Münasiblik və anlaşma |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-01-2016, 23:22 | Şərh sayı: (0) | Baxılıb: 368
Münasiblik və anlaşma
Ərlə arvad arasında rabitələrdə mühüm məsələ onların istəkləri arasındakı münasiblik, anlaşma, uyğunluqdur. İslami rəvayətlərdə qeyd olunur ki, ər və arvad bir-birinin oxşarı ("küfv") olmalıdır. Yə`ni onlar arasında oxşarlıq, münasiblik, uyğunluq olması zəruridir. Mə`lum məsələdir ki, ərlə arvad arasında nə qədər çox oxşarlıq olarsa, onların müştərək həyatı da bir o qədər möhkəm olar. Bu səbəbdən də qeyd olunmuş əsas me`yarlardan əlavə qarşılıqlı anlaşmada rolu olan digər me`yarlar da nəzərdə saxlanılmalıdır.
İzdivacda tərəflər arasındakı fərqlər imkan həddində azaldılmalıdır ki, anlama asan olsun. Belə ki, tərəflər düşüncə, mədəniyyət, ictimai mövqe, iqtisadi durum baxımından nə qədər münasib olsalar, bir o qədər yaxşıdır. Məsələn, yoxsul ailədən olan bir gənc varlı ailədən olan bir qızla evləndikdə, adətən, problemlərlə üzləşir. Şəhərdə, fərqli mədəniyyətlərin mövcud olduğu mühitlərdə yaşayan fərdlər qarşılıqlı anlaşma yolunda xeyli çətinliklə üzləşirlər. Əlbəttə ki, müştərək xüsusiyyətlər çox olduqda mövcud ziddiyyətlər aradan qalxır. Necə ki, güclü dini e`tiqada malik olan iki fərd ailə qurduqda qarşılıqlı anlaşma olduqca asanlaşır. Ailə quran tərəflərin bir-birini başa düşməsi üçün onların təhsili də nəzərə alınmalıdır. Ərlə arvad arasında yaş fərqi də böyük olmamalıdır. Digər imtiyazlara malik istisna hallarda bu fərq on yaşdan çox ola bilər.
Ailə quran gənclər zahiri baxımdan da bir-birlərini bəyənməlidirlər. Hər bir fərd özündə ailə qurduğu tərəfə qarşı bir cazibə hiss etməlidir. Ailə quranadək pak bir həyat sürmüş gənclər həyat yoldaşı seçimində bir o qədər də diqqətli olmurlar. Onlar, adətən, nəcabət, mə`nəviyyat amillərini önə çəkərək bildirirlər ki, qarşı tərəfin zahiri gözəlliyi onlar üçün əhəmiyyətli deyil. Amma təcrübədə mə`lum olur ki gözəllik amilini nəzərə almadan evlənənlər arasında münasibətlər sonradan soyuyur. Belə hallarda artıq tərəflərdən biri o birini cəzb etməməyə başlayır. Ər-arvad arasında yaranmış soyuqluğun səbəbi, haqqında danışılan amilin nəzərə alınmamasıdır. Müəllif bir çox bu sayaq izdivacları araşdırmış və onların xoşagəlməz sonluğunu müşahidə etmişdir. Gənclər bilməlidirlər ki, bir ömür yanaşı yaşamalı olan qadın və kişidə bir-birinə qarşı cazibə hissi olmalıdır. Bu cazibə olmadıqda hansısa başqa bir imtiyaz bu boşluğu doldurmur. Buna görə də oğlan və qız evlənməmişdən qabaq bir-birlərini görməli və zahiri baxımdan bəyənməlidirlər. İslam dini həqiqətən evlənmək fikrində olanlara, qarşı tərəfi görmək icazəsi vermişdir. Əlbəttə ki, həyat yoldaşı seçimində gözəllik amilini həlledici saymaq, bu istiqamətdə ifrata varmaq olmaz.
Zövcə ilə müştərək həyatın davamını tə`min edən təkcə onun gözəlliyi deyil. Bu sahədə qarşılıqlı anlaşma, ruhi kamilliklər, gözəl əxlaq əhəmiyyətli rol oynayır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər