Namaz məada inancın nişanəsidir |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 3-05-2016, 02:04 | Şərh sayı: (0) | Baxılıb: 324
Namaz məada inancın nişanəsidir
Məad - insanın ölümdən sonra dirilməsinə olan inancdır. Bu haqda Qurani-kərimdə oxuyururq:
فَانظُرْ إِلَى آثَارِ رَحْمَتِ اللَّهِ كَيْفَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا إِنَّ ذَلِكَ لَمُحْيِي الْمَوْتَى وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
(Ya Rəsulum!) Sən Allahın rəhmətinin (yağışının) əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O (Allah) hər şeyə qadirdir!("Rum”,50.)
Bu məsələyə şübhə ilə yanaşanlar üçün Allah-taala Qurani-kərimdə gözəl bir misal çəkir:
وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ ” قُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ
"Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" - deyə, hələ Bizə bir məsəl də çəkdi.
(Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!”("Yasin”, 78-79.)
Bütün bunlara etiqad bəsləyən şəxslər bu dünyada ömrlərini səmərəli istifadə etməklə Allahın dini göstərişlərinə əməl etməlidirlər. Əks təqdirdə dünyadan köçdükdən sonra qarşılaşdıqları peşmançılığın bir faydası olmayacaqdır. Quran belə şəxslər haqqında buyurur:
حَتَّى إِذَا جَاءَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ كَلَّا إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا وَمِن وَرَائِهِم بَرْزَخٌ إِلَى يَوْمِ يُبْعَثُونَ
"Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar!
Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır.”("Möminin”, 99-100.)
İslam Peyğəmbəri Allahın göstərişlərinə əməl etməməyi böyük təhlükə hesab edir. Bu haqda tarixdə oxuyuruq:
"Besətin (həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi zaman) ilk illəri idi. İslam Peyğəmbəri (s) "Səfa” dağına çıxıb fəryad çəkərək təhlükə hiss etdiyini söylədi. Camaat Peyğəmbərin (s) başına toplaşaraq, hansı hadisənin baş verdiyini bilmək istədilər. İlk olaraq Peyğəmbər(s) xalqdan belə bir təsdiq aldı: "Ey camaat, sizin mənim haqqımda fikriniz nədir?” Hamı cavab verdi: "Sən əmin və doğru danışansan”. Peyğəmbər buyurdu: "Əgər mən sizə desəm ki, düşmən qoşunu ilə bu dağın arxasına gəlib sizə hücum etmək istəyir, mənim sözlərimə inanarsınızmı?” dedilər: "Bəli, iananarıq”. O Həzrət (s) bu təsdiqdən sonra buyurdu:
اني نذير لکم بين يدي عذاب شديد
"Mən sizə böyük bir təhlükənin olduğunu xəbər verirəm. Sizin getdiyiniz bu yolun (Allahın əmrlərinə itaət etməməyiniz) sonu dünya və axirətdə şiddətli ilahi əzabdır”("Sireyi- nəbəvi”, Şəhid Mütəhhəri, səh.107.).
Bu baxımdan ən kiçik işlərə belə diqqətlə yanaşmalı, İslam əxlaqına uyğun şəkildə davranmalı və dininin təklif etdiyi həyat tərzi sürrmək lazımdır. Çünki, Allah dərgahında hər bir kiçik əməl, istər xeyir, istərsə də şər olsun, hesabı sorulur və Qiyamət günü əvəzi verilir. Qurani-kərimdə oxuyuruq:
فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْراً يَرَه وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرّاً يَرَه
"Zərrə qədər yaxşı iş görən şəxs əvəzini görəcəkdir, zərrə qədər pis iş görsən şəxs əvəzini görəcəkdir”("Zilzal”, 8-9.).
Belə bir prinsipi olan dinin ardıcılı hər bir göstəriş qarşısında özünü təslim edir və böyük səylə onların icrasına başlayır.
Bir nəfər Peyğəmbər (s) məscidinə daxil olub dedi: "Ey Allahın rəsulu (s), mənə Quranı öyrət”. Allahın Rəsulu (s) Quranın öyrədilməsi üçün onu səhabələrinin birinə tapşırdı.
Peyğəmbərin səhabəsi onun əlindən tutub bir kənara çəkdi və "Zilzal” sürəsini onun üçün oxumağa başladı.
"Zərrə qədər yaxşı iş görən şəxs əvəzini görəcəkdir, zərrə qədər pis iş görsən şəxs əvəzini görəcəkdir” ayəsinə çatdıqda Quran öyrənmək istəyən şəxs bir az fikrə getdikdən sonra soruşdu: "Bu cumləni də Allah nazil etmişdir?” Səhabə dedi: "Bəli”. O kişi dedi: "Mən dərsimi bu ayədən öyrəndim”. Yəni bu ayə doğru yolu tanımaq və onu keçmək üçün kifayət edir.
Sonra Peyğəmbərin (s) səhabəsi o Həzrətin (s) yanına gedib, baş vermiş hadisəni ona danışdı. Bu zaman Allahın rəsulu (s) buyurdu:
"Onu azad buraxın. Həqiqətən də o, haqqı tapmışdır”("Təfsiri-nümunə”, c. 27, səh. 231-232.).
Demək, özünü aciz hiss edən, çətin bir gündə - Qiyamətdə əlindən heç nə gəlməyəcəyini bilən şəxs Allaha səcdə edir, ona baş əyir və baş verəcəyi şübhəsiz olan o ağır gündə Onun şəfaətinə ümid bəsləyir. Allah Qurani-kərmdə də məada inananların namaz qılan olduqlarını yad edir:
وَالَّذِينَ يُؤْمِنُونَ بِالآخِرَةِ يُؤْمِنُونَ بِهِ وَهُمْ عَلَى صَلاَتِهِمْ يُحَافِظُونَ
"Axirətə iman gətirənlər ona (Qurana) inanır və namaz qılırlar”("Ənam”, 92.).
Gerçəkdən Quran oxuyub, ölümdən sonrakı həyata inanan şəxslər bəndə olduqlarını dərk edərək uca Allahın əmrlərinə itaət edir və namaz qılırlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər