RSS
 

Login:
Şifrə:
» » “Füzuli arxı” barədə rəvayət

Xəbər lenti

"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

“Füzuli arxı” barədə rəvayət

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-12-2016, 12:59 | Şərh sayı: (0) | Baxılıb: 686

“Füzuli arxı” barədə rəvayət


“Füzuli arxı” barədə rəvayət Füzulinin böyüklüyü ondadır ki, bütün müsəlman xalqları onu sevir. Həm azərbaycanlılar, həm türkmənlər, həm ərəblər, həm türklər, həm də farslar şairi sevir, özününkü bilirlər. Füzuliyə sevgi üzündən onun haqqında bəzən həqiqətə uyğun olmayan əfsanələr də qoşmuşlar. Belə əfsanələrdən biri “Füzuli arxı” barəsindədir.

Tarixdən məlumdur ki, Sultan Süleyman Qanuni 1534-cü ildə İraqı ələ keçirəndən sonra müqəddəs ziyarətgahlara diqqət yetirməyə başlayır. Ondan əvvəl Səfəvi şahlarının – Şah İsmayıl və Şah Təhmasibin müqəddəs hərəmlərə bağışladıqları qiymətli hədiyyələrin, orada apardıqları tikinti və təmir işlərinin şöhrətini kölgədə qoymaq üçün Sultan Süleyman daha böyük xeyriyyə layihəsi həyata keçirmək fikrinə düşür. Bu fikir onu Fərat çayından Kərbəla şəhərinə arx çəkdirməyə həvəsləndirir. Kərbəla şəhəri coğrafi baxımdan Fərat çayının səviyyəsindən daha yüksəkdə yerləşdiyi üçün ora arx çəkmək mühəndislərdən xüsusi bacarıq tələb edirdi. Osmanlı mühəndisləri bu işin öhdəsindən gəlirlər. Şəhərə çəkilən arx əvvəllər “Süleymaniyyə arxı” (Sultan Süleymanın adı ilə), daha sonralar isə “Hüseyniyyə arxı” adlandırılır. Bu gün də həmin arx istifadəyə yararlıdır.

Arxın çəkilmə tarixi barədə xalq içində belə bir əfsanə dolaşır: Sultan Süleyman Kərbəlaya gəlib, ziyarət üçün İmam Hüseynin (ə) hərəminə daxil olur. Hamı Sultana təzim etsə də, hərəmin xidmətçilərindən biri ona baş əymir. Sultan bundan həm təəccüblənir, həm də qəzəblənir. Xidmətçini yanına çağırıb, “Niyə öz sultanına təzim etmədin?” - deyə, soruşur. O isə qorxmadan cavab verir: “Mən indi əsil sultanın hüzurundayam. Eyni zamanda iki sultata itaət edilməz. Burdan çıxsaq, sən mənim sultanım olacaqsan. Burada isə sənin də, mənim də sultanım Hüseyndir!”

Sultan Süleyman bu sözü bəyənir. Xidmətçiyə deyir ki, ürəyində nə arzusu varsa söyləsin. O da Kərbəla sakinlərinin suya ehtiyaclı olduğunu dilə gətirib xahiş edir ki, sultan şəhərə su çəkdirsin. Osmanlı hökmdarı onun xahişinə əməl edir və Kərbəlaya Fəratdan arx çəkdirir. Həmin xidmətçi Məhəmməd Füzuli idi. Camaat məhz şairin sayəsində arxın çəkildiyini unutmur və ona “Füzuli arxı” adını verirlər...

Əlbəttə, əgər tarixi faktları incələsək, bu əfsanənin doğruluğu şübhə altına düşər. Çünki əvvəldə qeyd etdiyimiz kimi, Sultan Süleyman İraqı fəth edib Kərbəla ziyarətinə gələndə Füzuli hələ hərəmdə xidmətçilik etmirdi. Bu şərəfli vəzifəyə o, xeyli sonra təyin edilmişdi. Bundan əlavə, mötəbər tarixi mənbələr də şairlə sultanın görüşü barədə heç bir məlumat vermir. Böyük ehtimalla onlar heç zaman görüşüb söhbət etməmişlər. Amma bununla belə, bu əfsanə xalqın Füzuliyə olan sevgisinin təzahürü kimi diqqətə və tərifə layiqdir...

***

Füzuli ilə bağlı dəqiqləşdirməyə ehtiyaclı olan mövzulardan biri də şairin dəfn yeri məsələsidir. Füzulinin dəfn yeri ilə bağlı fikir ayrılıqları mövcuddur, hətta müxtəlif zamanlarda şairin qəbri kimi tanıtdırılan məkanların hansının həqiqətə uyğun olması da ciddi mübahisələr doğurur.

Füzulinin konkret olaraq Kərbəlanın hansı hissəsində dəfn edildiyi barədə fikirlər eyni deyil. Əksər mənbələr İmam Hüseyn (ə) hərəminin qiblə qapısı istiqamətində hərəmin hüdudlarına yaxın yerləşən Əbdülmömin Dədə adlı bəktaşi şeyxinin məqbərəsini şairin son məkanı kimi göstərir. Ümumiyyətlə, Füzulinin bəktaşi təriqətinə bağlı olduğu barədə məlumatlar kitablarda tez-tez gözə dəyir.

Qəzənfər Paşayev “Altı il Dəclə-Fərat sahillərində” kitabında yazır: “Şairin qəbri son dörd-beş ilə qədər məscidin qərb qapısı ağzında, Azərbaycan istiqamətində, yönü Azərbaycana baxırdı... Kərbəlanın abadlaşdırılması ilə əlaqədar olaraq şairin əbədi yuxuya getdiyi bu yerlər sökülmüşdür. Şairin nəşi Kərbəla Bələdiyyə idarəsinin göstərişilə İmam Hüseyn məscidində saxlanılır. Təəssüf ki, hər iki ölkəyə fəlakət, bədbəxtlik gətirən lüzumsuz İran-İraq müharibəsi nə Kərbəlanın abadlaşdırılmasına, nə də şairə abidə qoymağa imkan verir” (Q. Paşayev. Altı il Dəclə-Fərat sahillərində, Bakı, 1987, səh. 50-52). Müəllif həmin kitabda Füzulinin məzarına aid olan və 1973-cü ildə çəkilmiş bir fotoşəkli də təqdim edir. Eyni məkanın fotoşəkli M. Hirzəddinin “Məraqidül-məarif” kitabında da vardır (cild 2, səh. 177. Kitab 1971-ci ildə Nəcəfdə çap olunduğu üçün o dövrki mənzərəni əks etdirir).

Zənnimizcə, müəllif Füzulinin məzarının İmam Hüseyn (ə) məscidinin qərb qapısı ağzında yerləşdiyini yazmaqla qeyri-dəqiqliyə yol vermişdir. Əvvəla, ümumiyyətlə Azərbaycan Kərbəlanın qərbində yerləşmir, şimal-şərqində yerləşir. İkincisi, Füzulinin dəfn olunduğu Əbdülmömin Dədə Bəktaşi türbəsi də hərəmin qərb qapısının deyil, qiblə qapısının müqabilində dururdu. Qiblə isə Kərbəlada cənub istiqamətində, azacıq qərbə meyllidir.

Məşhur şiə biblioqrafı Seyyid Mühsin Əmin “Əyan əl-şiə” kitabında (8-ci cild, səh. 413-415) Füzuli haqqında kifayət qədər geniş məlumat verərək, onun İmam Hüseyn (ə) hərəmini işıqlandırma vəzifəsində çalışdığını qeyd edir. Müəllif şairin dəfn yeri barədə yazır: “Füzuli Kərbəlada, İmam Hüseyn hərəminin cənub tərəfində, qiblə qapısının qarşısındakı bəktaşiyyə təkyəsinin yanında yerləşən Dədə məqbərəsində dəfn olundu”.

Qeyd:

1975-ci ilə kimi Füzulinin məzarı burada – Əbdülmömin Dədə Bəktaşi türbəsində yerləşirdi (şəkil Q.Paşayevin “Altı il Dəclə-Fərat sahillərində” kitabındandır).



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor