-Kərimdə riyakarlıqla edilən infaq və yaxşılıq pislənir. Belə infaq və yaxşılıq zahiri gözəl, batini isə çirkindir, gözəlliyi insanı çaşdırır və elə təsəvvür olunur ki, onu bu işə insani duyğuları və Allahın razılığı vadar edib. Lakin riyakar şəxs batində başqa məqsədlər güdür və onun qəlbi saf daş kimi möhkəm və bərkdir. İxlasla yanaşı və Allah rizası üçün yerinə yetirilən işlər isə uca bir nöqtədə saf havadan qədərincə bəhrələnən və ikiqat artıq meyvə verən bağa bənzədilir. (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah əl-üzma Cəfər Sübhani, 7 və 8-ci məsəllər.)



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor