Son 18 ayda məhv edilən İŞİD-çilərin sayı açıqlandı - 22 min nəfər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 22:55 | Şərh sayı: (0) | Baxılıb: 245
Son 18 ayda məhv edilən İŞİD-çilərin sayı açıqlandı - 22 min nəfər
Beynəlxalq koalisiya 2014-cü ilin yayından bəri Suriya və İraqda 22 min İŞİD üzvünü məhv edib.
Ixlas.Az xarici mətbuata istinadən xəbər verir ki bu barədə Fransanın müdafiə naziri Jak-İv Le Drin məlumat verib. Nazirin sözlərinə görə, onlardan 1000 nəfəri Fransa aviaisyasının zərbələri nəticəsində öldürülüb.
“Beynəlxalq koalisiya Suriya və İraqda hava əməliyyatına başladıqdan sonra 22 mindən artıq İŞİD üzvünü məhv edib”.
Ler Drin hazırda qruplaşma üzvlərinin sayının 35 min nəfər olduğunu və onlardan 12 min nəfərinin əcnəbi ölkələrdən gələn muzdlular olduğunu bəyan edib.
Nazir qruplaşmanın ağır durumda olduğunu deyib.
“İŞİD son vaxtlar irimiqyaslı hücumlar edə bilmir. Düşünürəm ki, bu, beynəlxalq koalisiyanın zərbələrinin təsiri ilə olub. Amma istənilən halda duyuq olmayılıq. İŞİD yeni şəraitə tez uyğunlaşır”.
Onun fikrincə, İŞİD-in maliyyə imkanları məhdudlaşıb və aviasiya zərbələrindən qorunmaq üçün mülki əhali ilə sıx təmasa girir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər