“ŞƏBANİYYƏ XÜTBƏSİ” – PEYĞƏMBƏRİN (S) KƏLAMINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏT VƏ ƏMƏLLƏRİ |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-06-2016, 19:40 | Şərh sayı: (0) | Baxılıb: 642
“ŞƏBANİYYƏ XÜTBƏSİ” – PEYĞƏMBƏRİN (S) KƏLAMINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏT VƏ ƏMƏLLƏRİ
Mötəbər silsilə sənədlərləimam Əlinin (ə) belə buyurduğu nəql olunur:
إنَّ رَسولَ اللّه ِ صلى الله علیه و آله خَطَبَنا ذاتَ یَومٍ فَقالَ : أیُّهَا النّاسُ ، إنَّهُ قَد أقبَلَ إلَیکُم شَهرُ اللّه ِ بِالبَرَکَةِ وَالرَّحمَةِ وَالمَغفِرَةِ ،شَهرٌ هُوَ عِندَ اللّه ِ أفضَلُ الشُّهورِ ، وَأیّامُهُ أفضَلُ الأَیّامِ ، ولَیالیهِ أفضَلُ اللَّیالی ، وساعاتُهُ أفضَلُ السّاعاتِ . هُوَ شَهرٌ دُعیتُم فیهِ إلى ضِیافَةِ اللّه ،وجُعِلتُم فیهِ مِن أهلِ کَرامَةِ اللّه ، أنفاسُکُم فیهِ تَسبیحٌ ، ونَومُکُم فیهِ عِبادَةٌ ، وعَمَلُکُم فیهِ مَقبولٌ ، ودُعاؤُکُم فیهِ مُستَجابٌفَاسأَلُوا اللّه َ رَبَّکُم بِنِیّاتٍ صادِقَةٍ وقُلوبٍ طاهِرَةٍ أن یُوَفِّقَکُم لِصِیامِهِ وتِلاوَةِ کِتابِهِ ؛
فَإِنَّ الشَّقِیَّ مَن حُرِمَ غُفرانَ اللّه ِ فی هذَا الشَّهرِ العَظیمِ .وَاذکُروا بِجوعِکُم وعَطَشِکُم فیهِ جوعَ یَومِ القِیامَةِ وعَطَشَهُ ، وتَصَدَّقوا عَلى فُقَرائِکُم ومَساکینِکُم ، ووَقِّروا کِبارَکُم ، وَارحَموا صِغارَکُم ، وصِلوا أرحامَکُم ،
وَاحفَظوا ألسِنَتَکُم ، وغُضّوا عَمّا لا یَحِلُّ النَّظَرُ إلَیهِ أبصارَکُم ، وعَمّا لا یَحِلُّ الاِستِماعُ إلَیهِ أسماعَکُم ، وتَحَنَّنوا عَلى أیتامِ النّاسِ یُتَحَنَّن عَلى أیتامِکُم ،
وتوبوا إلَى اللّه ِ مِن ذُنوبِکُم ، وَارفَعوا إلَیهِ أیدِیَکُم بِالدُّعاءِ فی أوقاتِ صَلَواتِکُم ؛ فَإِنَّها أفضَلُ السّاعاتِ ، یَنظُرُ اللّه ُ عز و جل فیها بِالرَّحمَةِ إلى عِبادِهِ ،یُجیبُهُم إذا ناجَوهُ ، ویُلَبّیهِم إذا نادَوهُ ویَستَجیبُ لَهُم إذا دَعَوهُ
یا أیُّهَا النّاسُ ، إنَّ أنفُسَکُم مَرهونَةٌ بِأَعمالِکُم فَفُکّوها بِاستِغفارِکُم ، وظُهورَکُم ثَقیلَةٌ مِن أوزارِکُم فَخَفِّفوا عَنها بِطولِ سُجودِکُم ،وَاعلَموا أنَّ اللّه َ ـ تَعالى ذِکرُهُ ـ أقسَمَ بِعِزَّتِهِ ألاّ یُعَذِّبَ المُصَلّینَ وَالسّاجِدینَ ، ولا یُرَوِّعَهُم بِالنّارِ یَومَ یَقومُ النّاسُ لِرَبِّ العالَمینَ .
أیُّهَا النّاسُ ، مَن فَطَّرَ مِنکُم صائِما مُؤمِنا فی هذَا الشَّهرِ کانَ لَهُ بِذلِکَ عِندَ اللّه ِ عِتقُ نَسَمَةٍ ومَغفِرَةٌ لِما مَضى مِن ذُنوبِهِ .
فَقیلَ: یا رَسولَ اللّه ِ ، ولَیسَ کُلُّنا یَقدِرُ عَلى ذلِکَ! فَقالَ صلى الله علیه و آله : «اِتَّقُوا النّارَ ولَو بِشِقِّ تَمرَةٍ ، اِتَّقُوا النّارَ ولَو بِشَربَةٍ مِن ماءٍ .
أیُّهَا النّاسُ ، مَن حَسَّنَ مِنکُم فی هذَا الشَّهرِ خُلُقَهُ کانَ لَهُ جَوازا عَلَى الصِّراطِ یَومَ تَزِلُّ فیهِ الأَقدامُ ، ومَن خَفَّفَ فی هذَا الشَّهرِ عَمّا مَلَکَت یَمینُهُ خَفَّفَ اللّه ُ عَنهُ حِسابَهُ ، ومَن کَفَّ فیهِ شَرَّهُ کَفَّ اللّه ُ فیهِ غَضَبَهُ یَومَ یَلقاهُ ومَن أکرَمَ فیهِ یَتیما أکرَمَهُ اللّه ُ یَومَ یَلقاهُ ، ومَن وَصَلَ فیهِ رَحِمَهُ وَصَلَهُ اللّه ُ بِرَحمَتِهِ یَومَ یَلقاهُ ، ومَن قَطَعَ رَحِمَهُ قَطَعَ اللّه ُ عَنهُ رَحمَتَهُ یَومَ یَلقاهُ ،ومَن تَطَوَّعَ فیهِ بِصَلاةٍ کُتِبَ لَهُ بَراءَةٌ مِنَ النّارِ ، ومَن أدّى فیهِ فَرضا کانَ لَهُ ثَوابُ مَن أدّى سَبعینَ فَریضَةً فیما سِواهُ مِنَ الشُّهورِ ،ومَن أکثَرَ فیهِ مِنَ الصَّلاةِ عَلَیَّ ثَقَّلَ اللّه ُ میزانَهُ یَومَ تَخَفَّفُ المَوازینُ ، ومَن تَلا فیهِ آیَةً مِنَ القُرآنِ کانَ لَهُ مِثلُ أجرِ مَن خَتَمَ القُرآنَ فی غَیرِهِ مِنَ الشُّهورِ .
أیُّهَا النّاسُ ، إنَّ أبوابَ الجِنانِ فی هذَا الشَّهرِ مُفَتَّحَةٌ ، فَاسأَلوا رَبَّکُم ألاّ یُغلِقَها عَلَیکُم ، وأبوابَ النّیرانِ مُغَلَّقَةٌ فَاسأَلوا رَبَّکُم ألاّ یَفتَحَها عَلَیکُم ،وَالشَّیاطینَ مَغلولَةٌ فَاسأَلوا رَبَّکُم ألاّ یُسَلِّطَها عَلَیکُم.
قالَ أمیرُ المُؤمِنینَ علیه السلام : فَقُمتُ فَقُلتُ : یا رَسولَ اللّه ِ ، ما أفضَلُ الأَعمالِ فی هذا الشَّهرِ؟
فَقالَ: یا أبَا الحَسَنِ،أفضَلُ الأَعمالِ فی هذَا الشَّهرِ الوَرَعُ عَن مَحارِمِ اللّه ِ عز و جل . ثُمَّ بَکى ،
فَقُلتُ : یا رَسولَ اللّه ِ ، ما یُبکیکَ؟
فَقالَ : یا عَلِیُّ ، أبکی لِما یُستَحَلُّ مِنکَ فی هذَا الشَّهرِ ، کَأَنّی بِکَ وأنتَ تُصَلّی لِرَبِّکَ ، وقَدِ انبَعَثَ أشقَى الأَوَّلینَ وَالآخِرینَ ، شَقیقُ عاقِرِ ناقَةِ ثَمودَ ، فَضَرَبَکَ ضَربَةً عَلى فَرقِکَ (قَرنِکَ) فَخَضَّبَ مِنها لِحیَتَکَ.
قالَ أمیرُ المُؤمِنینَ علیه السلام : فَقُلتُ : یا رَسولَ اللّه ِ وذلِکَ فی سَلامَةٍ مِن دینی؟
فَقالَ : فی سَلامَةٍ مِن دینِکَ . ثُمَّ قالَ صلى الله علیه و آله : یا عَلِیُّ ، مَن قَتَلَکَ فَقَد قَتَلَنی ، ومَن أبغَضَکَ فَقَد أبغَضَنی ، ومَن سَبَّکَ فَقَد سَبَّنی؛ لِأَنَّکَ مِنّی کَنَفسی ، وَروحُکَ مِن روحی ، وَطینَتُکَ مِن طینَتی . إنَّ اللّه َ ـ تَبارَکَ وَتَعالى ـ خَلَقَنی وإیّاکَ ، وَاصطَفانی وَإیّاکَ ، وَاختارَنی لِلنُّبُوَّةِ وَاختارَکَ لِلإِمامَةِ ، وَمَن أنکَرَ إمامَتَکَ فَقَد أنکَرَنی نُبُوَّتی . یا عَلِیُّ ، أنتَ وَصِیِّی ، وأبو وُلدی ، وزَوجُ ابنَتی ، وخَلیفَتی عَلى اُمَّتی فی حَیاتی وبَعدَ مَوتی ، أمرُکَ أمری ونَهیُکَ نَهیی .اُقسِمُ بِالَّذی بَعَثَنی بِالنُّبُوَّةِ وجَعَلَنی خَیرَ البَرِیَّةِ ، إنَّکَ لَحُجَّةُ اللّه ِ عَلى خَلقِهِ ، وأمینُهُ عَلى سِرِّهِ ، وَخَلیفَتُهُ عَلى عِبادِهِ.
Bir gün Peyğəmbəri-Əkrəm (s)bizə bir xütbə oxuyaraq buyurdu:“Ey insanlar, həqiqətən, Allahın rəhmət, bərəkət və məğfirət (bağışlanma) ayı (mübarək Ramazan ayı) sizə üz tutmuşdur.Bu ay Allah yanında ən yaxşı ay, onun günləri ən yaxşı gün, gecələri ən yaxşı gecə və saatları ən yaxşı saatlardır. Bu ayda Allah sizi Öz ziyafətinə dəvət etmişdir və siz bu ayda Allahın əziz bəndələrindən qərar verilmisiniz. Sizin bu ayda nəfəsləriniz zikr, yatmağınız ibadət, əməl və dualarınız qəbuldur. Sadiq niyyət və pak qəlblərlə Allah-Taaladan istəyin ki, sizi bu ayda oruc tutmağa və Quran oxumağa müvəffəq etsin.
Bu böyük ayda Allahın bağışlanmağından məhrum olan şəxs həqiqətən də bədbəxtdir. Bu ayda ac və susuz qalmaqla qiyamət gününün aclığı və susuzluğunu xatırlayın, yoxsul və miskinlərinizəyardım edin, qocalarınıza hörmət, uşaqlarınıza isə rəhm edin, qohum-əqrəbalarınıza mehribanlıq göstərin.
Dilinizi yasaq sözlərdən qoruyun, gözlərinizi halal olmayan (haram) baxışlardan saxlayın, qulaqlarınıza halal olmayan sözləri eşitdirməyin. Başqalarının yetim uşaqları ilə mehriban rəftar edin ki, sizin yetimlərinizlə də mehriban rəftar etsinlər.
Günahlarınızdan tövbə edibAllaha qayıdın. Namaz vaxtlarında əllərinizi duaya qaldırın. Çünki ən fəzilətli vaxtlar namaz vaxtlarıdır. Allah-Taala həmin vaxtlarda Öz bəndələrinə rəhmət nəzəri ilə baxar, Onunla münacat edənlərin hacətlərini eşidər, Onu çağıranlara cavab verər, Ondan istəyənlərin istəklərini qəbul edər.
Ey insanlar, həqiqətən canlarınız əməllərinizin girovundadır. Elə isə, Allah tərəfindən bağışlanmaqla özünüzü (girovdan) azad edin. Belləriniz günahlarınızın ağırlığı ilə əyilmişdir, uzun səcdələrlə onların ağırlığını yüngülləşdirin. Bilin ki, Allah-Taala bu ayda namaz qılan və səcdə edənlərə əzab verməyəcəyinə və insanların aləmlərin Rəbbinin hüzurunda dayanacaqları gün (qiyamət günü) cəhənnəm odu ilə qorxutmayacağına dair Öz izzətinə and içmişdir.
Ey camaat, əgər bu ayda bir mömin şəxsə iftar versəniz, onun üçün bir qulun azadedilməsinin savabı yazılar və beləcə, onun keçmiş günahları bağışlanar!
O həzrətdən: “Ey Allahin Rəsulu, hamımızın iftar verməyəgücü çatmır!” – deyə soruşulduqda, belə buyurdu: Xurmanın yarısı və ya bir içimlik su qədər olsa da, iftar verin və cəhənnəm odundan qurtulun.
Ey insanlar, bu ayda öz əxlaqını gözəlləşdirən ayaqlarınbüdrədiyi bir vaxtda “Sirat” körpüsündən asanlıqla keçər. Bu ayda öz xidmətçilərinin işini yüngülləşdirən şəxsin Allah qiyamət günü hesabını asanlaşdırar. Bu ayda insanlara pisliyi tərk edən şəxsiAllahqiyamət günü Öz qəzəbindən amanda saxlayar. Bu ayda yetimə qayğı göstərib əzizləyəni Allah qiyamət günü əzizləyər.Bu ayda öz qohum-əqrəbası ilə əlaqələrini möhkəmlədəni Allah qiyamətdə Öz rəhmətinə şamil edər. Bu ayda qohum-əqrəbası ilə əlaqələrini qıran və yaxşılığını onlardan əsirgəyəni Allah qiyamət günü Öz rəhmətindən məhrum edər.Bu ayda müstəhəb namaz qılan şəxsi Allah cəhənnəm odundan xilas edər. Bu ayda bir vacib əməl yerinə yetirən şəxs başqa aylarda yerinə yetirdiyininyetmiş bərabərini qazanar. Bu ayda mənə çoxlu salavat göndərən şəxsin əməl tərəzisi tərəzilərin yüngül gəldiyibir gündə ağır gələr. Bu ayda Qurandanbir ayə oxuyan şəxs başqa aylarda bütöv Quranı oxuyan şəxsin savabını qazanar.
Ey insanlar, həqiqətən, bu ayda cənnət qapıları açıqdır, Allahdan onu sizin üzünüzə bağlamamasını istəyin.Cəhənnəmin qapıları isə bağlıdır, Allahdan istəyin ki, onu sizin üzünüzə açmasın. Bu ayda şeytanlar zəncirlənmişlər, Allahdan istəyin ki, onları sizə hakim etməsin.
İmam Əli (ə) buyurur ki, ayağa qalxıb soruşdum: “Ey Allahın Rəsulu (s), bu ayda ən fəzilətli əməl nədir?”
O həzrət (s) buyurdu:“Ey Əbülhəsən, bu ayda ən yaxşı əməl Allahın haram etdiyi işlərdən çəkinməkdir.”
Sonra Peyğəmbər (s) ağladı. Peyğəmbərdən (s) ağlamağının səbəbini soruşduqda buyurdu: “Ya Əli! Ona görə ağlayıram ki, bu ayda sənə qarşı hörmətsizlik edəcəklər, sanki səni Allah dərgahında namaz qıldığın halda görürəm, dünyanın birinci və sonuncularının ən bədbəxti – “Səmud” (Saleh peyğəmbərin) tayfasına Allahdan tərəfindən göndərilən dəvəni öldürmək üçün arxasınca düşən şəxs kimi ayağa qalxıb, başına qılınc zərbəsi vuraraq saqqalını al-qana boyayar.
İmam Əli (ə) buyurur ki, Peyğəmbərdən (s) soruşdum: “Ey Allahın Rəsulu (s), bu hadisə mənim dinə sadiq qaldığım halda baş verəcəkmi?”Peyğəmbər (s) buyurdu: “Bəli, o zaman sən dininə sadiq qalacaqsan.”
Sonra Peyğəmbər (s) əlavə edərək buyurdu: “Ey Əli, səni öldürən şəxs həqiqətən məni öldürmüş, səni qəzəbləndirən məni qəzəbləndirmiş və səni söyən məni söymüşdür! Çünki sənmənim canımsan, ruhun ruhumla və zatın zatımla eynidir.Həqiqətən, Allah-Taala məni və səni yaradıb bəyənmiş, məni peyğəmbər, səni isə imam seçmişdir.Sənin imamətini danan həqiqətən mənim peyğəmbərliyimi danmışdır. Ey Əli (ə), sən mənım vəsim, övladlarımın atası və qızımın ərisən! Sağlığımda və vəfatımdan sonra ümmətim arasında xəlifəm və canişinimsən. Sənin hökmün mənim hökmüm və sənin qadağaların mənim qadağalarımdır.Məni peyğəmbərliyə seçib məxluqların ən yaxşısı qərar verən Allaha and olsun ki, sən Allahın əmrilə yaratdıqları üzərində höccəti, Onun sirrinin əmanətdarı və bəndələri arasında xəlifəsisən.” (“Üyunu əxbarir-Riza (ə)”, Şeyx Səduq, 1-ci cild, səh.230.)
Rza Şükürlü
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər