Ey Allah bəndələrİ, bu dünyadan nə umursunuz? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-09-2016, 20:07 | Şərh sayı: (0) | Baxılıb: 211
Ey Allah bəndələrİ, bu dünyadan nə umursunuz?
Bir müddət bu dünya evində qonaqsınız və bir can borclusunuz,o borc da sizdən alınacaq
Ömürləriniz sona yetəcək, əməlləriniz yazılıb göstəriləcək. Neçə adam var ki, bütün işlərini sahmana salmağa çalışır, bu mümkün deyil. Çəkdiyi zəhmət hədərdir, elə bir zamanda yaşayırsınız ki, şər xeyri üstələmişdir. Şeytan insanları həlak etmək ümidindədir.
İstədiyin tərəfə nəzər sal: yoxsulluğa düşmüş fəqirdən, Allahın ne`mətlərini küfrə dəyişmiş dövlətlidən, Allaha aid haqları malını çoxaltmağa sərf edən xəsisdən, qulağı nəsihət eşitməyən müddəidən başqa heç kimi görməyəcək-sən. Bəs haradadır mərdləriniz, təmiz adamlarınız, səxavət sahibləriniz, hər şeydə paklığı gözləyənləriniz?
Hamısı bu alçaq dünyadan köçüb getdimi? Bu tez ötüb keçən dərdli, ələmli aləmi tərk etdilərmi? Onları düşünərkən heç kimsə dodağını belə qaçıra bilməz, onları yada salarkən başsağlığı belə diləyə bilməz.
Dünya bərbad olub. Pislikləri dəyişdi-rən yoxdur. Belə bir vəziyyətdə ikən yenə də Allahın tərtəmiz məqamına qovuşmaq arzu edirsiniz? Qətiyyən mümkün deyil! Allahın cənnətinə daxil olmağı arzulayan Ona itaət etməlidir. Allahın lə`nəti olsun Onu unudanlara... Özü bəd əməldə ikən pisliklərdən çəkindirənlərə...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər