Kimlər bu dünyada imtahana çəkilir? |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 14-09-2016, 22:03 | Şərh sayı: (0) | Baxılıb: 383
İlahi imtahanlar insanların gizli istedadlarının üzə çıxması üçün zəruridir. Bu dünyada hər kəs imtahana çəkilər, həm adi insanlar, həm də peyğəmbərlər.
Bəs imtahanın şərtləri nədir?
1. Taqət və güc. “Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur”. (“Bəqərə” 286). İmtahan insanın öz tutumuna görə və qüvvəsinə görə olar. Əgər Allah adi insanları peyğəmbərin (ə) imtahanı ilə imtahana çəksəydi, elə əvvəldən bu imtahanda məğlub olardılar. Allahın belə bir imtahan etməsi Ona yaraşmaz.Adi insanda İbrahim (ə) imanı olmaz ki,övladının başını kəsməyə razı olsun.
2. Tanıma vasitələri. Quranın nəzərində ən mühüm tanıma vasitələri: göz, qulaq, qəlbdir. Gərək bu vasitələrə malik olasan ki, Allah səni imtahana çəksin. “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükr edəsiniz”. (“Nəhl” 78).
3. İxtiyar. İmtahan olunan şəxs gərək seçmək qüdrətinə malik olsun və iradəsi ilə Allaha şükür etməyi və ya küfrü seçə bilsin. Əks halda imtahanın mənası olmaz. Bu imtahan deyil, cəbr olar.
4. İlahi hidayət. Allaha bəşəri hidayət edir və düz və əyri yolu ona göstərir. İmtahan olunan şəxs də quyu ilə hamar yolu tanısın. Öz qüdrəti ilə onlardan birini seçsin. “Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükür edən olsun, istərsə də nankor”. (“İnsan” 3).
Peyğəmbərlərin (ə) imtahanı.
Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, Allah bütün peyğəmbərlərini (ə) imtahana çəkmişdir. Bir neçə nümunəyə nəzər salaq:
1. Həzrət İbrahim (ə). “Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim». (İbrahim) dedi: «Övladlarımdan necə?» Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz». (“Bəqərə” 124).
2. Həzrət Süleyman (ə). “Həqiqətən Biz Süleymanı (böyüyəcəyindən xatircəm olduğu oğlu barəsində) imtahana çəkdik və onun taxtı üzərinə (cansız) bir cəsəd atdıq. Sonra o, Allaha tərəf qayıtdı (və haqqa təslim oldu)”. (“Sad” 34).
3. Həzrət Musa (ə). “Belə olan halda Biz səni həmin qəmdən qurtardıq və bir sıra imtahanlarla sınadıq. Beləliklə illərlə Mədyən əhalisinin arasında qaldın. Sonra ey Musa, (Bizim əzəli) qərar(ımız və yüksək mənəvi kamilliklər) əsasında (peyğəmbərlik məqamına) gəldin”. (“Taha” 40).
İmam Sadiq (ə) buyurur: “Allah Təalanın Həzrət Musaya (ə) vəhy etdiyi şeylərdən biri də bu idi: “Elə bir məxluq xəlq etməmişəm ki, Mənim yanımda mömin bəndəmdən daha sevimli olsun. Onu düçar edərəm, çünki onun üçün daha yaxşıdır. Ona afiyət verərəm, çünki onun üçün yaxşıdır. Ondan alaram və məhrum edərəm, çünki onun üçün daha yaxşıdır. Mən daha yaxşı bilirəm ki, bəndəmi nə daha yaxşı islah edər. Ona görə də o zaman ki, Mənim bəlama səbir edər, nemətlərimdən şükür edən və Mənim hökmümdən razı olar, onu saleh bəndələrimin sırasına yazaram””
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər