RSS
 

Login:
Şifrə:
» » Allah heç kimə zülm etmir

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Allah heç kimə zülm etmir

 
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 23-11-2015, 07:07 | Şərh sayı: (0) | Baxılıb: 2903

Allah heç kimə zülm etmir


Allah heç kimə zülm etmir


Ədalət nədir?


Alimlər ədalət anlayışına bu cür tərif vermişlər: ədalət hər şeydə ən əlverişli orta həddi gözləməkdir. Müəyyən bir məsələdə ifrata varmaq (yəni həddi aşmaq) və təfritə yol vermək (yəni lazım olan həddə çatmamış durmaq) ədaləti pozmaq deməkdir. Həm ifrat, həm də təfrit bəyənilməzdir.

Dediklərimizi sadə misallarla sübuta yetirək:

Məlumdur ki, insanda səxavət və əliaçıqlıq gözəl xüsusiyyətlərdən sayılır. Səxavətli şəxs hamı tərəfindən sevilir və möhtərəm bilinir. Səxavətin təfrit halı - simiclik və xəsislik isə insan üçün pis xasiyyət hesab edilir. Habelə, bir kəs ifrat dərəcədə səxavətli olsa, yəni bütün var-dövlətini, evini, geyimlərini və s.-ni camaata bağışlasa, öz yaşayış ehtiyaclarını ödəmək üçün başqalarına möhtac olar, ömrünü səfalət və dilənçilik içində keçirər.

Yaxud məlumdur ki, insanın malik olduğu ən dəyərli nemətlərdən biri nitq qabiliyyətidir. İnsan danışanda da ədaləti gözləməli, hər sözün yerini bilməlidir. Yeri gəldi-gəlmədi uzun-uzadı və mənasız danışmaq insanın hörmətini əksildər, xalq içində ona çərənçi deyərlər. Belə hərəkət ifratçılıqdır. Əksinə, bir kəlmə söz bir insan taleyini həll etdiyi zaman kimsə ağzına su alıb sussa, həm özünü, həm də başqalarını bədbəxtliyə salar.

Allah-Təala hər cür ifrat və təfritdən uzaqdır. Çünki bu xüsusiyyətlər onun kamillik və nöqsansızlıq sifətlərinin ziddinədir.

Allah-Təalanın bütün sifətlərində və yaratdığı şeylərdə ədalət vardır. Allah rəhmli və bağışlayandır. Onun mərhəməti çox genişdir, amma ifratdan uzaqdır. Allah qəsdən, yaxud bilməyərəkdən bəzi günahlar törətmiş və tövbə etmiş şəxsləri bağışlayar, lakin inadcıl kafirlər və dəhşətli cinayət törətmiş günahkarlar onun mərhəmətindən uzaqdırlar.

Allah-Təala qüdrətlidir və bütün aləm Onun qüdrət nişanələri ilə doludur. Lakin Allah öz qüdrətini nümayiş etdirməkdə ifrata yol verməmişdir. Məsələn, Allah dağları daş süxurlarından yaratmış, qızıl və gümüş kimi qiymətli metalları isə yerin təkində gizlətmişdir. Allah böyük dağları saf qızıldan yaratmağa da qadir idi. Amma o, belə etməmişdir. Çünki qızıl dağları insanlara xeyirdən çox ziyan gətirərdi. Düşünün ki, bu halda həmin qızıl dağlarını ələ keçirmək naminə hansı fəlakətlər baş verə, nə qədər qanlar tökülə bilərdi!

Allah zalım deyildir


Ədalət xətkeşin mərkəzindəki müvazinət nöqtəsi kimidir. Xətkeş bu nöqtə üzərində dayanarsa, onun hər iki tərəfi eyni səviyyədə qərar tutar. Əgər müvazinət nöqtəsindən hər hansı tərəfə azacıq meyl edilsə, tərəflərin bərabərliyi pozulacaq.

Ədalət nöqtəsində ifrat və təfrit bir-birini tarazlaşdırıb zərərsizləşdirir. Bunların hər hansı birinə meyl etmək - sərhəddi pozmaq, zülm və təcavüz etmək deməkdir.

Zülm ədalətin ziddidir. Hər hansı əşyaya layiq olduğu münasibəti göstərməmək ona zülm etmək deməkdir. Nümunə üçün tarixə müraciət edək. Həzrəti Muhəmməd Peyğəmbərin (s.ə.s.) əmisi oğlu və kürəkəni Həzrəti Əlinin (ə) şəxsiyyəti tarix boyunca bəzi təriqət və cərəyanlar tərəfindən ədalətsiz, zülmkar münasibətə məruz qalmışdır. Özlərini müsəlman hesab edən, əslində isə İslamdan uzaq olan "xəvaric" təriqətinin nümayəndələri Həzrəti Əli (ə) ilə düşmənçilik etmiş, onu lənətləmiş, onunla müharibəyə qalxmışlar. Başqa bir təriqətin ardıcılları - əliallahilər isə İmam Əlini (ə) Allah saymışlar.

Hər iki tərəf Əliyə (ə) zülm etmişdir. Xəvaric onu təhqir etmiş və hüququnu tapdamışdır. Əliallahilər isə Əlinin (ə) öz etirazına baxmayaraq, onu ifrat dərəcədə yüksəltmiş, malik olmadığı sifətləri və qüdrəti çatmayan işləri ondan tələb etmişlər. Bu zaman onlar hər şeydən əvvəl, Allaha qarşı küfr etmiş, onu insanla eyniləşdirmişlər.

Hər bir zülmün törədilməsinin üç səbəbi ola bilər:

a) Zülmkar qüvvə öz etdiyi işin zülm olduğunu bilmir. Məsələn, bir nəfər gizlincə başqasının pulunu götürüb mənimsəyir, amma bu hərəkətin oğurluq olduğunu bilmir. Əgər bilsəydi, həmin pulu götürməzdi.

b) Zülmkar qüvvə zülm törətməyi pis əməl saymır. Məsələn, insan başqasının pulunu götürərkən oğurluq etdiyini anlayır, amma özünü haqlı sayır. O, belə hesab edir ki, həmin şəraitdə oğurluq etmək günah deyildir.

v) Zülmkar qüvvə məcburiyyət qarşısında qalıb zülm törədir. Məsələn, insan aclıq üzündən oğurluq edir, yaxud başqa bir şəxs onu zorla oğurluğa məcbur edir.

Birinci və ikinci hallarda zülmkar qüvvə elmsiz və cahil, üçüncü halda isə qüdrətsiz və ehtiyaclı olmalıdır. Halbuki, Allah-Təala bu sifətlərin hamısından uzaqdır. Demək, Allahın zülm törətməsi üçün səbəb və şərait yoxdur.

Qurani-Kərimdə qəti şəkildə buyurulmuşdur: "Allah zərrə qədər də zülm etməz" (Nisa, 40). "Sənin Allahın heç kəsə zülm etməz" (Kəhf, 49).

Nə üçün bəzi insanlar Allahı zalım sayırlar?


Bəzi şəxslər nizam-intizamlı dünyanın hər nöqtəsində - istər cansız, istərsə də canlı aləmdə "səhvlər" və "qeyri-normal hallar" tapmağa çalışmış, bununla da Allahın ədalətsizliyini sübut etmək istəmişlər. Onların bu cəhdi kainatın sirlərini tam anlamadıqlarından qaynaqlanır. Əslində kainatda səhv və nöqsan yoxdur, nöqsan bu fikri irəli sürənlərin gözündə və beynindədir. Qurani-Kərim dünyanın ilahi ədalət qanunlarına tabe olduğunu bəyan edir: "Allah göyləri ucaltdı və ədalət mizan-tərəzisini qurdu" (Rəhman, 7).

Kainatda baş verən hər hadisənin yaxşı, ya pis olduğu barədə hökm vermək üçün həmin hadisəni digər hadisələrlə birgə ümumi sistem daxilində təhlil etmək lazımdır. Bir nəfər üçün xeyirli olan iş cəmiyyət üçün ziyan törədə bilər. Hadisələri düzgün qiymətləndirmək üçün insan onların əsil mahiyyətini anlamalıdır. Halbuki insan beyni çox şeyləri dərk etməkdən acizdir. Elm günbəgün inkişaf etməkdədir, dünən mübhəm görünən suallar bu gün öz cavabını tapır. Demək, insanın elmi mütləq elmlə (yəni Allahın elmi ilə) müqayisədə nisbi xarakter daşıyır. Hər şeyin əsil mahiyyəti onu yaradan Allaha məlumdur. İnsan isə bu elmin çox cüzi hissəsinə vaqifdir. Belə olan halda insanın özündən qat-qat elmli olan Allaha irad tutması nə dərəcədə düzgündür? Bəşəriyyət bu gün hər hansı təbii prosesi izah edə bilmirsə, yalnız və yalnız öz zəifliyini etiraf etməlidir, Allahın yox!

Təsəvvür edin ki, ayağında qanqren (çürümə) gedən xəstənin ayağını kəsirlər. Tibb aləmindən xəbərsiz olan adam bu işə görə həkimi təqsirləndirib deyəcək: "Yazıq xəstənin günahı nə idi ki, ayağını kəsib onu əbədi bədbəxtliyə düçar etdiniz?" Amma işin mahiyyətini anlayan kəs həkimə irad tutmaz. O bilər ki, əgər çürüyən orqan kəsilməsə, çürümə bütün bədənə sirayət edəcək. Göstərilən vəziyyətdə xəstənin ayağını kəsmək onun həyatını xilas etmək deməkdir. Daha böyük ziyanın qarşısını almaq naminə ona nisbətən kiçik ziyan vurulur.

Təbiətdə bunun kimi çox-çox misallar vardır. Maral sürüsünə hücum edən aslan adətən özünü yırtıcılardan müdafiə edə bilməyən, asta qaçan, zəif və xəstə heyvanları parçalayıb yeyir. Kimsə bu hərəkəti vəhşilik adlandıra bilər. Lakin dərindən fikirləşsək görərik ki, əslində aslan maral sürüsü üçün sanitar rolunu oynayır. O, həm öz qidalanma ehtiyacını ödəyərək yaşayışını təmin edir, həm də təbiəti xəstə və qeyri-normal heyvanlardan təmizləyir. Axı həmin xəstə maralın balaları da özü kimi zəif və müdafiəsiz olacaqdı. Beləliklə, bir fərdin ölümü ilə bir çoxları xilas olur.

Tutaq ki, bir məntəqədə güclü ildırım çaxaraq üç-dörd ağaca dəyib onları yandırır. Əlbəttə, bu, təbiətə ziyandır. Lakin ildırımdan sonra yağan yağış təbiətə qat-qat çox xeyir verir. Həmin yağış meşələrin canlanmasına, əkinlərin cücərməsinə, otların boy atmasına, yerdəki toz və çirkin yuyulmasına, havanın təmizlənməsinə səbəb olur. Burada da mənfəət zərəri üstələyir.

İmam Cəfər Sadiq (ə) ədaləti dananları belə təsvir etmişdir: "Təsəvvür edin ki, bir nəfər öz evinin içində tam səliqə-sahman yaratmış, ev əşyalarının hər birini özünəməxsus şəkildə lazımi yerdə yerləşdirmişdir. Bir kor adam onun evinə qonaq gəlir və evə girən kimi ayağı kandara ilişib yıxılır. O, korluğu üzündən kandarı görməyib yıxıldığını etiraf etmək əvəzinə ev sahibini danlayır ki, niyə evin qapısında kandar düzəltmişdir? Sonra qonaq evin içində gəzməyə başlayır və hər addımda ayağı gah stola, gah stullara, gah da şkafa dəyib əzilir. Lakin yenə də səhvin özündə olduğunu boynuna almaq əvəzinə, evin düzgün tikilmədiyini, ev əşyalarının orda-burda nizam-intizamsız halda qoyulduğunu iddia edir. Halbuki onun dedikləri həqiqətə uyğun deyildir. Otaqda hər şey öz yerindədir. Kor qonağın ayağının ora-bura dəyib əzilməsinin günahkarı da ev sahibi deyil, yalnız özüdür".

Göstərilən misalda evi dünyaya, ev sahibini Allaha, kor qonağı isə ədaləti danan insanlara bənzətmək olar.

Bəzi insanların fikrincə, zəlzələ, tufan, sel kimi təbii fəlakətlər, müharibələr, iqtisadi çətinliklər, epidemiyalar Allahın insanlığa qarşı zülmünün təzahürüdür. Belə şəxslər hətta yol qəzalarının, partlayışların günahını da Allahda görürlər. Guya ölüm, xəstəlik, kasıblıq, anadangəlmə şikəstlik kimi sırf həyati hallar da Allahın zülmündən başqa bir şey deyildir.

İnsanı ən kamil bir biçimdə yaratmış, sonsuz nemətlərlə dolu təbiəti onun ixtiyarına vermiş, heç kəsi ruzisiz qoymamış Allahın zalım olduğunu düşünmək özü zülm deyilmi?

Allahın insana qarşı ədaləti üçün bircə əlamət kifayət edər ki, bu dünyada insan üçün yalnız bacardığı işlər vəzifə bilinmişdir. Allah-Təala heç kəsdən qüvvəsi xaricində olan əməli tələb etməz. Əks halda bu, insana qarşı zülm olardı. Qurani-Kərim bu həqiqəti ümumi şəkildə belə vurğulayır: "Heç kəsin boynuna qüvvəsindən artıq vəzifə yükləməmişik" (Muminun, 62).

Allah-Təala bu dünyada insana ədalətlə yanaşdığı kimi, qiyamətdə də onun xeyir və şər əməllərini hesablayarkən zülm etməyəcəkdir: "Qiyamət günündə ədalət tərəzilərini quracağıq, o gün heç kəsə zülm olunmayacaq. İnsanın əməli bir xırda xardal dənəsi boyda olsa da, onu hesablayarıq. Bizim hesabımız hamıya kifayət edər" (Ənbiya, 47).



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor