Rəcəb ayında Möminləri münafiqlərdən ayıran namaz! |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 10-04-2016, 03:57 | Şərh sayı: (0) | Baxılıb: 620
Rəcəb ayında Möminləri münafiqlərdən ayıran namaz!
Salman Farsi deyir: "Bir gün adətim olmayan bir vaxtda Peyğəmbərin (s) hüzurunda idim. Peyğəmbər (s) mənə buyurdu: Ey Salman! Sənə eşitmədiyin təəccüblü bir hədis deyimmi?
Dedim: Bəli ya Rəsulullah, ata-anam sənə qurban!
Buyurdu: Bəli ey Salman! Hər kəs bu ayda (Rəcəb ayı idi) 30 rəkət namaz qıla və hər rəkətdə "Fatihə" və "Kafirun" surəsini bir dəfə, "Tohid" surəsini üç dəfə oxuya, Allah-Taala onun bütün kiçik və böyük günahlarını bağışlayar, ona bu ayın bütün günlərini oruc tutan şəxsin savabını verər, gələn ilə qədər onu namaz qılanlardan hesab edər və gələn ilə qədər hər gün üçün ona bir Həcc və Ömrə əməlinin savabını yazar. Həmçinin onun məqamı bu ayda "Bədr" döyüşündə şəhid olan bir nəfərin dərəcəsinə qalxar. Və Allah-Taala bu ayda onun hər gün tutduğu oruc üçün bir ilin ibadətinin savabın yazar. Onun məqamı min-min dərəcə ucalaşar. Əgər bütün ayı oruc tutarsa cəhənnəm odundan nicat tapar və cənnət ona vacib olar.
Ey Salman bunu mənə Cəbrayıl (ə) xəbər verdi və dedi: "Ey Məhəmməd (s)! Bu səninlə münafiqlər arasında bir nişanədir. Həqiqətən münafiqlər heç vaxt bu əməlləri edə bilməyəcəklər".
Salman deyir: Dedim ey həbibim, ey Allahın Rəsulu (s) elə isə mən bu namazı necə qılım?
Peyğəmbər (ə) buyurdu: "Ayın əvvəlində dediyim qaydada on rəkət namaz qıl. Salamı dedikdən sonra əllərini səmaya ucalt və de:
«لا إِلهَ إِلَّا اللّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ- وَ هُوَ حَيٌّ لَا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ كُلُّهُ- وَ هُوَ عَلى كُلِّ شَيْءٍ قَدِيرٌ. اللَّهُمَّ لَا مَانِعَ لِمَا أَعْطَيْتَ وَ لَا مُعْطِيَ لِمَا مَنَعْتَ- وَ لَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ»؛
"La ilahə illəllah, vəhdəhu la şərikələhu, ləhul mulku və ləhul həmdu, yuhyi və yumit və huvə həyyun la yəmut, biyədihil xəyru kulluhu və huvə əla kulli şəy`in qədir. Əllahummə la maniə lima əətəytə və la mu`tiyə lima mənə`tə və la yənfəu zəl cəddi minkəl cəddu".
Sonra əllərini üzünə çək. Və ayın ortasında da eyni qaydada namaz qıl və salamı dedikdən sonra əllərini göyə qaldır və de:
«لا إِلهَ إِلَّا اللّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لَا يَمُوتُ- بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلى كُلِّ شَيْءٍ قَدِيرٌ- إِلَهاً وَاحِداً أَحَداً صَمَداً- لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَداً».
"La ilahə illəllah, vəhdəhu la şərikələhu, ləhul mulku və ləhul həmdu, yuhyi və yumit və huvə həyyun la yəmut, biyədihil xəyru kulluhu və huvə əla kulli şəy`in qədir. İlahən vahidən əhədən səmədən, ləm yəttəxiz sahibətən vəla vələda".
Sonra əllərini üzünə çək. Və ayın axırında da eyni qaydada on rəkət qılırsan. Namazın salamından sonra əllərini göyə qaldırır və deyirsən:
«لا إِلهَ إِلَّا اللّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لَا يَمُوتُ- بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلى كُلِّ شَيْءٍ قَدِيرٌ [وَ] صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ النَّبِيِّ الْأُمِّيِّ- وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ»؛"
La ilahə illəllah, vəhdəhu la şərikələhu, ləhul mulku və ləhul həmdu, yuhyi və yumit və huvə həyyun la yəmut, biyədihil xəyru kulluhu və huvə əla kulli şəy`in qədir. Və səlləllahu əla Muhəmmədin ən-nəbiyyil ummiyyi və la həvlə və la quvvətə illa billah".
Sonra əllərini üzünə çək, hacət və istəyini Allahdan dilə. Həqiqətən bu zaman sənin duan qəbul olacaq və Allah-Taala səninlə cəhənnəm odu arasında yerlə göy arası qədər fasilə yaradacaqdır. Hər bir rəkət namazına min rəkət namaz yazacaq. Sənə oddan qurtuluş və Sirat körpüsündən keçid vərəqəsi yazacaq.
Peyğəmbər (s) bu hədisi bəyan etdikdən sonra Salman şükr səcdəsi etdi və bu günü oruc tutdu".
Mənbə: “Fəzailu şəhri rəcəb”, Hakim Həsəkani.
Mirməhəmməd Bəşirov
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər