RSS
 

Login:
Şifrə:
» » Haqq divanın mübarək, Azərbaycan!

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Haqq divanın mübarək, Azərbaycan!

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-04-2016, 14:39 | Şərh sayı: (0) | Baxılıb: 287

Haqq divanın mübarək, Azərbaycan!


Haqq divanın mübarək, Azərbaycan!Bu gün bütün Azərbaycan xalqının ürəyi cəbhədəki oğullarımızın yanındadır. Gün boyu hər kəsin ovqatı da, sözü-söhbəti, qayğıları da müharibə meydanından gələn xəbərlərə köklənib. Hamının bir yumruğa dönüb düşmən üstə getdiyi bir məqamdır bu gün. Dünyanın müxtəlif ölkələrindən Azərbaycanın haqq işinə dəstək verənlərin də sayı artmaqdadır. 25 ildən bəri, bir vaxt dost, qardaş deyib bağrımıza basdığımız nankorların yolumuzu kəsdiyi doğma torpaqlarımız Azadlıq havası, igidlərin nərəsi ilə ayağa qalxıb. Bu gün hər kəs qələbə deyir, bu gün hər bir vətəndaşımız Ali Baş Komandanın səsinə səs verir. Biz də deyirik: ermənilər ölmək istəmirlərsə, qoy çıxıb öz evlərinə getsinlər! Bu torpaqlar bizim torpağımızdır, bizim ulu babalarımızın əsrlər boyu yaşadığı böyük Vətənin bir parçasıdır.

Birinci Qarabağ savaşından sonra elan olunan atəşkəsdən keçən 22 il ərzində (12 may 1994-cü ildən bəri) bizim ölkəmiz öz mövqeyini ən yüksək beynəlxalq səviyyələrdə dəfələrlə bəyan eləyib, "biz qan tökmək istəmirik, torpaqlarımızı sülh yolu ilə qaytarmaq istəyirik!" - deyib. Amma erməni tərəfi, Ermənistanın daşnak ruhlu liderləri nəinki bu xoşməramlı çağırışa, heç BMT-nin qətnamələrinə belə məhəl qoymadan, dədə-baba torpağıymış kimi Şuşada kilsə ucaldıb, işğal elədiyi Kəlbəcərə, Laçına və digər tarixi məkanlarımıza turist səfərləri təşkil eləyir. Halbuki, 1988-ci ildən, Ermənistandakı və dünyadakı hayların sərsəm "Böyük Ermənistan" xülyasının ilk mərhələsi başlayandan, yüz minlərlə azərbaycanlının həyatını kabusa çevirən müharibədən sonra biz Şuşaya da, Qarabağa da həsrət qaldıq. Bu gün mənim kimi milyonlarla azərbaycanlının əzəli və əbədi torpaqlarına getmək imkanı yoxdur. Mən nə övladlarımı, nə nəvələrimi, nə də ölkəmə gələn qonaqlarımı göz bəbəyimiz olan Şuşaya apara bilmirəm. Niyə, nə üçün? Siz deyin, ay ermənilərin havadarı olan ikiüzlülər, dünyada özünü mədəni, sivil sayan hansı ölkələrin əhalisi bizim üzləşdiyimiz vəziyyətə bu qədər duruş gətirə bilərdi? Bizim teatrda çalışan qaçqınlar hər Novruz bayramı gələndə göz yaşlarını saxlaya bilmirlər:

"Hər kəs bu əziz gündə doğmalarının qəbrini ziyarətə gedir, bəs biz hara gedək, əzizlərimizin qəbrini necə ziyarət edək, onların nigaran ruhunu necə ovuduraq?" - deyə sual edirlər. Onlara təsəlli verməkdən başqa, təəssüf ki, gücümüz heç nəyə çatmır. Ermənilərin həyasızlığı və cəzasızlığı hətta o həddə çatıb ki, Rusiya vətəndaşı olan iki azərbaycanlını dədə-baba torpaqlarına gəliblər deyə, ömürlük həbs cəsasına məhkum ediblər və nədənsə Rusiya öz vətəndaşlarının taleyinə bu günə kimi biganə qalıb, halbuki bu insanlar heç bir cinayət törətməyiblər, onların yeganə günahı azərbaycanlı olmalarıdır. Ermənilər işğal elədikləri torpaqlara xaricdən artistlər dəvət etməkdən, bu yerlərdə müxtəlif festivallar keçirməkdən belə çəkinmirdilər! Amma onlar unutmuşdular ki, günlərin bir günündə nəhayət ki, Haqq, Ədalət öz yerini tutacaq, Azərbaycan xalqının da səbr kasası daşacaq, bu xalq qarşısındakı nadana öz yerini və həddini göstərməyə qadir olduğunu sübuta yetirəcək!

Azərbaycan prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev öz çıxışlarında həmişə vurğulayır ki, "Düşmən bizim sülh təkliflərimizi, danışıqlar masasına oturmaq ideyamızı, onlarla insani "davranışımızı başqa cür yozub və mövqelərimizə hücum çəkib. Belə olan halda, təbii ki, Azərbaycan əsgəri rəşadət göstərərək düşmənin vertolyotunu məhv edib. Ondan sonra bizdən qisas almağa başlamışlar. Hətta Ermənistanın ən yüksək rütbəli, vəzifəli şəxsləri demişlər ki, biz qisas alacağıq. O faşist ideologiyasının nəticəsində onlarla erməni əsgəri təmas xəttində həlak olmuşdu. Mən demişəm və bir daha demək istəyirəm ki, ölmək istəmirsinizsə, Ağdama, Füzuliyə getməyin, oturun öz yerinizdə. Qisasa gəldikdə isə qisası biz almalıyıq və alırıq da. Biz Xocalı qurbanlarının qisasını alırıq və alacağıq. Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır".

Bizim heç kəsin torpağında gözümüz yoxdur! Bu bizim humanist və sülsevər xalqımızın yaşam kredosudur! 1918-ci ildə ermənilərə dünyadakı havadarlarının (dünya bizə niyə belə qəhmər çıxmır, bilmirəm!) dəstəyi ilə bizim torpaqlarımızda respublika yaradılanda da bizi susdurmağa müvəffəq oldular. Başımızı min bahənə ilə aldatdılar, əlimizdən Zəngəzur mahalını da alıb bu riyakarlara peşkəş verdilər və yenə də Azərbaycanı susdurmağa müvəffəq oldular.

Lakin indi dövran dəyişib. Başımızın üstündə SSRİ adlı imperiyanın Domokl qılıncı yoxdur! Müstəqil Azərbaycanın dövlətlər arsında mövqeyi, bayraqlar sırasında bayrağı, imzalar içində imzası var! Bu gün biz öz torpağımıza sahib çixmaq əzmindəyik və 3 gündən bəri davam edən döyüşün ilk nəticələri də bunun bariz nümunəsidir. Ölkə başçısının Azərbaycan xalqına ilk təbriki sabahın böyük Qələbə xəbərinin müjdəçisidir!

Bu gün hər kəs döyüş, hər kəs qələbə deyir! Ordumuz Ali Baş Komandanın əmri ilə öz torpaqlarımızı düşməndən təmizləməyə başlayıb. Bizim əsgərimiz qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin və 9 milyonluq bir xalqın HAQQINI özünə qaytarmaq üçün silaha sarılıb.

Hər kəs bu qələbəyə öz payını verməyə çalışır. Müharibədə yaralanan 19 yaşlı döyüşçü Elçinin: "Tez olun, məni sağaldın, səngərdə dostlarım yolumu gözləyir!" - çağrışı yaşından asılı olmayaraq hər bir vətəndaşımızın qəlbini intiqam hissi ilə coşdurur. Dünən erməni saytları Sisyan rayonunda döyüşə gedən saçı-saqqalı ağarmış ermənilərin videogörüntülərini yayıb. Həmişə olduğu kimi, bu quldurlara (əminəm ki, onların hamısı Xocalı qətliamının iştirakçıları, Ağdərənin, Füzulinin, Kəlbəcərin, Ağdamın, Zəngilanın, Cəbrayıln, Şuşanın kəndlərini yandıranlar, dinc əhalimizə divan tutanlardı) erməni kilsəsi xeyir-dua verir. Mən sadəcə bir insan kimi anlaya bilmirəm ki, bu adamlar niyə gələcəklərini fikirləşmirlər, niyə başa düşmürlər ki, bu gün Azərbaycan onların 22 il əvvəl gördüyü siyasi və iqtisadi cəhətdən zəif bir ölkə deyil, yüksək inkişaf mərhələsinə qədəm qoymuş bir ölkədir ki, onun öz torpaqlarını qaytarmaq üçün hər cür imkanı var!

Bu gün biz hamımız özümü arxa cəbhədəki kimi hiss etməliyik. Ona görə biz Ali Baş Komandanımızın sözləri ilə səciyyələndirsək, "daha da güclü olmalıyıq, daha da güclü orduya sahib olmalıyıq". Biz bir-birimizi qorumalıyıq, şayiələrə uymamlıyıq, cəbhədən gələn xəbərlərə təmkinlə yanaşmalıyıq, şəhid ailələrini bağrımıza basmalıyıq!

İndi doğma torpağımız uğrunda canını fəda edən igidlərimizə "Böyük Azərbaycan uğrunda şəhidliyin mübarəkdir" - deməyi bacaran bir Xalqın Haqq divanı başlayıb! Ədalət və Haqq divanın var olsun, Vətən!



Əliqismət Lalayev (Rejissor, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru )



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor