Ölüm son deyil başlanğıcdır |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 12-02-2015, 15:52 | Şərh sayı: (0) | Baxılıb: 782
Ölüm son deyil başlanğıcdır
Bəzi adamlar isə axirət inancları olduğunu demələrinə baxmayaraq, yenə də ölən adamın arxasından ağlamağı və kədərlənməyi normal qarşılayırlar. Halbuki Allahın ədaləti sonsuzdur. Ölən adam Rəbbimizə hesab verəcək və dünyada etdiyi hər şeyin qarşılığını misli qədər alacaq. Bu səbəbdən Allaha və axirət gününə inanan, dünya həyatında Rəbbimizin istədiyi kimi həyat yaşayan hər insan üçün ölüm sonsuz gözəllikdəki bir həyatın qapısıdır. İman edənlər üçün ölüm əbədi qurtuluşun başlanğıcıdır. Ancaq dünyada lovğalanan, axirəti inkar edən, Allaha hesab verəcəyini gözardı edən cahil insanlar üçün ölüm sonsuz əzabın qapısıdır. Buna görə bu insanların ölümü xeyir olaraq dəyərləndirməsi mümkün deyil.
Möminin ölümü ilə qarşılaşan digər möminlərin göstərdikləri əxlaq cahil əxlaqından və hərəkətlərindən çox fərqlənir.Çünkü cahiliyyə inancına görə ola bilən ən pis hadisə olaraq dəyərləndirilən ölümü, mömin Allahın aşağıdakı ayəsinə əsasən dəyərləndirir:
Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması və rəhm etməsi şübhəsiz ki, topladıqları şeylərdən daha xeyirlidir. ( Ali-İmran surəsi, 157)
Bu ayədə də göründüyü kimi, möminlərin həyatları kimi ölümləri də xeyirlidir. Xüsusən də Allah yolunda ölən möminlər üçün Allah qatında xüsusi dərəcə var. Bu səbəbdən şəhidlik məqamı, əslində, möminin şərəfidir və axirətdəki əcrini artıran xeyirli hadisədir. Axirət həyatını hədəfləyən və Allahın razılığını qazanmaq məqsədi ilə yaşayan möminin Allah yolunda şəhid olması son dərəcə sevindirici andır. Quranda xəbər verilmiş bu müjdəni bilən möminlər bir başqa mömin Allah razılığını qazanmaq üçün çalışarkən ölərsə heç vaxt kədərlənmir. Tam əksinə bu möminin ölümündəki xeyirləri və gözəllikləri görərək nəşəli və sevincli olur. Şübhəsiz, gözəlliklərin ən üstünü Allahın rızasını və cənnətini qazanmaqdır. Uzun və xeyirli ömür yaşayan möminin Allah qatında üstün dəyəri olduğu ümid edilir.
Buna cavab olaraq inkarcı cəmiyyətin düşündüyü səhvlər var ki, o da onlara verilən həyatın nə qədər uzun olsa da o qədər xeyirli olduğunu düşünməsidir. Aşağıdakı ayədə Allah bu haqda həqiqəti çox qəti şəkildə bildirilir:
Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər! ( Ali- İmran surəsi,178)
Bütün ideyalarını və həyatlarını dünya həyatının müvəqqəti xeyrini əldə etmək məqsədi ilə planlayan cahil insanlar ömürləri nə qədər uzun olsa, o qədər çox dünyəvi nemətlərindən faydalana biləcəklərini düşünürlər. Beləliklə Allahı və axirət gününü tamamilə unudaraq yaşayan bu insanlar, boş yerə sərf etdikləri vaxtın axirət həyatında nə qədər mühüm olduğunun fərqində olmurlar. Halbuki yuxarıdakı ayədə də bildirildiyi kimi, özləri üçün xeyir olduğunu düşündükləri bu müddət əleyhlərinə olur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər