Allahın hikmətli qəzəb və rəhməti |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 18-06-2016, 19:06 | Şərh sayı: (0) | Baxılıb: 791
Allahın hikmətli qəzəb və rəhməti
Allahın hikmətli qəzəb və rəhməti
Belə bir sual yarana bilər ki, Allah bütün yaxşılıq və kamilliklərin mənbəyidirsə, yaxşılıq və xeyirdən başqa bir
iş görmürsə, onda nə üçün bəzi bəndələr bəla və müsibətlərə, hətta axirət əzabına düçar olur?
Həqiqət budur ki, biz Allahın işlərini naqis ağıl və zehnimizin quraşdırdığı müqayisə və meyarlarla ölçürük; sonra da Allahın fikirləşdiyimiz şəkildə bizimlə rəftar edəcəyini gözləyirik. Hansı ki, bizim elm və düşüncəmiz çox məhdud və naqisdir: "Sizə cüzi bir elm verilmişdir”.
Allahın bütün işləri hikmət əsasında və ən yaxşı nizamla möhkəmlənmişdir. Biz isə Onun prinsipial səbəb və məqsədlərindən xəbərsizik. Allah bəndələrinə mehribanlıq göstərməli olduğu məqamlarda təsəvvür olunmaz dərəcədə mehriban olur; lakin bəzən mehribanlıq və rəhmət üçün yer qalmır. Bu halda Allahın əzəmət və böyüklüyü cilvələnir. Belə məqamlarda cəzalanma və əzab labüddür. Beləcə, əzaba layiq olan kəslər üçün Allahın əzəməti kamilliyə çatır. Buna görə də duanın davamında deyilir: "İlahi, beləcə inancdayam ki, əfv və rəhmət üçün yer olduqda Sən hamıdan mehribansan; əzab və cəza zamanı isə Sən bütün cəzalandıranlardan sərt cəza verənsən; böyüklük və əzəmət göstərilən yerdə hamıdan əzəmətlisən”.
Qorxu və ümid zərurəti
İnsanın Allah və Onun əzəməti qarşısında zəlil bir bəndə olması və öz miskinliyini anlaması onun səadətinə səbəb olur. Bütün yaxşılıqlar Allaha bağlıdır. Bütün çətinliklər və bədbəxtliklər isə insanın öz pis və seçiminin nəticəsidir. İnsan bilməlidir ki, əgər özbaşınalıq edib səhv yol seçərsə, əməldə Allahla döyüşə qalxmışdır və Allah onu cəzalandıracaqdır. İnsan həmişə ümid və qorxu arasında olmalıdır. Elə düşünməlidir ki, çox ibadət etməsinə baxmayraq bir səhv nəticəsində Allahın ən böyük əzabına düçar olub, pis aqibətlə dünyadan gedə bilər. Eyni zamanda, çox günahkar və alçaq olduğu halda Allah onu bu vəziyyətdən çıxarıb yaxşı aqibətlə mükafatlandıra bilər. İlahi cəzadan arxayınlıq hissi böyük günahlardandır. İnsan bütün ömrünü ibadətə sərf etsə belə sevinib və qürrələnmədən işin sonunu gözləməlidir. Allah qarşısında məğrurluq və özünə güvənmək çox böyük günahdır. İnsan həmişə qorxmalıdır ki, əgər Allah onu bir an özbaşına buraxsa, ən aşağı dərəcələrə enəcək.
Buna görə də peyğəmbərlər və övliyalar kimi Allaha daha yaxın olan şəxslər daha çox qorxmuşlar; onlar Allahın əzəmətini başqalarından daha çox düşünür və dərk edirlər. Allahın onlara verdiyi məqama baxmayaraq, Onun qarşısında bir an belə məğrur olmaqdan qorxurlar.
Digər bir tərəfdən, Allah Onun rəhmətindən naümid olmağı böyük günah sayır. İnsan nə qədər günahkar olsa da, Allahın rəhmətindən məyus olmamalıdır. Allahın rəhməti o qədər genişdir ki, insan həqiqi tövbə edib Ona tərəf qayıdarsa, Allah onu bağışlayar. Bəndə özünü Allah qarşısında kiçiltdikdə, ümid və qorxusunu kamala çatdırdıqda təkamül yolunda addım atmış olur: "Qəlbində iki nur olmayan heç bir bəndə yoxdur: qorxu və ümid nuru; əgər bu iki nur ölçülsə, biri birindən ağır gəlməz.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər