Namazı məsxərə edənlər nadanlardır |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 6-05-2016, 22:19 | Şərh sayı: (0) | Baxılıb: 362
Namazı məsxərə edənlər nadanlardır
Bəzi maddi mənafeyə aldanmış şəxslər özlərini müasir dünyanın insanları hesab edərək dinə və xüsusi ilə dinin sütunu hesab edilən namaza tənə vurur və namaz qılan şəxsləri məsxərə edirlər. Allah-taala belə şəxslərin avam, cahil, ağılsız olduqlarını bəyan edir.
وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلوةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لاَّ يَعْقِلُونَ
"Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır”("Maidə”, 58.).
Belə şəxslər haqq yolundan azmışlar, heç bir sağlam əqidəyə malik olmayan fasiq insanlardır. Məlum ayənin davamında onlar haqqında oxuyuruq:
قُلْ يَا أَهْلَ الْكِتَابِ هَلْ تَنقِمُونَ مِنَّا إِلاَّ أَنْ آمَنَّا بِاللّهِ وَمَا أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ مِن قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَاسِقُونَ
"(Ya Rəsulum!) De: "Ey kitab əhli! Bizdən xoşunuz gəlməməyi yalnız bizim Allaha, bizə nazil edilənə və bizdən daha əvvəl nazil edilənlərə inanmağımıza və sizin əksəriyyətinizin fasiq olmasınamı görədir?!”("Maidə”, 59.)
Günümüzdə də bir dəstə aldanmış şəxslər özlərini "postmodernist” adlandıraraq İslam düşmənlərinin sözçülərinə çevrilmiş, heç bir dini dəyəri tədqiq və tətbiq etmədən heç bir məntiqə sığmayan fikirlər irəli sürürlər. Təbii ki, onların cavabları savadlı dindarlar tərəfindən verilir. Lakin, bu aldanmış şəxslər himayədarlarından aldıqları pul hesabına və qəlblərində olan qərəz üzündən sözlərinə ara vermirlər.
Ailədə namaz
Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Əgər bu təməl daşı sağlam və düzgün ailə tərbiyəsi əsasında qoyularsa, pak bir mühitin ərsəyə gəlməsinə zəmin olacaq. Amma, əgər ailədə təlim-tərbiyə sönük və puç əxlaqi prinsiplərə əsaslanarsa, təbii ki, qeyri-insani bir cəmiyyətin formalaşmasına səbəb olacaqdır. Övladlarının dinin qarşıya qoyduğu əxlaqı dəyərlər əsasında tərbiyə olunmasını istəyən şəxs ilk olaraq özü dini vacibatları icra edib, sonra uşaqlarını da bu gözəl işə cəlb etməlidir.
Ailədə valideynin ümdə vəzifələrindən biri də övladlarına namaz öyrətməkdi. Çünki, Qurani-kərimin dəfələrlə təkid etdiyi namaz insanı fəsad və pozğunluqlardan uzaq tutur və onların dünya və axirət səadətini təmin edir.
Kimliyindən asılı olmayaraq namaz bütün ailələrdə, hətta Peyğəmbərin (s) evində bərpa olunmalıdır. Allah Qurani-kərimdə İslam peyğəmbərinə (s) buyurur:
وَأْمُرْ أَهْلَكَ بِالصَّلوةِ وَاصْطَبِرْ عَلَيْهَا لَا نَسْأَلُكَ رِزْقًا نَّحْنُ نَرْزُقُكَ وَالْعَاقِبَةُ لِلتَّقْوَى
"Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!”("Taha”, 132.)
Həmçinin, Qurani-kərimdə həzrət İsmayılın (ə) ailəsinə namaz qılmağı əmr etməsinə şahid olururq.
وَكَانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلوةِ وَالزَّكَوةِ وَكَانَ عِندَ رَبِّهِ مَرْضِيًّا
"O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (İsmayılın əməli Allah dərgahında bəyənilmişdi)”("Məryəm”, 55.).
Qurani-kərimdə həkim kimi tanıtdırılan, oğlunu əxlaqi dəyərlərə sövq edən həzrət Loğman (ə) ilk olaraq övladını namaza dəvət edir, sonra digər vacib əməllərin icrasını ondan tələb edir.
يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنكَرِ وَاصْبِرْ عَلَى مَا أَصَابَكَ إِنَّ ذَلِكَ مِنْ عَزْمِ الْأُمُورِ
"Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”("Loğman”, 17.)
Bütün valideynlər övladlarının bu vacib əməli yerinə yetirmələri üçün çalışmalı və Allaha, Əhli-beytə (ə) bu işin tezliklə həyata keçməsi üçün dua etməlidirlər. Necə ki, İbrahim Xəlilullah (ə) ailəsinin namaz əhli olması üçün dua edərək buyurur:
رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلوةِ وَمِن ذُرِّيَّتِي رَبَّنَا وَتَقَبَّلْ دُعَاءِ
"Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul et!”("İbrahim”, 40.)
İslam peyğəmbəri (s) uşaqlar yeddı yaşına yetdiyi zaman onlara namazın öyrədilməsinin məsləhət olduğunu buyurur: "Övladlarınız yeddi yaşına çatdığı zaman onlara namazı öyrədin”("Mustədrəkul-vəsail”).
Namazın dünya və axirət faydaları
Namaz həm insanın maddi həyatını zənginləşdirən, həm də axirət səadətini təmin edən bir ibadətdir. Yazımızın bu hissəsində namazın dünya və axirət faydalarından söz açmağı lazım bilirik.
Namaz qəlbin təskinliyidir
Namaz çox mahiyyətli bir ibadətdir. Belə ki, bu ibadət həm insanın dünyasını, həm də axirətini abad edir. Namazın insan cisminə xeyri olduğu kimi, ruhuna, mənəviyyatına da böyük təsir bağışlayır. Sıxıntılar qarşısında əzab çəkən insan heç bir vasitə ilə aram olmadıqda Allaha etdiyi bir neçə dəqiqəlik ibadət onun ruhiyyəsini təmamilə dəyişir və ona yeni ruh təskinliyi bağışlayır. Qurani-kərimdə qəlbə rahatlıq bəxş edə bilən şeyin yalnız namaz olduğu xatırladılır:
الَّذِينَ آمَنُواْ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ اللّهِ أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ
"O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (mö’minlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!”("Rəd”, 28.)
Başqa bir ayədə isə Allah insanların çətin bir vəziyyətə düşməsini, özlərinə zülm etmələrini xatırladaraq nicatlarının yalnız namazda olduğunu buyurur:
وَالَّذِينَ إِذَا فَعَلُواْ فَاحِشَةً أَوْ ظَلَمُواْ أَنْفُسَهُمْ ذَكَرُواْ اللّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُ وَلَمْ يُصِرُّواْ عَلَى مَا فَعَلُواْ وَهُمْ يَعْلَمُونَأُوْلَئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ
"O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!”("Ali-İmran”, 135-136.)
Rəvayətlərdən də məlum olur ki, möminlərin qəlbinin sevinci, könüllərinin şad olması Allahın zikri ilə bağlıdır. İmam Sadiq (ə) belə nəql edir: "Allah Davud peyğəmbərə (ə) buyurdu: "Mənimlə (məni xatırlamaqla) şad ol, məni xatırlamaqla sevin və mənimlə münacat etmək nemətindən faydalan”("Mizanul-hikmət”, hədis. 20035.).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər