Ailə qurmaqdan boyun qaçırmağın səbəbləri |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 23-09-2016, 23:50 | Şərh sayı: (0) | Baxılıb: 386
Ailə qurmaqdan boyun qaçırmağın əsas iki səbəbi vardır. Bunlardan biri mənfi və o biri müsbət tərəfidir. Məsələn oğlan və ya qız fikirləşir ki, ailə qurmaq üçün maşın, ev, sənət lazımdır. Hətta onların valideynləri də bu cür fikirləşirlər. Bu zaman həmin valideynlərə sual vermək lazımdır ki, 30 il əvvəl sən ailə quranda sənin maşının, evin vardımı? İndi ki, bu oğlanla qız ailə qurmaq istəyir, bir qədər insaflı ol.
Başqa bəhanə təhsildir. Bəziləri belə bəhanə gətirirlər ki,təhsilimi hələ başa vurmamışam ki,ailə quram. Ancaq qızların bir çoxu ailə qurandan sonra da təhsillərinə davam etmişdilər.Tələbə oğlanlar da o cür.
Başqa bir bəhanə odur ki, mənim arvadım və ya ərim məhz bu xüsusiyyətlərə malik olmalıdır. Ancaq bu cür ideal insan mövcud deyildir. Zahirdə ola bilsin ki, dediyin xüsusiyyətlərə malik olsun.Ancaq daxilləri istədiyi kimi olmayacaqdır.
Bunlar mənfi bəhanələr idi.
Müsbət bəhanələr də vardır ki, biri də oğanla qızın bir-birini kifayət qədər tanımamasıdır. Yəni bir-birini tanımalıdırlar və evlilik haqqında məlumatları olmalıdır. Əks təqdirdə, gələcək ailələrdə problem yarana bilir. Çünki arvad gözləyir ki, əri istədiyi kimi bir insan olacaqdır. Ancaq bu cür olmayanda məyus olur və çətinliklər yaranır. Ya da əskinə. Bunun qarşısını almaq üçün ailə qurmaq istəyən cütlüklər ailə müşavirlərinə müraciət edib, suallara cavab verə bilərlər. Bundan başqa institut və yuxarı siniflərdə elə proqramlar təşkil edilə bilər ki, bu sahədə cavanlara yardım edər. Məsələn televiziya kanalları yaxşı yardımçı ola bilər. Bu mövzuya aid verilişlər təşkil edib, insanların ən aktual problemlərinə cavab verə bilərlər. Mətbuatın özü də bu məsələdə kömək edə bilər. Bu məsələyə məscidlər də yardım edə bilər. Cümə namazlarının mövzularından biri də bu mövzu olsun. Ən mühüm mövzu isə - tərbiyə mövzusu olmalıdır. İmam-cümə öz xütbələrində boşanma hallarını pisləməli və o cümlədən, məhərrəm aylarında da bu məsələyə xüsusi diqqət etməlidirlər.
Əgər bu deyilənlərin heç biri yardım etməzsə, evlənməyi düşünən şəxs ilk növbədə evlənmənin ehtiyacları haqqında düşünsə, daha yaxşı olar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər