Həzrət Əyyubun (ə) həyat yoldaşı |
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 10-01-2016, 20:28 | Şərh sayı: (0) | Baxılıb: 2408
Həzrət Əyyubun (ə) həyat yoldaşı
İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlardan biri də Həzrət Əyyubun (ə) "Ruhmə” adlı həyat yoldaşı idi. Həzrət Əyyub (ə) həyatın ən ağır hadisələri ilə üzləşdi. Uşaqları evin altında qalıb öldülər, bağları yandı, bütün var-dövləti və mal-qarası tələf oldu. Axırda özü də uzun sürən xəstəliyə tutuldu. Bunların hamısından da ağır, camaatın ona baş çəkib təsəlli vermək əvəzində, vurduqları dil yaraları idi. Camaat deyirdi: "Yəqin ki, günahkar olubsan, Allah da səni bu vəziyyətə düçar edib”.
Camaat ondan uzaqlaşdı. O, naçar qalıb şəhərdən çıxaraq çöllükdə, ağır vəziyyətdə yaşamağa başladı. Ruhmə fədakarlıq göstərərək ərinə qulluq etməyə davam etdi. Lakin axırda yorulub əldən düşdü. Əri Əyyubla söhbət edəndə, Əyyub ona dedi: "Məndən uzaqlaş!”
O, Əyyubu tək qoyub getdi. Əyyub bu İlahi imtahandan yaxşı çıxdıqda, Allah ona mərhəmət göstərib, əvvəlki sağlamlığını və cavanlığını qaytardı. Ona müxtəlif ne`mətlər verildi. Həyat yoldaşı, Əyyubun əmri ilə ondan uzaqlaşsa da, qəlbi əziyyətdə olan ərindən ayrılıdığına görə döyünürdü və həmişə onun fikrində idi. Axırda (Əyyubun əvvəlki sağlamlığının və ne`mətlərin ona qayıtmasından xəbərsiz olan halda) qərara gəldi ki, onu görməyə getsin və ona xidmət etməyi davam etdirsin. Əyyubun yaşadığı yerə çatanda, orada səfalı, meyvəli və gül-çiçəkli bağın içində gözəl bir cavan oğlan gördü. Onu tanımadı və təəccübləndi. Amma çox çəkmədi ki, Əyyubun işarəsi ilə Allahın lütf və mərhəmətinin onlara şamil olmasını anladı və əlini Əyyubun boynuna saldı. Onların hər ikisi Allaha bütün bu lütfünə və mehribanlığına görə şükr etdilər. Allah həmin bu qadından Əyyuba saleh bir övlad nəsib etdi. Onun və həyat yoldaşının həyatı digərləri üçün iman, şükr, dözüm və səbir dərsi oldu. Əyyubun həyat yoldaşı Ruhmə hərçənd ki, bir dəfə yorulub dözümsüzlük etdi, amma tez peşiman oldu və əziyyətdə olan ərinə xidmət etməyə davam etdi. Allah-təala da bunun müqabilində ona və ərinə çoxlu ne`mətlər bəxş etdi. İnsan gərək çox ağır və çətin hadisələrdən tez yorulub və dözümsüzlük göstərməsin. Əgər belə bir hal baş versə, nə qədər ki gec olmayıb səhvini düzəltsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər