Ey ay kimi məhparə qızım, bağla hicabı |
Müəllif: L-e-y-l-a | Bölmə: Poeziya | Vaxt: 17-12-2015, 22:33 | Şərh sayı: (0) | Baxılıb: 4170
Ey ay kimi məhparə qızım, bağla hicabı
Ey ay kimi məhparə qızım, bağla hicabı,
Ömrün boyu hifz eylə, qoru, saxla hicabı.
**********************************
Fəxr eylə bugün səndə hicab əhli olubsan,
Təklif olunan həddə gəlib yaşə dolubsan,
Sən Fatimənin (s.ə) zinəti ilə ucalıbsan,
İffətdi, ləyaqətdi, gülüm anla hicabı.
********************************
Səndən diləyim təkcə budur ki, ədəbinlə,
Təbliq elə İslami gözəl dini dəbinlə,
Tərk eyləsə hər kim hicabı sən tələbinlə,
Təhlil elə, ünvanına ismarla hicabı.
********************************
Fəxr eyləyirəm ki, daha islam gülü sənsən,
Min-bir bərəkətlə ucalan sünbülü sənsən,
Həm həzrəti Zəhra bağının bülbülü sənsən,
Tərk eyləmə bu gülşəni, ağlatma hicabı.
**********************************
Sən geydin hicabı necə gör bir mətin oldu,
Əynindəki cadurşəbin gültəkin oldu,
Aləm bu gözəl gündə sənə minnətin oldu,
Bil qiymətini, hifz eylə can-başla hicabı.
********************************
Vardır sənə bir başqa sözüm saxla yadında,
Var mərhəmətin hissi o mənalı adında,
Saxlar səni Allah da, mələklər qanadında,
Geysən ona xatir belə minvalla hicabı.
********************************
Dindar olanın dinidə paklıqdı məramı,
Gör ayəyi Quranda halal ilə haramı,
Öyrən, tanı peyğəmbəri, həm 12 imamı,
Sabitqədəm ol, saxla bu cür yolla hicabı.
*********************************
Ya rəbb bizə lütf eylə bizi əhli nəmaz et,
Hər kim hicabı hifz eləyir dərdini az et,
Bicarə Fədaidi, onu məhrəmi-raz et,
Təbliq elə dünyadə xoş əhvalla hicabı.
*********************************
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər