Dindar yoxsa din qiyafəli oğru? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 27-04-2016, 13:19 | Şərh sayı: (0) | Baxılıb: 469
Dindar yoxsa din qiyafəli oğru?

Düzü, əvvəl bu başlığı yazan jurnalisti qınamaq istədim. Amma repotajı oxuyanda məlum oldu ki, bu oğrular məhkəmə boyu Allah, din, islamdan danışıblar. Eyni zamanda törətdikləri əməlləri də qəbul edirlər. Reportajda iki cümlə diqqətimi çəkdi. “Biz “bu yoldan döndü yoxdur, bu, Allahın buyruğudur, kafirlərin əmlakı və qanı halaldır” deyə and içmişdik”, “Bizim məqsədimiz şəriət qanunları ilə yaşamaq, aparılan cihadda iştirak etmək idi”.
Əslində Allah və şəriətdən danışan, hətta namaz qılıb, oruc tutan bu adamlara dindar demək olar. Amma bu adamlar hansı dindədir – bax, bu sual doğuran məsələdir.
Məsələnin digər tərəfi isə daha acınacaqlıdır. İslam adı altında insanlarımıza sırınan bu saxta din qiyafəsini necə dəyişə bilərik? Bəlkə də biz bu məsələdə bir az gecikmişik?
Orxan
islam.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər