Qadın və kişi arasında biri-birinə münasibətdə hansı haqları vardır?! |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 10-09-2016, 23:24 | Şərh sayı: (0) | Baxılıb: 315
Ailə həyatının davamlı olması və ailədə səmimiyyətin hakim olması üçün qadınla kişi bir-birinə qarşı bəzi haqlara riayət etməlidirlər. Bu haqlarla tanış olaq:
1. İtaət. İmam Baqir (ə.s) buyurur: "Bir qadın Həzrət Peyğəmbərin (s.a.v.v) xidmətinə gəlir və deyir: “Ərin xanımı üzərindəki haqqı nədir?”. Peyğəmbər (s.a.v.v) buyurur: “O zaman ki, qadın beş vacib namazını qılar və Ramazan ayının orucunu tutar və həccini yerinə yetirər və ərinə itaət edər, Əlinin (ə.s) haqqını ki, itaəti vacib olan İmamdır, tanıyar – behiştin 8 qapısının hansından istəsə, behiştə daxil olar". Ona görə də qadının ərinə görə olan ilk haqqı – ona itaət etməkdir.
2. Bəzənmək (əri üçün): Həzrət Peyğəmbər (s.a.v.v) buyurur: "Qadına lazımdır ki,ən yaxşı ətirdən istifadə etsin.Ən gözəl paltarını geyinsin və özünü ən yaxşı şəkildə (əri üçün) bəzəsin”.
3. Evdən bayıra icazəli çıxmaq: Həzrət Peyğəmbər (s.a.v.v) qadının ərinin icazəsi olmadan çölə çıxmasını qadağan etmişdir.Əgər qadın belə etsə,evə qayıdana qədər səma mələkləri,cin və inslər onu lənətləyər.
4. Ərinə əziyyət verməkdən çəkinmək: İmam Sadiq (ə) buyurur: “Məlundur,məlundur o qadın ki, ərinə əziyyət verər.Onu qəmgin və qüssəli edər. O qadın xoşbəxtdir ki,ərinin hörmətini saxlayar, ona əziyyət verməz, hər bir halda ona itaət edər”.
5. Evdə xidmət etmək: Peyğəmbər (s.a.v.v) buyurur:
O qadın ki,əri üçün ləzzətli yemək hazırlayar – Allah behiştdə onun üçün müxtəlif təamlar hazırlayar.Deyər ki,dünyada çəkdiyin zəhmətin mükafatı olaraq ye-iç!
6. Əri ilə xoş rəftar etmək: Həzrət Peyğəmbər (s.a.v.v) buyurur: “O qadın ki, rifahda və çətinlikdə əri ilə yola gedər və ona itaət edər – Allah onu Hz.Əyyubun (ə.s) həyat yoldaşı ilə məhşur edər”.
7. Özünü başqaları üçün bəzəmək olmaz: Peyğəmbər (s.a.v.v) buyurur: "Öz zinətlərini ərindən başqasının nəzərində qoyma!"
8. Ərinin icazəsi olmadan malını istifadə etməmək. İmam Sadiq (ə.s) buyurur: Qadının icazəsi yoxdur ki, ərinin izni olmadan qul azad etsin,sədəqə versin və nəyisə bağışlasın və malını nəzir etsin.Ancaq vacib zəkatın,sileyi-rəhmin,ehsanın icazəyə ehtiyacı yoxdur.
Əlbəttə ki qadının da əri üzərində haqları vardır:
1. Onun həyat ehtiyaclarını təmin etmək: Geyinmək, yemək və içmək.
2. Ehtiram göstərmək: Peyğəmbər (s.a.v.v) buyurur: O kəs ki evlənər gərək ona (yoldaşına) ehtiram qoysun.
3. Təmiz və pakizə olmaq, bəzənmək. Necə ki, kişi xanımını təmiz və bəzənmiş görmək istəyir, qadın da ərini bu cür görmək istəyir.
4. Kişi xanımına qarşı xoşrəftar və xoşdilli olmalıdır.
5. Ailə başçılığını göstərmək: Bəzi kişilər ailənin idarə olunmasını qadınlara tapşırır və ailə işlərində ancaq qadınlar qərar vermək haqqında malik olurlar.Bu əməl kişini zəlil edər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər