Ayətullah Sistaninin gənclərə tövsiyəsi |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 24-01-2016, 10:39 | Şərh sayı: (0) | Baxılıb: 1105
Ayətullah Sistaninin gənclərə tövsiyəsi
Üç kitabı davamlı olaraq oxuyun
İslaminsesi-nin on4haber.com.tr-yə istinadən verdiyi məlumata görə, mərcəyi təqlid Ayətullah Seyid Əli Sistani, sosial sahədə fəal olan bir qrup gəncin timsalında bütün gənclərə bəzi tövsiyələr verib.
Sual:
Rəhman və Rəhim olan Allahın adı ilə
Əvvəlcə Həzrət Əllamə Seyid Əli Sistaninin (bərəkətli ömrü uzun olsun) hüzuruna salam və hörmətlərimizi bildiririk.
Bizlər ictimai həyatda fəal olan bir qrup universitet tələbəsi gənclərik. Sizdən yaşadığımız günlərdə bizə faydalı olacaq tövsiyə və nəsihətlər etmənizi istəyirik. Ümumi olaraq gənclərin ictimai həyatdakı rolu və vəzifəsini açıqlayacaq və zati-alinizin faydalı gördüyü məsləhətlərinizi eşitmək istəyirik.
Sosial həyatda fəal olan bir qrup universitet tələbəsi gənc.
Cavab:
Rəhman və Rəhim olan Allahın adı ilə
Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salavatı salamı, rəhməti və bərəkətləri Həzrət Məhəmmədə (s.a.a) və pak Əhli-beytinə olsun.
Canım və ailəm qədər mənim üçün əhəmiyyətli olan bu əziz gənclərə səkkiz tövsiyəm olacaq. Bu tövsiyələrdə dünya və axirət səadətləri gizlidir. Bunlar eyni zamanda Uca Allahın qullarına mesajlarının xülasəsi olmaqla birlikdə hikmətli və yaxşı bəndələrin öyüd və nəsihətidir. Mənim təcrübələrim və biliyimin də gəldiyi son nöqtədir.
1- Uca Allaha və axirət yurduna həqiqi mənada inanmaq
Nöqsan sifətlərdən pak olan Uca Allaha və axirət yurduna həqiqi mənada etiqad etmək lazımdır. Sizdən heç biri çox möhkəm dəlillərlə sabit və güclü məntiqin də qəti hökmü olan bu inanc məsələsində heç vaxt zəiflik göstərməsin. Çünki bu dünyada yaşayan hər bir varlıq, nümunəsiz yaradılışı ilə qüdrət sahibi uca yaradıcısını göstərməktədir. Uca Allah peyğəmbərləri vasitəsi ilə mesajlarını göndərərkən daima yaradılışın əsas məqsədinə istiqamətləndirmiş, dünya həyatını həqiqi mənada qullarını sınadığı bir məkan kimi təsvir etmişdir. Bu sınama nəticəsində yaxşılar pislərdən ayırd edilir. Buna görə də, Allahı və axirəti inkar edən bir kəs, həqiqi mənada həyatın üfüqləri və məqsədi örtülmüş olduğundan yolunu itirir. Sizdən hər biriniz öz inancının qoruyucusu olsun, onu ən əziz, ən qiymətli və ən əhəmiyyətli varlığı kimi görsün; Ona olan yəqin və inamının dərəcəsini artırmaq üçün çalışsın. Həmişə onu nəzərə alsın, bəsirət gözü ilə ona baxsın. Ancaq əziyyət və çətinliyə qatlanmaqla qurtuluşa ümid etmək olar.
Əgər bir kəs gəncliyin ilk vaxtlarında zəiflik göstərər, məsələn, hər hansı bir vacibi yerinə yetirmək məsələsində tənbəllik edərsə və ya dünyəvi ləzzətlərə dalmış olsa belə, heç vaxt Allah ilə olan əlaqəsini kəsməsin; Tövbə və qayıdış üçün özünü zorlasın. Onu bilsin ki insan güclü və sağlam ikən məğrur olub Allahın əmrini inkar etsə də qocalıb zəifləyəndə məcburən Ona qayıdacaqdır. O halda gəncliyinin başlanğıcında - ki məhdud bir müddətdir - gücsüz və aciz duruma düşəcəyi günləri düşünsün.
İnsan dinin təməl əsasları mövzusunda əsla şübhə etməməlidir. Bəzi şübhələrdən, xam fikirlərdən, dünyəvi ləzzətlərdən və dini şəxsi maraqları istiqamətində istifadə edənlərdən təsirlənməməli, bu səbəblər üzündən dindən soyumamalıdır. Çünki haqq, insanlarla ölçülməz, əksinə, insanlar haqq ilə ölçülər.
2- Gözəl xasiyyət və əxlaqi fəzilətlər
Sizə ikinci tövsiyəm gözəl əxlaqdır. Çünki gözəl əxlaq, hikmət, səbr, müdara, təvazökarlıq, tədbir, helm... kimi bir çox fəzilətləri insanda toplaşır. Gözəl əxlaq, dünyəvi və axirət səadətinin ən mühüm dəlillərindən, Uca Allaha ən çox yaxınlaşdıran amillərdən və qiyamət günü əməl tərəzisində ən ağır gələn əməllərdən sayılmışdır. O halda hər biriniz ata-anaya, ailəyə, dostlara və ümumiyyətlə bütün insanlara qarşı gözəl xasiyyətli olmalıdır. Bu barədə özündə bir çatışmazlıq görən kimsə özünü rahat buraxmamalı, əksinə, özünü cəzalandırmalıdır. Əgər bu məqamda bir əngəllə qarşılaşsa əsla ümüdsüzlüyə düşməməli, özünü gözəl xasiyyətli olmaq üçün məcbur etməlidir. Çünki özünü bir qövmə bənzətməyə çalışan kimsə yavaş-yavaş onlar kimi olur.
3- Peşə seçmə və ixtisaslaşma
Üçüncü məsləhətim bir ixtisas mənimsəməyiniz üçün işləməyiniz və o işdə mütəxəssis olmanızdır. Çünki iş və peşədə bir çox bərəkət vardır. Sizlər vaxtınızın bir hissəsini onunla keçirirsiniz. Özünüzün və ailənizin dolanışığını o yoldan təmin edərsiniz. Cəmiyyətə fayda vermiş olarsınız. Bu vəsiləylə xeyriyyə işlərinə dəstək və töhfə təmin edilir. Bunların sayəsində təcrübələr əldə edilir və ağıl inkişaf edir, gündən-günə ustalıq artar və mal çoxalır. Mal qazanma yolunda nə qədər çox zəhmətə qatlanırsınızsa əldə edilən qazanc o dərəcədə şirin və bərəkətli olur. Uca Allah iş və qazanc yolunda özünü zəhmət və çətinliyə atan insanı sevdiyi kimi, işsiz, tənbəl və başqalarına yük olan, vaxtını səmərəsiz əyləncələrlə keçirən adama da buğz edər. Gəncliyinizin peşəsiz və işsiz şəkildə keçməməsi üçün səy sərf edin. Uca Allah gənclərə psixoloji və fiziki güc vermişdir. Ta ki bunu həyatları üçün bir sərmayəyə çevirsinlər və gəncliklərini səmərəsiz və mənasız şəkildə keçirməsinlər.
Sizdən hər biriniz işinə və peşəsinə əhəmiyyət verməli və o sahədə əsl mənada ustalıq əldə etməli, mütəxəssis olmalıdır. O halda bilmədiyiniz bir mövzuda danışmayın və ustası olmadığınız bir işi görməyin. "Bilmirəm, görmürəm" kimi bəhanələrin də arxasında gizlənməyin. O sahədəki bilikli mütəxəssis adamlara müraciət edin və onların təcrübə və praktikalarından istifadə edin. Vəzifənizi ciddiyyət, diqqət və sevərək yerinə yetirin. Yeganə məqsədiniz yalnız - bir şəkildə - mal və sərvət qazanmaq olmasın. Çünki haram malda bərəkət olmaz. İnsanın yığdığı haram və haqqı olmadığı mal, ona bəla qapılarını da aça bilər ki nəhayət bu malı o bəlalardan xilas olma yolunda xərcləmək məcburiyyətində qalar. Beləliklə haram mal insanı dünyada heç vaxt ehtiyacsız etməyəcəyi kimi, axirətdə də onun üçün bir irad olacaqdır.
Hər biriniz özünü və vicdanını başqalarına qarşı davranışında ölçü etməlidir. Başqalarına etdiyi işdə eynisinin onun özünə edildiyini düşünməlidir. Özü üçün bəyəndiyini başqaları üçün də bəyənməli və etməlidir. Necə özünə yaxşılıq edilməsini istəyirsə o da başqalarına yaxşılıq etməli, iş əxlaqı və etikanı riayət etməlidir. Aşkar edilməsindən utanacağı bir yola əsla təvəssül etməməlidir. Ekspert adamın, işi məsələsində digərlərinin etimad göstərdiyi bir kəs olduğunu unutmamalı və ona müraciət edənləri heç vaxt yanıltmamalı, onların xeyrini düşünərək iş görməlidir. Xəyanətdən uzaq durmalıdır. Çünki Allah onun etdiklərini görüb müşahdə etməkdədir və gec-tez onu gördüyü işə görə hesaba çəkəcəkdir. Xəyanət və aldatma Allah qatında nəticəsi ən təhlükəli olan əməllərdəndir.
Xüsusilə həkimlər, ixtisaslaşma məsələsində digər peşə sahələrindən daha çox diqqət göstərməlidirlər. Çünki onlar insanların canı və cismi ilə bağlı peşə icra edirlər. Bu səbəbdən səhv etməmək üçün son dərəcə diqqətli olmalıdırlar. Çünki bu sahədə aparılacaq səhvlərin nəticəsi çox ağır olur.
Uca Allah belə buyurmuşdur: "Ölçü və çəkidə başqalarının haqqını əskik verənlərin vay halına! Onlar, insanlardan ölçərək bir şey aldıqda tam alırlar. Amma onlar ölçərək və ya çəkərək bir şey verəndə əskik verirlər. Bunlar, böyük bir gündə (hesab vermək üçün) diriləcəklər bilmirlərmi?!"
Peyğəmbərdən (s.a.a) belə nəql olunmuşdur: "Uca Allah sizdən edəcəyiniz işi ən gözəl şəkildə və ustalıqla etmənizi istəyir".
Tələbələr və müəllimlər öz sahələrində tam bir ixtisas əldə etməlidirlər. Xüsusilə zəkalı həkimlərin savadı və istifadə etdikləri müalicə üsulları müasir olmalıdır. Onlar elmi məqalələr və yeni elmi kəşfləri yaxından təqib etməli, elmi təşkilatlar tərəfindən keçirilən tədbirlərə fəal qatılmalıı, töhfə təqdim etməli və əbədi olaraq həmişə başqalarının tələbəsi olmaqla kifayətlənməməli, elmə vermədə fikir icad etməlidirlər. Belə ki, keçmişdə yaşamış bu ümmətin ataları belə idi. Sizlər də onların övladları olaraq elmi dərəcələrinizi gündən-günə artırmaqla yanaşı ümmət içindəki istedadlı gəncləri kəşf etməli və onlarla məşğul olmalısınız. Əgər bu istedadlar cəmiyyətin zəif təbəqəsindən olsalar onlara öz övladlarınız kimi sahib çıxmalı və inkişaflarına köməkçi olmalısınız. Bu vəsiləylə onların çatacağı elmi nailiyyətlərin savabından sizlər də faydalanmış olarsınız.
4- Gözəl əxlaqa sədaqət və pis davranışlardan uzaq durma
Siz gənclərə dördüncü tövsiyəm gözəl və bəyənilən davranışlara sadiq qalmağınız və yersiz rəftar və davranışlardan da uzaq durmanızdır. Səadət və xeyrin əsasını təşkil edən şey fəzilətdir. Pislik və bədbəxtliyin əsasını təşkil edən şey isə rəzil sayılmış xüsusiyyətlərdir. Uca Allah bu barədə belə buyurmuşdur: Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız üzündəndir. (Günahlarınızın) bir çoxunu da bağışlayar. (Şura 30)
Təriflənmiş əxlaqi xüsusiyyətlərdən bəziləri bunlardır: Nəfsin mühasibəsi, zahiri davranışlarda iffətli duruş, danışanda doğru olmaq, sileyi rəhm (qohumluq əlaqələri), əmanət, hüquq məsələsində uzaqgörənlik, rəzil xüsusiyyətlərdən çəkinmək. Uyğunsuz və çirkin davranışlardan bəziləri də bunlardır: Yersiz katledicitəəssübblər, tələsik həyəcan və hisslər, oyun və əyləncəyə qapılma, riyakarlıq, ehtiyacsızlıq zamanında israf, kasıblıq və yoxsulluq anında həddi aşmaq, müsibət anında narazılıq, başqalarına və xüsusilə də gücsüz kəslərə xəyanət, malları hədər etmək, nemətə nankorluq etmək, günahla öyünmək, zülmə və soyğunçuluğa dəstək vermək, etmədiyi bir işlə tərifləməyi istəmək...
Qızlara namuslu olmalarını tövsiyə edirəm. Çünki qadınlar sahib olduqları zəriflik üzündən tədbirsizlikdən doğan üzdəniraq hadisələr zamanı daha çox əziyyət və zərər təhlükəsi ilə üz-üzədir. Onun üçün ləzzətləri keçici olub mənfi nəticələri və sancıları daimi olan uyduruma komplimentlər, bağlılıqlar və duyğusal təhriklərə aldanmamalıdırlar. Qızlar, gözəllik və səadət əsası üzərinə qurulan əbədi bir həyatı düşünməlidirlər. Ciddi mövqe nümayiş etdirən qadınlar nə xoşbəxtdirlər! Onlar gündəlik işlərində və təhsil həyatlarında mətanət və rəftarlarını davranışlarında qorumağı bilirlər.
5- Evlənmək və ailə qurmaq
Gənclərə beşinci məsləhətim evlənərək bir ailə qurmaları və gecikmədən uşaq sahibi olmalarıdır. Çünki bu məsələ insanın rahatlıq və həyatın dadına çatmasını təmin etməklə yanaşı işində daha da ciddi olmasını təmin edir. Evlənən adam ciddi və ağır olur, məsuliyyət şüuruyla hərəkət edir, mövcud imkanlarla gələcəyə dair bir şey etməyə meylli olar. Evlilik, insanı bir çox qadağa və uyğun olmayan işlərdən uzaqlaşdırır. Onun üçün rəvayətlərdə bu ifadə yer alıb: "Evlənən şəxs dininin yarısını zəmanət etmişdir". Bütün bunlarla yanaşı evlənib bir yuva qurmaq və uşaq sahibi olmaq insanın fitri və mövcud olma meyllərindəndir. Evlilikdən uzaqlaşmaq isə tənbəllik və zəifliyə yol açar. Həmçinin heç kəs evlilik məsələsində kasıblıqdan qorxmamalıdır. Çünki Uca Allah evliliyi ruzi əldə etmə səbəblərindən biri kimi etmişdir ki, insan başlanğıcda bunu hesab edə bilməz. Evlənmək istədikdə ailə quracağınız insanın dininə, əxlaqına və alicənablığına diqqət edin. Zahiri gözəlliyi nəzərə almağı çox şişirtməyin. Çünki dünya həyatının axarı nəticəsində zahiri gözəllik solub gedəcəkdır. Amma bu dəyərlər qalıcıdır. Hədislərdə bir qadınla sırf gözəlliyinə görə ailə qurulmasının doğru olmadığı ifadəsi yer alıb. Kişi onu bilməlidir ki, əgər evləndiyi qadın dindar və gözəl xasiyyətli olarsa özü üçün bərəkət vəsiləsi olacaqdır.
Qızlar və onların ailələri peşə sahibi olmağı ailə qurulmasının önünə almamalıdır. Çünki evlilik həyatda sabit olan bir sünnətdir. Halbuki, iş və peşə daha çox müstəhəb görüləcək işlərə bənzəyir. Evliliyi tərk etmək hikmətdən uzaqdır. Gəncliyinin başlanğıcında bu məsələni görməməzliyə vuran şəxs çox keçmədən peşmançılıq duyacaqdır. O zaman da peşmançılıq fayda verməyəcəkdir. Yaşanmış acı təcrübələr də buna şahiddir.
Qızların ailələri də bir sıra mülahizələrlə onların evlənmələrinə mane olmamalıdır; onları bəzi ənənələr, protokollar, ağır mehriyyələr və ya daha yaxşı kürəkən namizədlərinin çıxmasını gözləmək ya da öz qohumlarından bir talibinin olması kimi şeylərə şart qoymaqdan çəkinməlidirlər. Bu cür səbəblərlə onların evliliyinə mane olmanın bir çox fəsadlara yol aça biləcəyini unutmamalıdırlar. Kişi bunu bilməlidir ki, Allah, qızların vilayət haqqını atalarına buraxmışdır. Ta ki onlara nəsihət etsinlər və onların xeyri üçün israr etsinlər. Hər kim ki bir qadını, onun məsləhətini gözləmədən həbs edərsə daimi bir günaha düşmüş olar. Bu işin nəticələrindən özü də zərər görür və cəhənnəm qapılarından bir qapı onun üzünə açılmış olur.
6- Xeyir işlərdə səy göstərmək və insanlara fayda vermək
Altıncı tövsiyəm xeyir işlərdə və insanlara faydalı işlər görmədə səy və hümmət göstərmənizdir. Xüsusilə, yetimlər, dul qadınlar və yoxsullara yardım edərkən xalqın əksəriyyətinin də maraqlarını nəzərə alaraq işləmənizi istəyirəm. Çünki bu cür əməllər insanın faydalandığı nemətin zəkatı olduğundan imanı gücləndirir və nəfsi təmizləyir. Bu davranış, fəzilətlər yolunda addım atmaq, yaxşılıq və təqvada yardımlaşma,sözdə olmayan yaxşılığı əmr etmək və pisliklərdən çəkindirmək və ictimai nizamı qoruma yolunda borclulara yardım etməkdir. Bunda xalqın əksəriyyətinin maraqlarını nəzərə almaq olduğundan cəmiyyətin vəziyyətinin daha yaxşı olacağına səbəb olur. Bu davranış dünyada bərəkət gətirir, axirətdə isə insana imtiyaz qazandırır. Uca Allah fərdlərinin bir-biri ilə həmrəylik içində olub bir-birinə kömək və dəstək olduğu bir cəmiyyəti sevir.
Uca Allah belə buyurmuşdur: "Əgər şəhərlərin əhalisi iman gətirib təqvalı olsaydılar, göydən və yerdən onlara nə qədər bərəkətlər açardıq" (Əraf 96). Yenə buyurmuşdur: "Allah heç bir cəmiyyətin vəziyyətini, onlar özlərində olanı dəyişdirmədikcə dəyişdirməz" (Rəd 11)
Peyğəmbər (s.a.a) belə buyurmuşdur: "Sizdən biri özü üçün sevdiyini qardaşı üçün sevmədikcə və özü üçün bəyənmədiyini qardaşı üçün də beğenmedikçe iman gətirmiş olmaz".
Yenə o həzrət belə buyurmuşdur: Kim gözəl bir sünnət (ənənə) ortaya qoyarsa onun və ona əməl edənlərin mükafatından nasiblənmiş olur.
7- Məsuliyyət götürmək
Yeddinci tövsiyəm budur: Hər kəs öhdəsinə aldığı məsuliyyəti düzgün şəkildə yerinə yetirməlidir. Bu məsuliyyət istər ailə içində olsun, istər cəmiyyət içində olsun, fərq etməz. Atalar övladlarına və həyat yoldaşlarına qarşı məsuliyyətlərini yerinə yetirməli və ... şiddət və kobudluqdan uzaq durmalıdırlar. Hətta sərt olmaları lazım olan yerdə belə zorakılıqdan çəkinməlidirlər. Beləcə ailə və cəmiyyətin maraqları qorunmuş olur. Sərt reaksiya göstərmək eləcə də fiziki mənada cismə qarşı əziyyət və işgəncə ilə məhdud deyil. Əksinə, daha fərqli təhsil və tənbeh etmə üsulları da vardır. Ona görə bu cür həssas məsələlərdə mütəxəssis məsləhətçilərdən istifadə edilməli, onların fikirlərindən maksimum səviyyədə istifadə edilməlidir. Çünki uyğunsuz üsullar və zorakı əsaslı mövqelər əksər vaxtlarda əks nəticələr verməkdə, sözügedən mənfi rəftarın daha da möhkəmlənməsinə yol açmaqda, qarşı tərəfin şəxsiyyətinin pozulmasına səbəb olmaqdadır. Dolayısıyla, zülmlə birlikdə olan sərt reaksiyada heç bir xeyir yoxdur və bir səhvi başqa bir səhvlə aradan qaldırmaq qeyri-mümkündür.
Cəmiyyətdəki işlərdən birini öhdəsinə götürmüş olan şəxs, o işə diqqət göstərməli və insanların xeyrini düşünərək hərəkət etməlidir. O işdə insanlara xəyanət etməməli, öz mövqeyini müəyyən bir partiya və ya təşkilatın maraqları üçün istifadə etməməlidir. Mövqeyindən istifadə edərək şəxsi maraqlarını qorumaq və şübhəli malları toplamağa çalışmamalıdır. Öz partiyası və tərəfdarları ilə birlikdə hərəkət edərək ləyaqətli adamların ictimai vəzifələrə gəlməsinin qarşısını kəsməməlidir. Əksinə, hər kəsə bərabər səviyyədə xidmət verməlidir. Peşəsini maraqlarını təmin etmə vasitəsinə və ya bəzi məqamlara yaxınlaşma vasitəsinə çevirməməlidir. Çünki insanın vəzifəsi olan bir işlə xüsusi hüquqlar təmin etməsi icazəli deyil. Əgər özünə müraciət edənlər arasında hər-halda bir seçim edəcəksə daha zəif durumda olanı seçməlidir. Çünki onun öz haqqını əldə edə bilməsi yolunda Allahdan başqa köməkçisi və dəstəkçisi yoxdur.
Eyni şəkildə heç kim öz işini üzrlü göstərmək üçün din və məzhəbdən istifadə etməsi doğru deyil. Çünki bu din və məzhəb, bizdən işlərimizdə haqq, insaf və ədalətə riayət etməyimizi istəyir. Uca Allah belə buyurmuşdur: "Həqiqətən biz elçilərimizi aydın dəlillərlə göndərdik və insanlar ədaləti saxlasınlar deyə onlarla birlikdə kitab və ölçü endirdik". (Hədid 25). İmam Əli (ə) belə buyurmuşdur: Mən Rəsulullahın (s.a.a) dəfələrlə belə buyurduğunu eşitdim: "Zəifin haqqının güclüdən qorxmadan alınmadığı bir ümmət təmizlənə bilməz". Bundan fərqli bir davranışa meyl edən kimsə xülyaya qapılmışdır. Peyğəmbər (s.a.a), İmam Əli və (ə) İmam Hüseyn (ə) kimi ədalət rəhbərlərinə ən yaxın olan şəxs, onların sözlərinə ən çox əməl edən və siyrətine tabe olan şəxsdir. İnsanların rəhbərliyini vəzifələnmiş kəslər İmam Əlinin (ə) Malik Əştərə yazdığı məktubu oxumalıdırlar. Həzrət bu məktubunda ədalət və əmanətin təməl prinsiplərini Malik Əştərə tək-tək saymışdır. Ona görə bu məktub rəhbərlər üçün çox faydalıdır. Hər kəs öz məsuliyyətinə uyğun səviyyədə bu məktubdan istifadə edə bilər. Məsuliyyət və məsuliyyətin dairəsi nə qədər böyüyərsə bu məktubdakı göstərişlərə riayət etmək də daha çox vacib olur.
8- Öyrənmə və biliyi artırma ruhiyyəsi daşıma
Səkkizinci tövsiyəm isə özünüzü öyrənmə ruhiyyəsi ilə bəzəmənizdir. Həyatın bütün mərhələlərində və müxtəlif sahələrində hikmət və biliyinizi artırmaq məqsədində olun. Əməllər, davranışlar və əsərlər üzərində düşünün; ətrafınızda cərəyan edən hadisələr və onların nəticələri üzərində düşünün. Beləcə, hər gün elm, mərifət və təcrübənizdə müəyyən səviyyədə artım olsun. Çünki bu həyat, müxtəlif ölçüləri və yüksək səviyyədə dərinliyi olan bir məktəbdir. İnsan heç vaxt öyrənməkdən və məlumat almaqdan ehtiyacsız deyil. Ortaya çıxan hər hadisədə bir öyüd və ibrət gizlidir. Hər hal və hadisədə bir mesaj var. Diqqətli şəkildə düşünən kəs bu ibrət və mesajı görür. Ona görə insan yaşadığı prosesə və Allaha qovuşacağı günə qədər heç bir zaman elm öyrənməkdən və təcrübə qazanmaqdan ehtiyacsız deyil. İnsanın bəsirəti, biliyi və bacarığı nə qədər çox olsa, əldə edəcəyi təcrübələr və çatacağı həqiqətlər də o ölçüdə çox olur. Uca Allah bu barədə belə buyurmuşdur: "Kimə hikmət verilmişsə ona həqiqətən çoxlu xeyir verilmişdir" (Bəqərə 269). Uca Allah Peyğəmbərinə belə belə əmr edir: "De ki: Rəbbim, biliyimi artır" (Taha 114)
İnsanın davamlı oxumalı olduğu üç kitab
İnsan üç kitabla ünsiyyət qurmalıdır; diqqətli şəkildə bu üç kitabı oxuyaraq onlardan azuqə əldə etməlidir. Bunların birincisi və ən üstün olanı, Allahın qullarına göndərdiyi kitabıdır. Allah, qullarının ağıl xəzinələrini hərəkətə gətirmək, hikmət bulağını axıtmaq və daşlaşmış qəlblərini yumşaltmaq üçün bu uca kitabı onlara göndərmişdir. Bu kitabda təqdim etdiyi zərbi-məsələlərlə hadisələri ən gözəl şəkildə izah etmişdir. Onun üçün insan bu kitabı tilavət etməyi əsla buraxmamalıdır. İnsan onu oxuduqca sanki Allahı dinləyirmiş kimi bir hissə qapılır. Çünki Qurani-Kərim, Allahın bütün qullarına göndərdiyi mesajıdır.
İkinci kitab isə Nəhcül-Bəlagədir. Bu kitab ümumiyyətlə Qurani məfhumlar və işarələri fəsih ifadələrlə açıqlamaqda, insanda təfəkkür, ibrət və hikmət hissini təhrik etməkdədir. Buna görə də imkanı olan hər kəsin bu kitabı oxumağı tərk etməsi doğru deyil. İnsan bu kitabı oxuduqda Əmirəlmöminin İmam Əlinin (ə) xitab etdiyi insanların arasında olduğu hissinə qapılır. Xüsusilə bu məqamda İmam Əlinin (ə) oğlu İmam Hüseynə (ə) yazdığı məktub üzərində düşünmək faydalıdır.
Üçüncü kitab Səhifəyi Səccadiyyədir. Bu kitab da Qurandan alınan maarifi ehtiva edən bəlağət səviyyəsi yüksək dualardan ibarət olan bir kitabdır. Bu kitabda insan üçün əhəmiyyətli olan və bilməsi lazım olan məsələlər öyrədilmişdir. Səhifəyi Səccadiyyə insanın özünü necə mühasibat edib tənqid etməsini, nəfsdə gizli olan istiqamətlərin və sirlərin kəşf edilib açıqlandığı və özəlliklə bəyənilmiş əxlaqi xüsusiyyətlərin çox gözəl şəkildə bəyan edildiyi bir kitabdır.
Bu səkkiz tövsiyə əslində həyatda istiqamətli və sağlam bir duruşun rüknlərini xatırlatmaqdır. İnsan bunlarda haqq və həqiqəti, daxili saflığı, ağlın şahidlərini və həyatın təcrübələrini görür. İlahi mesajlar və bəsirətli insanların nəsihətləri də bizlərə bu həqiqətləri xatırladır. Buna görə də hər bir insanın bunlara əməl etmək yolunda səy göstərməsi ən uyğun davranışdır. Xüsusilə fiziki və psixoloji olaraq qüdrət və gücünün zirvəsində olan gənclər bilməlidirlər ki bu tövsiyələr hər insan üçün bir həyat sərmayəsidir. Bu sərmayənin bir hissəsini itirmiş olanlar da bunu bilməlidirlər ki: bu sərmayədən bir azacıq nəsiblənmək belə hamısından məhrum qalmaqdan daha yaxşıdır. Uca Allah belə buyurmuşdur: "Kim zərrə ağırlığında bir xeyir edibsə, onu görür. Kim də zərrə ağırlığında bir pislik etmişsə, onu görür". (Zilzal 7-8)
Allahdan sizi dünya və axirətdə səadət və istiqamətə aparacaq işlərə müvəffəq etməsini niyaz edirəm. Həqiqi mənada uğur verən yardımçı Odur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər