İmam Əli (ə) buyurub |
Müəllif: Admin | Bölmə: Hədislər | Vaxt: 28-08-2015, 18:43 | Şərh sayı: (0) | Baxılıb: 2662
İmam Əli (ə) buyurub
İmam Əli (ə) buyurub:
"Oğulcan, hər yerdə, hər bir şəxsdə hikmət olsa (nəsihət, yaxşı, ibrətli söz) öyrən. Necə ki, münafiqin də qəlbində hikmət olar, amma onun sinəsində rahat qalmaz, ta o zaman ki, onun sinəsindən çıxıb, möminin qəlbində yerləşəndən sonra aram olar."
Ey sadəlövh insan!Ayıq ol, ömrün faydasız sonra yetişməmiş əməllərini pisliklərdən islah et. Onu bil ki, bu ömür insana bir dəfə verilir. Etdiyin günah işlərə görə Allah qarşısında xilasanə tövbə et. Keçirtdiyin vacib olan əməlləri yerinə yetir. Qohum-əqrəban üzünü torpağa qoymamış özün öz ixtiyarınla üzünü torpağa qoy. Ölməmiş öz hesabını çəkib axirətə özün üçün azuqə hazırla.İmam Əli (ə) həzrət Musa (ə)-ın buyurduğu fərmayişlərindən birini belə bəyan edir:
"Ey Adəm övladı!Özün üçün çoxlu azuqə götür. (Yəni axirət günü üçün yaxşı,doğru-düzgün əməllər yerinə yetir.) Ona görə ki, gedəcəyin yol çox uzaqdır-uzaq. Minəcəyin gəminin təmir edib təzələ. Ona görə ki, dərya çox dərindir-dərin. Götürəcəyin yükünü yüngül et. Ona görə ki, Sirat körpüsü çox incədir-incə. Əməllərini xalis Allaha görə yerinə yetir. Ona görə ki, sənin əməllərinin hesabını şəkən şəxs çox ayıqdır-ayıq. Bu dünya çox yatmaqlığını saxla qəbr evinə. Özünə, malına fəxr edib qürrələnməyini də saxla mizandan keçəndən sonraya...(Yəni qiyamət günü əməllərini, verdiyin ehsanlarını Allah qəbul etdikdən sonra Peyğəmbərin hüzurunda olanda özünə, malına fəxr edərsən. Yoxsa etdiyin bu əməllərin, haramdan topladığın var-dövlətin nəticəsində Cəhənnəmə gedəcəyin halda hansı əməlinə, hansı varına fəxr edirsən?!)"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər