Xilaskara eşq, şövq və məhəbbət
Peyğəmbər sünnəsinin ardıcılları , habelə din alimlərinin dedikləri və onların rəftarlarında xilaskara qarşı duyulan eşq və məhəbbət nümunələri kifayət qədərdir. Məhdiyyələr, İmam Mehdi adına təsis olunmuş müəssisə və mərkəzlər, internet saytları, bu günə qədər yazılmış kitablar, məqalələr, ədəbiyyat nümunələri bu eşqin bariz nümunələrindəndir. Müsəlmanlar Şəban ayının 15-də Həzrət Mehdinin təvəllüd günün təntənəli surətdə qeyd edir, onun adına məclislər təşkil edir, dua, surud və nəğmələr oxuyurlar. Onlar hətta övladlarının adlarını xilaskarın ad və ləqəbləri ilə adlandırırlar. Bu dediklərimizin hamısı müsəlmanlar arasında formalaşmış Məhdəviyyət ideologiyasına inam və Həzrət Mehdiyə eşq, məhəbbət və fədakarlığın nümunəsidir.
Şərhlər