RSS
 

Login:
Şifrə:
» » Dinlərdə hicab

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dinlərdə hicab

 
Müəllif: Admin | Bölmə: Hicab | Vaxt: 4-12-2015, 21:53 | Şərh sayı: (0) | Baxılıb: 2918

Dinlərdə hicab


Dinlərdə hicab


Dinlərdə hicabın qaydasını və şəklini araşdırıb müqayisə edəndə ortaya belə bir fakt çıxır ki, bəzi dinlərdə hicaba çox sərt riayət olunmuşdur. Məsələn, Zərdüşt dininə mənsub qadınlar tam hicaba bürünməli imişlər. Yəni uzun paltar, topuğa qədər şalvar geyinməli və bunların üstündən çadraya bürünməli, amma üzlərində də niqab olmalı imiş. Hicabın bu növü farslarda (Əhəmənilər, Arşakilər və Sasanilər dönəmində) da geniş yayılmışdı. Hətta kübar qadınlar da çölə çıxanda üzlərini gizlətmək məcburiyyətində idilər. Xüsusulə I Daranın dövründə qadınlara hicabla bağlı sərt qaydalar tətbiq olunmuşdur. "Sivilizasiyalar tarixi" kitabının müəllifi Vill Dürant yazır ki, "Cəmiyyətin zadəgan sinifinə məxsus qadınlar evdən sadəcə örtülü kəcavədə çıxırdılar".

Hicab yəhudi qadınlarının arasında da mövcud olmuşdur. Tarixçilər bildirirlər ki, yəhudilərdə nəinki təkcə ənənəvi hicaba riayət olunurdu, hətta çox vaxt iş o yerə qədər gəlib çıxırdı ki, bədənin hər yeri qapanırdı. Yəhudilərin nöqteyi-nəzərincə, qadınlar əhəmiyyətsiz varlıqlar idi və yalnız əsgər dünyaya gətirmək üçün lazım idilər. Buna görə də, onların ünsiyyəti üçün çox sərt qaydalar qoymuşdular. Əbul-Qasım İştəxərdi tərəfindən yazılmış "İslamda hicab" adlı kitabda deyilir: "Örtük (Hicab adını İslam gətirib) ərəblər arasında geniş yayılmasa da, qeyri-ərəblər arasında çox geniş yayılmışdı. Qədim İranda, həmçinin yəhudilər və iudaizm dininə sitayiş edən xalqlar arasında hicaba İslamda buyurulduğundan daha sərt riayət olunurdu. Onlarda hətta üzü və ovucları da gizlətmək vacib idi. Bəzi xalqlarda söhbət yalnız qadının vücudunun və üzünün gizlədilməsindən deyil, ümumiyyətlə, qadınların "evə həbs edilməsindən" gedirdi. Onlar bunu adət halına gətirmişdilər".

Yəhudilərin iki müqəddəs kitabları olan Tövrat və Talmudda Allahın qəzəbinə düçar olmamaq üçün qadınların riayət etməli olduqları qaydalar sadalanır. Ərəb yazarı Abdur-Rəsul Əl-Qafar hicab haqqında "Müasir qadın" kitabında belə yazır: "Tövratda (Əhdi-Ətiqdə) hicab haqqında çoxlu hökmlər var. İsa Peyğəmbər də hicab haqqında danışır. Tövrat və İncildə qadınların o dövrdə hicaba riayət etməli olduqlarını göstərən çoxlu ayələr mövcuddur. Onlar evin qadına aid olan yarısında, qalın pərdənin arxasında otururdular ki, onlara təsadüfən yad nəzər sataşmasın".

Xristian dini həmçinin yəhudi şəriətinin qadınların hicabı ilə bağlı hökmləriniqüvvədə saxlayırdı. Xristianlıq qadınlara bütün bəzək əşyalarını qadağan etmişdi. Həvarilər, onlardan sonra isə Roma Papaları və kardinallar - onların dini hökmləri kilsə və xristianlıq üçün qəti əmr mahiyyəti daşıyırdı - qadınları tam hicaba ciddi riayət etməyə, o cümlədən hər hansı bər-bəzəkdən və kosmetikadan istifadə etməməyə çağırırdılar.

London universitetinin professoru Doktor Hakim İlahi "Qadın və xristianlıqda vicdan azadlığı" kitabında hicab haqqında danışan iki Yepiskop Klement və Tertoriyandan sitat gətirir: "Qadın evdən kənarda olduqda tam qapanmalıdır. Belə ki, yalnız onu örtən paltar onu yad baxışlardan qoruya bilər. Qadın başqalarına öz sifətini göstərməməlidir. Tanrı mömin xristian qadınlara başqalarının yanında bəzənməyi məqbul saymır. O gərək öz gözəlliyini gizləsin. Çünki o onu görənlər üçün təklükəlidir".

Braun Şnayder "Müxtəlif tayfaların geyimləri" kitabında xristian qadınların şəkillərini verir. Onlar hamısı uzun paltar geyinmiş və duvaq örtmüşlər. Xristianların müqəddəs kitabında örpəyin vacibliyinə açıq göstərişlərin olması və onlara yad adamaların yanında, xüsusilə kilsədə susmaq əmrinin verilməsi ona dəlalət edir ki, onlar hicaba riayət etməlidirlər. Bu səbəbdən, xristianlar və avropalılar arasında o dövrdə hicaba riayət olunması çox geniş yayılmışdı və bu 13-cü əsrə qədər davam etmişdir. O tarixdən etibarən isə tədricən öz əhəmiyyətini itirməyə başlamışdır.

İslam sonuncu və ən kamil ilahi din kimi geyimi Allahın neməti olaraq görür. Bu din hicabla bağlı tarix boyu müşahidə edilən ifratçılığın qarşısını almaq üçün konkret hökmlərlə hicabın sərhəddini məhdudlaşdırmış və onu düzgün, mötədil və kişi və qadın təbiətinə daha uyğun şəkildə müəyyənləşdirmişdir.

İslam dinində hicab heç də qadının evə həbs edilməsi və cəmiyyətdən təcrid olunması anlamına gəlmir. Və ya qadınları cəmiyyətin ictimai həyatında iştirak etmə haqlarından məhrum etmir. Hicab İslam dünya görüşündə o anlama gəlir ki, qadın yad kişilərin yanında saçlarını və bədənini örtməlidir ki, lazımsız baxışları cəlb etməsin.

Hicab İslamda onunla xarakterizə edilir ki, o qadınlara nəinki cəmiyyətin ictimai həyatında iştirak etməklərinə mane olmur, həm də iş mühitinin sağlam olmasını və qadının ictimai fəallığını qarantiləyir. İslam nöqteyi nəzərindən, hicab təkcə qadına ismət, paklıq və dəyər qazandırmır, həmçinin qadını xarici və daxili təlükələrdən qoruma vasitəsi kimi xidmət edir. Hicab haqqında ayə nazil olur olmaz müsəlman qadınları buna riayət etməyə başlamışlar. Peyğəmbərin (c.ə.c.) xanımı Həzrəti Aişə bu barədə belə deyir: "Ənsar qadınlarına afərin. "Nur" surəsinin ayəsi nazil olduqdan sonra onlardan heç biri cəmiyyət içinə əvvəlki görkəmdə çıxmadılar. Onlar hamısı başlarını qara örtüklə örtdülər".



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor