RSS
 

Login:
Şifrə:
» » Bu imtahanın nəticələri digər aləmdə bilinəcək

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Bu imtahanın nəticələri digər aləmdə bilinəcək

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-02-2016, 09:14 | Şərh sayı: (0) | Baxılıb: 2832

Bu imtahanın nəticələri digər aləmdə bilinəcək


Bu imtahanın nəticələri digər aləmdə bilinəcəkBismilləhir-Rahmənir-Rahim!
Allaha həmd olsun ki, bizlərə düşünmə, anlama tofiqatı nəsib edib. İnsan əslində düşünmə imkanı ilə, dərketmə imkanı ilə bir çox həqiqətləri dərk edə bilir. Bu həqiqətlərdən biri də ölüm, bu dünyanın müvəqqəti olması və buradan sonra yeni bir həyatın başlamasıdır.

İndi ki, bu həyat müvəqqətidir və buradan sonra yeni həyat başlayır, burada hər kəs bir gün dünyasını dəyişəcək - buranın mahiyyətinin də nə olmasını insan təfəkkür etsə, anlayar. Bu dünyanın mahiyyəti elə müvəqqətiliyindədir. Buranın içərisində olan bütün şirinli-acılı məsələlərin hamısı yekun olaraq, yeni həyata getmək üçün müqəddimədir.

Rəbbimiz Qurani-Kərimdə bu dünya həyatının mahiyyətini açıqlayır

Rəbbimiz özünün mübarək Qurani-Kərimində bu dünyanın mahiyyəti barədə ciddi çatdırış edir. Qurani-Kərimdə “Ənbiya” surəsinin 35-ci ayəsində bu həqiqətləri çatdıraraq, buyurur: “Hər bir kəs ölümü dadacaqdır. Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız”. Çox incə nöqtələrdir. Pislik və yaxşılıqlar içərisində də təfsiri baxımından çox geniş əhatələr var. Xəstəliklər, yoxsulluqlar - həmin pisliklərin mistaqları, nümunələridir. Sağlamlıq və sərvət həmin buyurulan yaxşılıqların nümunələridir. Bu mənada nəzərə salsaq, görəcəyik ki, bizlər bu həyatımızın içərisində müxtəlif vəziyyətlərə düşürük. Acılı zamanlarımız da olur, şirinli zamanlarımız da. Bunlar hamısı Rəbbimiz tərəfindən bizi imtahana, sınağa çəkmək üçündür.

Aydın olan budur ki, ölüm - bir gerçəklikdir, hər bir insan bununla üz-üzə gələcəkdir. Ölüm - hər bir insanın bu dünyadakı qaçılmaz yekunudur. Hər bir insan ölümün dadını dadacaqdır. Bu mövzu birmənalıdır və hər bir insanın yekunu ölümlə olacaq. Allah Təala bizə xəbərdarlıq edir ki, hər birimiz üçün yekun budur. Hər bir insanın yekunu ölümdür. İnsan adlanan hər bir varlıq yekunda ölümü dadacaq. O zaman sual çıxır ki, əgər hər bir insan ölümü dadacaqsa, o zaman dünyada nə edir? Burada mövcudiyyət nə mahiyyət daşıyır? Özü də belə bir şirinli-acılı mövcudiyyət. Allah Təala Özü buna da işarə edir. İnsanların pis və yaxşı mövzularla imtahana çəkiləcəklərini Rəbbimiz bəyan edir. Bu dünya - insanların imtahana çəkildiyi bir yerdir. Bu imtahanın da bir dəyərləndirilməsi olacaq.

Ölüm - bu dünya həyatının yekununun qaçılmaz gerçəkliyidir

Deməli, ölüm - bir qaçılmaz gerçəklikdir. Ölüm - bu dünyanın, bu həyatın yekunudur. İnsan iki həyata malik varlıqdır. Bu dünya həyatı - insanın birinci həyatıdır. Bu, yaxın həyat da adlanır. İkinci həyat isə - axirət həyatı, yəni növbəti həyatdır. Birinci həyatın yekunu ölümdür. Birinci həyat ölüm olmadan yekunlaşa bilməz. Mübarək Qurani-Kərim bizləri bundan xəbərdar edir. Hər bir insan birinci həyatın sonunda ölümü dadacaq. Birinci həyatda da insan pis və yaxşı mövzularla imtahana çəkilər. Bu imtahanın da dəyərləndirilməsi üçün Rəbbimizə tərəf qayıdış olacaq, bu imtahanın nəticələri Qiyamətdə bilinəcək. Bu zaman dünya həyatındakı imtahanımızın qiymətləndirilməsi baş verəcək.

İnsanın bu dünyada yalnız çətinliklərlə imtahan edilməsi yanlış təsəvvürdür
Belə başa düşülür ki, insanın bu dünyada mövcudiyyət fəlsəfəsi, mövcudiyyət hikməti - imtahanlı bir həyat yaşamasıdır. Çünki, yekunda hər kəs ölümü dadacaqdır. Hər kəs bu ölümü dadacaqsa, bəs onda burada nə edir? Rəbbimiz bəyan edir ki, insan burada imtahan verir və sonra Ona tərəf qaytarılacaq: “...Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız”. Yəni bura imtahan yeridir, özü də elə-belə imtahan yeri deyil. Həm şər, həm xeyir, həm yaxşı, həm pis, həm bizə xoş gələn, həm bizə xoş gəlməyən mövzularla növbənöv imtahanlar olacaq. Təfsirlərdə buna dair nümunələr də göstərilir. Yoxsulluq həmin pis mövzuların nümunəsidir, xəstəlik həmin pis imtahanın nümunəsidir. Əksinə sağlamlıq, sərvət, əmin-amanlıq yaxşı məsələlərlə imtahanın nümunələridir. Nəhayətdə hər ikisi imtahandır. Belə deyil ki, yalnız çətin olanda insan üçün imtahan olsun. Yaxşı olanda da insan üçün imtahandır. Yaxşı olanda insan nə edir, necə davranır? Sağlam olanda, imkanı olanda insan həyatını necə nizamlayır? Bu, səhv anlayışdır ki, insan yalnız çətinliklərlə imtahana çəkilir. İnsan sağlamlıqla da imtahana çəkilir. O, sağlamlıqla necə rəftar edir, sağlamlığından necə bəhrə götürür? İnsan imkanlılıqla da imtahana çəkilir. Necə davranır sərvəti ilə, bu sərvət onun durumuna necə təsir qoyur? Yəni mübarək Qurani-Kərimdə Rəbbimiz açıq-aydın bəyan edir ki, bu dünya həyatında insan həm çətinliklərlə, həm də xoşluqlarla imtahana çəkilər və yekunda Rəbbinə tərəf qaytarılacaq. Bu zaman dünya həyatındakı imtahanının nəticələri aydın olar.

Bu dünyadakı imtahanların nəticəsi Rəbbin hüzuruna qayıdışda bilinəcək

Bu nurani ayəyə diqqət etdikdə, insan bir neçə mühüm həqiqətləri anlayır. Qurani-Kərim gerçəklik kitabıdır. Qurani-Kərim birmənalı olaraq Haqq mənbədən gələn Kitabdır və burada olan mesajlar, çatdırışlar birmənalı olaraq haqdır, insanın ayılması üçün önəm daşıyır. Ayədən bu nöqtələr aydın şəkildə ortaya çıxır. Birincisi, hər bir insan ölümü dadacaq. İkincisi, bu dünya imtahan yeridir və bu imtahanlardan heç bir kəsə qaça bilməyəcək. Bu dünyanın mahiyyəti imtahanlardan ibarətdir. Dənizdə olan bir insan edə bilərmi ki, su ona dəyməsin? Dənizin mahiyyəti sudan ibarətdir. Bu dünya həyatının da mahiyyəti imtahanlardan ibarətdir. Əgər bu dünya həyatının tərifini vermək istəsək, burada imtahanlılıq xüsusi olaraq qeyd ediləcək.

Ayədən aydın olan üçüncü önəmli nöqtə budur ki, bu dünya həyatında imtahanlar yalnız çətinliklərdən ibarət deyil. İnsan bu dünya həyatında həm çətinliklər, həm də asanlıqlarla imtahana çəkilir. Ona görə də insan hər bir vəziyyətinə imtahan kimi baxmalıdır. Rahatlığına imtahan kimi baxmalıdır, ağrısına imtahan kimi baxmalı, çətinliyinə imtahan kimi baxmalı, xoş ovqatına imtahan kimi baxmalıdır. Hər biri imtahandır. Biz həmin an o nemətlə necə davranırıqsa, imtahanımızın nəticəsi odur.

Dördüncü mühüm məsələ isə odur ki, bu imtahanın nəticələrinin dəyərləndirilməsi olacaq. Qiyamət günü növbəti həyat başlamazdan öncə, bu dünya həyatının dəyərləndirilməsi olacaq və əslində bunun əsasında növbəti həyatımız müəyyən ediləcək. Hamı bu dünya həyatından sonra Rəbbə tərəf qaytarılacaq. Hər kəs bu dünya həyatında yaşayır, pis və yaxşı məsələlərlə imtahan edilir və Allahın hüzuruna qaytarılacaq, orada bu həyatı necə yaşadığı dəyərləndiriləcək. İnsan bunları başa düşməli, anlamalı və həyatını bu həqiqətlərə uyğun şəkildə yaşamalıdır.

Bəşəriyyətin uzaq düşdüyü həqiqətlər

Bəşəriyyət bu mövzulardan uzaq düşüb. Təlim-tərbiyə sistemi bu məsələlərdən çox uzaqlaşıb. İnsanın həyatdakı motivasiyası, niyə yaşaması, mövcudiyyət hədəfi bu həqiqətlərdən uzaq düşüb. Ailə bu həqiqətlərdən uzaq düşüb, dostluq bu həqiqətlərdən uzaq düşüb, zəhmətkeşlik bu həqiqətlərdən uzaq düşüb və s. Ailə bu həqiqətlərdən uzaq düşəndə, ailədə qarmaqarışıqlıqlar baş qaldırır. Ailədə bu həqiqətlər hökmranlıq edəndə, ailə nurani bir yerə çevrilir. Dostluqlar bu həqiqətlər üzərində qurulanda, dostluq əbədi olur. Bu həqiqətlərlə bağlanmayan dostluqlar burada da bitər, hətta bu dünyada yekunlaşmadan bitər.

Zəhmətkeşlik, iş, çalışma bu həqiqətlərə köklənməlidir. Günün ən böyük müsibətlərindən biri budur ki, tənbəllik insan həyatının bir nömrəli məsələsinə çevrilib. İnsanlar çalışmır, işləmir, ruzi dalınca da getməyi belə başa düşür ki, bir qədər əlini tərpədəcək, dərhal ruzi bolluğuna qərq olacaq. Çalışma, səy, əzm olmadan bu həqiqətləri həyatda yaşamaq mümkün deyil. İnsanların Allah qarşısında ehsas etməli olduğu bir zəhmətkeş əxlaqı itməkdədir. Alın təri ilə ruzi qazanmaq əxlaqı uzaqlaşır. İnsanlar istəyir ki, günü yola verə-verə pul qazansın. İnsanlar arasında zəhmətkeşlik ruhiyyəsi çox aşağı düşüb. Rahatlığa can atma, birtəhər günü keçirtmə insanların həyatında dominantlıq təşkil etməyə başlayıb. Nəticədə insan həyatında bərəkətsizlik olar. İnsanların ailədə də məsuliyyət hissi aşağı düşüb. Bu, özünü övlad tərbiyəsində, ailə münasibətlərində, ailənin mənəvi tutumu haqqında çalışmaqda özünü göstərir.

Bu, elə bir halda baş verir ki, bu dünya üçün yaşayanlar, yuxarıdakı mübarək sözləri deməyənlər, bu sözləri qəbul etməyənlər bu dünya üçün yaşayırlar, səmimi olaraq da bu dünya üçün cidd-cəhdlə çalışırlar, zəhmət çəkirlər və nəticələrə çatırlar. Deyirlər ki, nə varsa, elə bu dünya həyatındadır. Bura üçün çalışmaqla bura aid nəticələrə çatırlar. Təəssüflər olsun ki, bəzən möminlik, mütədəyyinlik adı insanları səhlənkar olmağa gətirib çıxardır. Gerçək imana, gerçək möminliyə bunun heç bir aidiyyəti əslində ola bilməz. Ailədə, dostluq münasibətlərində, halal ruzi qazanmalı zəhmətkeşin fəaliyyətində səhv müqəddimələr səhlənkarlığa gətirib çıxardır.

Arxayınçılıq olmamalıdır

Bəli, bəzən elə olur ki, bir insan dünyapərəstdir və dünyapərəst kimi ailəsinin hər cür nazı ilə oynayır, xidmətində durur. Amma, bəzən bir insan özünü dindar sayır, amma ailəsinə bir xoş demək istəmir. Əslində, bu məsələlərə ən çox mübarək İslam dini təkid edir ki, ailənizə qarşı mehriban, xoşrəftar olun. Bir də görürsən ki, bir nəfər dünyapərəstdir və bu əsasda dostluqlar edir. Dünyapərəstlik meyarları ilə yaxşı dostdur, can qoyur, öz meyarlarına görə fədakarlıqlar edir. Amma bir mömin, mütədəyyin adına olan insan rahat şəkildə dostluğunda sədaqət göstərmir. Adını da qoyur ki, vacib deyil, uzağı müstəhəbbi tərk eləyib. Bir də görürsən ki, dünyapərəst birisi digər bir dünyapərəst dostunun xeyirində, şərində çox fəal iştirak edir. Amma bir mömin, bir mütədəyyin adına olan insanın arxayınçılığı olur ki, vacib işlər deyil, vacib olsa idi, edərdi.

İnsan bəzən özünü vaciblər çərçivəsinə salır. Sonra heç vacibləri də etmir. Bir dünyapərəst zəhmətkeş başa düşür ki, əgər işləməsə, işdən qovulacaq, bu dünyasını itirəcək, ac qalacaq və s. Bu dünya üçün yaşayır, bu dünyasız qalacaq. Amma Allah etməsin, bəzən bir mömin, mütədəyyin adına olan insan düşünür ki, lazımı şəkildə çalışmasa da, ruzisi yetişəcək. Bu dırnaqarası bir “dindarlıq”dır. Bizim əziz Peyğəmbərimiz (s) zəhmətkeşin əlindən öpüb. Bizim peyğəmbərlərimizin (ə) özləri zəhmət çəkiblər, iş görüblər, özlərinin fəaliyyətləri olub. Bu dünyaya, ondan tam uzaqlaşılmalı bir məsələ kimi baxmayıblar. Bu dünyanı axirət üçün tarla biliblər, burada əkin ediblər. Bu gün dünyanın ən mühüm məsələsi - zəhmətkeşin çalışma vicdanı, çalışma əxlaqıdır.

Dildə imanla iş bitmir

Belə başa düşülür ki, yalnız “iman gətirdim” deməklə mövzu bitmir. İnsan qəflətdə olsa, olduğu durum onun üçün ən böyük səddə çevrilər. Elə zənn edər ki, iman gətirib və bu, onun gözündə bir pərdəyə çevrilər. Bir ömür yaşayar və yekunda məlum olar ki, heç bir şey toplamayıb. Ümmət o zaman inkişaf edəcək, irəli gedəcək ki, hər bir müsəlmanın çalışması, məsuliyyəti və ardıcıllığı olsun. İslamla bağlı məsələlərlə hobbi kimi məşğul olmaqla həm fərdi, həm toplum olaraq inkişaf etmək mümkün deyil. İslam o zaman insanın inkişafında təsir qoyar ki, insan bu mübarək təlimi öz həyatının mərkəzi bilsin, bütün məsələlər bu mərkəzin ətrafında yer almış olsun. Yuxarıdakı mübarək ayədə əslində buna işarə edilir. Bu dünya həyatı Allahın insan həyatı üçün nəzərdə tutduğu pis və yaxşı məsələlərlə imtahandan ibarətdir. Bir gün bu dünya həyatımızı ölümlə yekunlaşdıracaq və yenə Ona tərəf qayıdacağıq. Deməli, varlığımız da, yoxluğumuz da, bu dünyamız da, növbəti həyatımız da Ona bağlıdır. Ona görə də, bu həyatımız məhz bu mərkəz əsasında formalaşdırılmalıdır.
Allahım, bizlərə bu dünyada yaxşı və pis məsələlərlə imtahanlarımızda Sənin bəyəndiyin şəkildə davranmağı nəsib et!

Allahım, bizlərə hər an ölümü xatırlayıb, həyatımızı bu həqiqətə uyğun şəkildə yaşamağı nəsib et!

Allahım, Sənə dönüşümüzdə bizləri üzüqara olmağa qoyma! Amin!



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor