Bütün təqva Allah Təalanın bir ayəsində |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 18-09-2016, 23:13 | Şərh sayı: (0) | Baxılıb: 229
Şübhəsiz,Allah (fərdi, ailəvi və ictimai) ədaləti,yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz. (Nəhl surəsi,ayə 90). Bu ayə o kamil ayələrdəndir ki,həm xeyir və həm şərdən bəhs edir. Mənası maraqlıdır və İslam dininin əvvəllərində çox sayda qəlbi özünə cəlb etmişdir.
Peyğəmbər (s.a.v.v) buyurur: "Bütün təqva – Allahın bu sözündədir." Sonra bu ayəni tilavət edir.
Bu ayədə üç əmr və üç qadağa vardır. Bu ayə o qədər əhəmiyyətlidir ki, İmam Baqir (ə.s) cümə xütbəsinin sonunda bu ayəni tilavət etmişdi.Sonra buyurmuşdu: "Allahım, bizləri o kəslərdən qərar ver ki, nəsihətləri eşidir və hallarına faydalıdır."
O zamanlarda ki,müsəlmanların sayı az, düşmənlərin sayı çox idi və bir çox müsəlmanların Peyğəmbərlə (s.a.v.v) olan beyətini sındırması ehtimal olunurdu,bu ayə nazil oldu. Onlara xəbərdarlıq verdi.
Bu ayədə nələrə əmr edilir?
1. Ədalət: Yer, göy, bütün aləm ədalətlə bərpa olmuşdur. Bir cəmiyyət insan bədəninə bənzəyir. Əgər ədalətə riayət edilməsə,xəstələnər.Ədalət o qanundur ki,bütün varlıq aləminin çərxi onunla dönür. Yəni, hər şey öz yerində qərar tutur. İfrat, təfrit etmir, həddini aşmır və başqalarının haqqına təcavüz etmir. Ancaq ədalət tənha olarsa, bir iş görə bilməz, gərək yanında ehsan da olsun.
2. Ehsan: İnsan həyatı boyu elə çətinliklərlə qarşılaşır ki, onu həll etmək üçün ədalət kifayət etmir. Bəlkə fədakarlığa, güzəşt etməyə ehtiyac hiss edir. Ehsandan istifadə edərək, onu həyata keçirdir.
3. Yaxınlarına yaxşılıq etmək: Ehsan ancaq cəmiyyətə aid deyildir, insanın yaxınlarına da aiddir. İnsanın qohumları – kiçik cəmiyyətdir. Böyük cəmiyyət də bu kiçik cəmiyyətdən təşkil edilmişdir. Hər nə qədər bu kiçik cəmiyyət sabit və möhkəm olarsa, böyük cəmiyyət də sabit olar.
Bu ayənin qadağan etdiyi 3 əməl bunlardır: Fəhşa, münkər və üsyan. Fəhşa - gizli günahlara işarə edir. Münkər - aşkar günahlara işarə edir.Üsyan - zülm və özünü başqalarından üstün bilməyə işarə edir.
Əgər bu ayənin buyurduqlarını cəmiyyətdə həyata keçirdə bilsək,o zaman abad bir dünyaya malik olarıq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər