Məşhurların nəzərində İslam Peyğəmbərinin siması |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 27-12-2015, 22:43 | Şərh sayı: (0) | Baxılıb: 383
Məşhurların nəzərində İslam Peyğəmbərinin siması
Lev Nikolayeviç Tolstoy (1828-1910)
Bu rus yazıçısı Məhəmməd Peyğəmbəri (s) dünyanın ən böyük islahatçısı adlandırmış, İslam dinini və Peyğəmbəri (s) ağılla, hikmətlə uyğun gəldiyinə görə cahanşümul hesab etmişdir.
«Şübhəsiz, İslam peyğəmbəri dünyanın ən böyük islahatçılarındandır – özü də bəşəriyyətə misilsiz xidmətlər edən islahatçılardan. Bu fəxr ona bəs edər ki, qantökən və vəhşi bir milləti əhrimənlərin, pis adətlərin cəngindən xilas edərək, onlara tərəqqi yolunu göstərdi. İslam peyğəmbəri bütün hörmət və təqdirlərə layiq bir şəxsdir. İslam şəriəti ağıl və hikəmətlə uyğun gəldiyinə görə gələcəkdə cahanşümul bir din olacaq».
Vill Dorant (1885-1981)
Vill Dorant Amerikada doğulmuşdur. O, öz sahəsində qiymətli və nadir kitablardan hesab olunan «Mədəniyyət tarixi» kitabının müəllifidir.
Yazıçı Peyğəmbərin (s) əcdadlarını «şərafətli və görkəmli ailə» hesab edir.
Peyğəmbərin (s) cahil ərəblərin arasında böyüməsinə baxmayaraq, o, işlərin incəliyini, dəqiqliyini savadlı adamlardan da yaxşı bilirdi. Onların geridə qalmalarının və cahilliyinin səbəbini dəqiq görürdü. Bilirdi ki, bütün bunlara səbəb, bütpərəstlik, əxlaqsızlıq, qəbilə çəkişmələri və Ərəbistandakı siyasi ixtilaflardır. Peyğəmbər Ərəbistanın problemlərini bildi və onların aradan qaldırılması, islahı üçün addım atdı.
«Peyğəmbər bütün işlərdə ülgü idi. Cah-calallı yaşayışı bəyənmirdi. İnsanlara xidmət etməkdə hamıdan çox şövqlü idi. Öz paltarını yamayırdı. Evi süpürürdü. Böyüklərlə gölərüz, zəiflərlə gözəl rəftar edərdi. Lovğa insanların qarşısında heybətli, əzəmətli, məğrur idi. Dostlarına qarşı tələbkar idi. Xəstələrin görüşünə gedərdi. Gördüyü dəfn mərasimində iştirak edərdi. Heç vaxt özünü qorxulu göstərməzdi. Ona xüsusi hörmət edilməsini sevməzdi. Qullar onu yeməyə dəvət edəndə qəbul edərdi. Özü bacardığı işi qula tapşırmazdı. Onun əlinə çox mal-dövlət yetişirdi. Amma ondan öz ailəsi üçün çox az istifadə edərdi. Özünə ayırdığı azdan da az idi. Onun mehriban davranışları çox idi. O, vəhşi xurafatların əksəriyyətini məhv etdi. Məhəmməd çox sağlam və güclü bir insan idi.»
Peyğəmbər hökm verməkdə adil, müharibədə ciddi idi, amma düşmənə qarşı başdansovdu yanaşmazdı. O, yüz sıxıntını, çətinliyi qələbə ilə başa vurdu. Tərəfdarlarına yaşlı, qadın və uşaqları öldürməyi qadağan etmişdi.
Peyğəmbər Ərəbistanın bütün problemlərini, hətta dünyadan köçənləri də fikirləşirdi, camaatı axirətə, qeyb aləminə yönəldirdi.
O, kasıblığı aradan qaldırmaq üçün varlılara vergi təyin etdi. Varlıları kasıdlara kömək etməyə təşviq edirdi. Həzrətin (s) tarixdə bu işi Vill Dorantın baxımından bənzərsiz hadisə idi.
«Tarixdə elə bir islahatçı görünməyib ki, Məhəmməd qədər kasıbların xeyrinə varlılardan vergi almıq olsun. O, varlıları təşviq edirdi ki, vəsiyyət edən zaman mallarının bir hissəsini kasıblara bağışlasınlar»
Həzrət qadın hüquqlarına xüsusi diqqət yetirirdi. Vill Dorant bu haqda yazır: «O, qadının vəziyyətini yaxşılaşdırdı. Amma qadının kişiyə müti olmasını təbii bir hal hesab etdi. Hakimiyyəti qadınlara haram etdi. Onlar namaz üçün məscidə gedə bilərdilər. Qızları diri-diri basdırmaq adətini ləğv etdi».
«Qadın və kişini məhkəmə hökmlərində və mala sahib olma cəhətdən bərabər etdi. O, qadına halal işlərdə işləmək və mal-dövləti saxlamaq hüququ verdi. O, qadına irs aparma və öz malını istədiyi kimi məsrəf etməyə icazə verdi. Peyğəmbər cahil ərəblərin adəti olan «qadın atanın bir əşyası kimi oğula çatmalıdır» adətini pozdu. Qadının payını kişinin payının yarısı qədər etdi. Peyğəmbər qadının icazəsiz ərə verilməsini qadağan etdi».
Peyğəmbər öz dövrünün ən alim və ən savadlı insanı olmağına baxmayaraq, camaatla onların dərki səviyyəsində danışırdı.
Avropa alimlərinin əksəriyyəti həzrət Peyğəmbərin (s) çoxarvadlı olmasına etiraz edirdi. Amma Vill Dorant bu işi həyatın zəruri bir işi və (şəhvətpərəstlik deyil) əxlaqi bir vəzifə hesab edir.
«Onun on qadını və kənizi avropalıları heyrətləndirib, onlarda ikrah yaradıb. Qədim dövrdə samilərin kişilərinin əksəriyyətinin ölməsi və orta əsrlərin başlanması onların nəzərində çoxarvadlığı zəruri və təqribən əxlaqi bir vəzifə halına gətirib çıxarmışdır. Onun (Peyğəmbərin) evlənmədə hədəfi cinsi ehtiyacları təmin etmək deyildi... Onun bəzi evlənmələrinin səbəbi tərəfdarlarından qalmış kasıb dul qadınlara acıması idi. Peyğəmbərin bəzi evlənmələri isə məsləhət üzündən idi».
Vill Dorant insanın dəyərini onun cəmiyyətin inkişaf və tərəqqisində, həmçinin cəmiyyətin əsaslı dəyişilməsində qoyduğu təsirində bilir.
Bu cəhətdən həzrət Məhəmməd (s) misilsizdir.
«Əgər dahiliyi dahi şəxsin insanlarda qoyduğu təsiri ilə ölçsək, deməliyik ki, Məhəmməd tarixin ən böyük dahilərindəndir. O, dəhşətli zülmətlərə qərq olmuş bir cəmiyyətin əxlaqi və mənəvi səviyyəsini ən yüksək dərəcəyə çatdırdı. Onun nailiyyəti bütün digər islahatçılardan çox idi. Onun kimi az insan tapılar ki, həyatda bütün arzularını gerçəkləşdirmiş olsun, parçalanmış ərəblərdən bir millət yaratsın. O, qədim dinlərin yerinə sadə, güclü bir din gətirdi və yüz il ərzəndə böyük bir imperatorluq yaratdı. Bizim dövrümüzdə (o dinin) mötəbər bir qüvvə olaraq dünyanın yarısına nüfuzu var».
Karl Marks (1818-1883)
O, fəlsəfi-iqtisadi tarixin böyük şəxsiy-yətlərindən və cəmiyyətşünaslıqda nəzəriyyə sahibi olan alman sosioloqdur. Onun əsərləri fəhlə hərəkatlarında təsirli olmuşdur.
Marks həzrət Peyğəmbərin (s) iradəsini və gördüyü işlərini tərifləyir, onun Ərəbistan və bəşəriyyət tarixində qoyduğu təsiri, həmçinin qəlbləri ovsunlaması və ruhları oyatması haqda yazır:
«Məhəmməd bütpərəstlərin arasından dəmir iradə ilə qalxdı və onların təkallahçılığa dəvət etdi; onların ürəklərində əbədi bir ruhun ölməzliyi inamını əkdi. Ona görə də onu sadəcə tarixin böyük şəxsiyyətləri sıraında görməməliyik, əksinə, o, onun peyğəmbərliyini etiraf etməyəimizə və tam əminliklə: «O, Allahın peyğəmbəri idi»-deməyimizə daha layiqdir».
Qustav Lebon (1841-1931)
O, həkim, tədqiqatçı və bir neçə kitabın, o cümlədən «İslam və ərəb mədəniyyəti» kitabının müəllifidir. O, bu kitabda Peyğəmbərin (s) İslamdan əvvəlki əxlaqi xüsusiyyətlərini qeyd etmişdir.
Onun fikrincə, Peyğəmbər (s) zəmanəsinin əmantdar və məhşur insanı idi.
«O şəxsiyyət gözəllikləri və əxlaqi xüsusiyyətləri ilə insanlar arasında seçilirdi. O camaat arasında «əmin» ləqəbi ilə tanınırdı».
Müəllifin diqqətini çəkən başqa bir cəhət həzrətin camaatı hidayəti, bütlərə sitayişin və müqəddəs Məkkənin şirkə aludə olmuş mühiti əleyhinə etdiyi qiyamı idi.
Məhəmməd (s) təkbaşına mərkəzi Allahın evi olan və Ərəbistanın bütün bütlərinin orda saxlandığı şirkin qarşısında müqavimət özülünü yaratdı.
Bu fransız tədqiqatçının fikrincə, Peyğəmbər (s) bütün həyatı boyu və hər işində səbirli və istiqamətli idi. Hər bir işdə orta xətti tutmaq onun həyat yolu idi.
«Peyğəmbər ona vurulan bütün zərbələrə böyük səbirlə dözürdü».
Həzrət Peyğəmbər (s) işlərində həmişə orta yolu izləyirdi. İstər müşriklər ona zülm etdiyi zaman, istərsə də Məkkəni fəth edərək qüdrətə yiyələndiyi zaman həmin yoldan kənara çıxmadı. O, nə düşməndən qorxur, nə də qalib olduğuna görə qürurlanırdı.
«Diqqətəlayiq şey budur ki, o, məğlubiyyətdən qorxmadığı kimi qabiliyyətdən də qürurlanmadı. O, həmişə orta yolu gedərdi».
Məkkə müşriklərinin Peyğəmbərə (s) və tərəfdarlarına illərlə zülm etmələrinə baxmayaraq, tam qüdrətlə Məkkəyə daxil olduqdan sonra o, yalnız camaatın azlığına səbəb olan Kəbədəki 360 bütü sındırdı.
Peyğəmbər məkkəlilərin onunla iyirmi illik düşmənçiliyinə, onların əllərindən gələn bütün pislikləri ondan əsirgəməmələrinə baxmayaraq, onlarla tam insanlıqla davrandı və ənsarın varlığını bürüyən cihad eşqini sakitləşdirdi və şəhər sakinlərinə onların hücumundan nicat verdi. O, sadəcə Kəbədə cəmləşmiş 360 bütü məhv etdi.
Peyğəmbərin (s) digər xüsusiyyətlərindən onun özünə inamını, təfəkkürünü, sadəliyini, daxili-xarici paklığını, öz işlərini özü görməsini və şücaətini göstərmək olar.
«Peyğəmbər fövqəladə surətdə öz nəfsinə hakim idi. O, az danışar, çox fikirləşərdi. Onun iradəsi çox güclü idi. Sakdəliyi və mənəviyyatı çox heyrətləndirici olsa da, özünün təmizliyinə çox fikir verərdi.
Peyğəmbər ömrü boyu, hətta varlı olanda da şəxsi işlərini başqasına gördürməzdi. Çətinliyə, məşəqqətlərə dözməsini qeyri-adi adlandırmaq lazımdır. Necə ki, on səkkiz il ona xidmət edən xidmətçisi nəql edir ki, mən bütün bu illər ərzində ondan məni incidəcək bir söz belə eşitmədim. Döyüşlərdə çox şücaətli idi. Heç bir xətərdən qorxmazdı».
Qustav Peyğəmbərin (s) müvəffəqiyyətinin səbəbini onun öz yaşadığı cəmiyyəti daha yaxşı tanımasına səbəb olan «ümmi» (dərs oxumayan) olmasında görür.
«Əgər Peyğəmbər «ümmi» olmasaydı, yeni bir dini yaya bilməzdi. Çünki «ümmi» avam camaatın ehtiyaclarını daha yaxşı bilir. Belə bir şəxs onları doğru yola daha yaxşı yönəldə bilər».
Peyğəmbərin (s) ağlı kamil idi. O, bu cəhətdən Süleyman (ə) peyğəmbərə oxşayır.
«Şübhəsiz ki, o, ağlın, zirəkliyi ən son dərəcəsinə sahib idi. Onun ağlı və uzaqgörənliyi bizə yəhudi kitablarında qeyd olunmuş süleymanın ağlını, uzaqgörənliyini xatırladır. O, işləri gözəl tərtiblə sona çatdırırdı».
Həzrət Məhəmməd (s) həmişə Allahı yad edirdi. O, bütün çətinliklərini Onun köməyi ilə həll edirdi.
«Peyğəmbər fövqəladə fikir sahibi idi. Əgər elmini nəzərə alsaq, onu, insanları özünə cəzb edənlər, yeni bir din yaradıcıları sırasına daxil etməliyik. Onda xatircəmlik və qəlbi aramlıq müşahidə olunurdu. Bununla o, müsibətlərə sinə gərirdi. O, yəqin etmişdi ki, Allah onun köməkçisidir. Buna görə də problemləri kiçik görürdü».
Qustav Lebon bəzilərinin tənqid etdiyi İslamın elmi və fəlsəfi prinsiplərini müdafiə edir:
«Bəziləri İslam dininə elmi fikirləri və fəlsəfi məsələləri olmadığına görə irad edirlər. Halbuki, dünyada elə bir filosof yoxdur ki, onun əqli prinsipləri bu dinin banilərinin sahib olduğu ağlın onda birinə çatmış olsun».
Bu fransız yazıçısının fikrincə, avropalılar fəlsəfəni müsəlmanlardan öyrəniblər. Müsəlmanlar elm və fəlsəfədə altı yüz ilə qədər avropalıların müəllimi olublar.
Bernard Şou
Şounun fikrincə, dünyanın problemi Məhəmməd (s) kimi rəhbər və siyasətçinin dünyanı yenidən hidayət etməsindən sonra həll olacaq:
«Məhəmmədi bəşəriyyətin xilaskarı adlandırmalıyıq. İnanıram ki, onun kimi bir şəxs gələcək dünyanın rəhbərliyini öhdəsinə götürərsə, bəşəriyyətin problemlərinin həllində, dünyaya xoşbəxtlik və sülh gətirməkdə müvəffəq olacaq».
Bernard orta əsr xristian ruhanilərinin Məhəmməd Peyğəmbərlə (s) müxalifət səbəbləri üzərində düşünməklə və özünün İslam haqda olan araşdırmaları nəticəsində belə qənaətə gəlir ki, avropalılar gələcəkdə İslam dininə meyl göstərəcəklər.
«Mən belə proqnozlaşdırıram km, elə indidən onun təsirləri meydana gəlmişdir. Məhəmmədin imanını gələcək Avropa qəbul edəcək. Orta əsrlərin ruhaniləri nadanlıq və ya təəssübkeşlik üzündən Məhəmmədin dinini cəmiyyətə qaranlıq çatırır və onu İsaya müxalif kimi göstərirlər».
Mahatma Qandi (1869-1948)
Qandi iyirminci əsrdə Hindistan milli-azadlıq hərəkatının rəhbəri olub. O, İngiltərə əleyhinə «Ya ölüm, ya müstəqillik» şüarı ilə Hindistanı müstəqilliyə qovuşdurdu.
Qandi İslam dininin inkişafının Peyğəmbərin (s) əxlaqı xüsusiyyətləri ilə bağlı olduğunu qeyd edir:
«Mən yəqin bilirəm ki, İslamın inkişafı qılınc gücünə deyil, Peyğəmbərin sadəliyi, təvazökarlığı, ədaləti, tərəfdarlarına məhəbbəti, hörməti və onda olan cürətə görə idi».
Bertrand Rassel (1872-1970)
Kembric universitetinin müəllimi olan bu qərb filosofunun fikrincə, Həzrət Məhəmməd (s) İsanın allahlığını və onun çarmıxa çəkilməsini qəbul etmir.
«Məhəmməd İsanın allahlığını qəbul etməsə də, peyğəmbərliyini qəbul edirdi... Yəhudilər və romalılar yanıldılar, İsanın əvəzinə, onun oxşarından intiqam alaraq onu çarmıxa çəkdilər».
Rassel Peyğəmbərin (s) dininin sadəliyi haqda yazır:
«Məhəmmədin dini sadə təkallahlıq dinidir. Bu din «təslis» və «hülul» bəhslərindən uzaqdır. İslam Peyğəmbəri allahlıq iddiasında deyildi. Onun tərəfdarları da onun haqda bu iddiada deyildi. Peyğəmbər şərabı qadağan etdi... O, məsihiləri, yəhudiləri və zərdüştləri incitməyi qadağan etdi».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər