RSS
 

Login:
Şifrə:
» » Odundağ əməliyyatı ətrafında ilginc gəlişmə - ermənilər narahatdır

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Odundağ əməliyyatı ətrafında ilginc gəlişmə - ermənilər narahatdır

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 12:40 | Şərh sayı: (0) | Baxılıb: 326

Odundağ əməliyyatı ətrafında ilginc gəlişmə - ermənilər narahatdır


Odundağ əməliyyatı ətrafında ilginc gəlişmə - ermənilər narahatdırMüdafiə Nazirliyi: “Düşmən o qədər qorxu, səksəkə içindədir ki, hər tərəfdə onun gözünə Azərbaycan əsgəri görünür”
Azərbaycan ordusunun Ermənistanla sərhəddəki strateji yüksəkliyi ələ keçirdiyi barədə yayılan məlumat ciddi rezonansa səbəb olub. Ermənistan KİV-nə istinadən yayılan xəbərdə bildirilir ki, Noyamberyan rayonunun Baqanis kəndinin sakinləri (Azərbaycanın Qazax rayonu ilə həmsərhəd) yaxınlıqdakı strateji yüksəkliyin Azərbaycan ordusunun nəzarətinə keçdiyini deyiblər.

Ermənilərin sözlərinə görə, Odundağ adı verilən yüksəklikdən bütün Baqanis kəndi və ətraf ərazilər asanlıqla görünür. Erməni jurnalistlər həmin yüksəkliyin fotolarını da çəkib.
Azərbaycan Müdafiə Nazirliyi də Odundağ yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi xəbərini təsdiqləyib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən Odundağ yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb: “Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”.

Ermənistan KİV-ləri isə Azərbaycan Silahlı Qüvvələrinin Odundağ dağının sol ətəyində yer işləri həyata keçirməsi ilə bağlı məlumat yayıb. Məlumata görə, bu dağın strateji əhəmiyyəti var və Azərbaycan əsgərləri onun təpəsində atəş nöqtəsi yerləşdiriblər. Bildirilir ki, yeni dayaq məntəqəsi Baqanis kəndinin mərkəzindən aydın görünür.



Mətbuatda yayılan bu xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi şəxslər hətta hərbi xidmətini bu ərazidə çəkdiyini yazaraq yayılan məlumatların doğruluğuna şübhə ilə yanaşıb.

Mühacirətdə olan polkovnik İsa Sadıxov isə qeyd edib ki, Odundag heç vaxt ermənilərdə olmayıb.

Təbii ki, Qarabağ cəbhəsindəki qələbə xəbəri üçün hamımız darıxmışıq. Bu kimi məlumatlara həssaslığımızın da birinci səbəbi elə qələbə tamarzısı olmağımızdır. Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən Odundağ yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi barədə xəbər ilk baxışdan çox sevindirici və qürurvericidir. Müdafiə Nazirliyi xəbəri təsdiqləyib. Ancaq belə yanaşmalar da var ki, belə məsələlərdə ehtiyatlı olmalıyıq. Sual olunur, niyə erməni KİV-ləri məhz bu ərəfədə Azərbaycan ordusunun qələbəsi barədə xəbəri tirajlayıb? Bəzi müşahidəçilər hesab edir ki, bu xəbərin Ermənistan KİV-lərində məhz indi yayılması 26 yanvarda Strasburqda keçirilən Qarabağ müzakirələrinə əngəl üçün düşünülüb. Ermənilər Qarabağa aid 3 qətnamənin qəbul olunmaması üçün dəridən-qabıqdan çıxırdı, Minsk Qrupunu da öz tərəflərinə çəkməyə nail olmuşdular. Ona görə də rəsmi qurumların bu xəbərə reaksiyası zamanı Ermənistanın 20 ildən çoxdur Qazax rayonunun 7 kəndini işğalda saxlaması faktı xatırlanmalıydı. Odur ki, Ermənistan bu xəbəri dövriyyəyə buraxmaqla mümkündür ki, KTMT-ni və konkret olaraq Rusiyanı qıcıqlandırmaq istəyir. Yeri gəlmişkən, məhz bunun ardınca erməni tərəf Azərbaycan ordusunun təxribat-diversiya hərəkətləri həyata keçirdiyi barədə dezinformasiya yayıb. Ona görə də ekspertlər düşmənin yaydığı xəbərlərə münasibətdə ehtiyatlı olmağımızı tövsiyə edir.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Müdafiə Nazirliyinin Odundağ yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi ilə bağlı xəbəri geniş səs-küyə və müzakirələrə səbəb olub: “Mən də bu xəbərə ürəkdən sevinənlərdən biriyəm və hesab edirəm ki, bu, düşmən tərəf üçün çox ciddi xəbərdarlıq olmalıdır. Əgər biz gündəlik atəşkəs rejiminin pozulması ilə bağlı məlumatlara diqqət etsək, görərik ki, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən Odundağ yüksəkliyi istiqamətində mövqelərimiz saysız-hesabsız atəşə məruz qalıb. Yəni bu istiqamət bizim ordunun ön xətdə dayanan əsgərləri üçün hər zaman böyük təhlükə mənbəyi olub. Ona görə də hesab edirəm ki, Şəmkir hərbi birləşməsinin komandanlığının qəbul etdiyi qərar çox doğru və düzgündür”.



Ü.Cəfərov xüsusi bir qeydini də bölüşdü: “Yeganə narahatlığım bu xəbərin rəsmən elan olunmasındandır ki, bundan da bizi istəməyən qüvvələr öz maraqları naminə istifadə edə bilərlər. Əslində erməni tərəfindən açıqlanan bu xəbərin mahiyyətində bir az da təxribat elementləri hiss edirəm. Çünki onların məhz yanvarın 26-da Strasburqda AŞ PA-nın ATƏT-lə birgə ölkəmiz üçün mühüm bir müzakirə ərəfəsində bu məsələni hiyləgərcəsinə gündəmə gətirməsi tamam başqa məqsədlərə hesablanmış hərəkət kimi qəbul edilməlidir. Yəni bununla Ermənistan tərəfi guya Azərbaycanın atəşkəs rejiminə əhəmiyyət vermədiyi və hətta bədnam qonşularımıza hansısa təhlükə törətmək istəməsi görüntüsünü yaratmaq istəyirlər. Bu da ”oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" zərb-məsəlini xatırladır. Yenə qeyd etmək istəyirəm ki, əslində bu, çox yaxşı xəbərdir və sadəcə, biz belə mühüm məsələlərdə bir qədər diqqətli və ehtiyatlı olmalıyıq".



Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə “Yeni Müsavat”a açıqlamasında yayılan məlumatı bir daha təsdiqlədi: “Məsələnin siyasi tərəfi ilə bağlı suallara cavab verə bilməyəcəyəm. Amma erməni mətbuatının və bizim mətbuatın yaydığı məlumatı biz sadəcə olaraq təsdiq etdik”. MN sözçüsü yüksəklik uğrunda əməliyyatın nə zaman keçirildiyini də konkretləşdirmədi: “Onu deyə bilməyəcəyəm. Biz bu barədə məlumatda əməliyyatın nə zaman keçirildiyini açıqlamamışıq, sadəcə olaraq, faktı təsdiqləmişik ki, yüksəklik bizim nəzarətimizdədir”. “Düşmənin hər hansı təxribatına qarşı ordumuz hansı tədbirləri görür” sualının cavabında V.Dərgahlı bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhəboyu - qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

MN rəsmisi Ermənistanın Azərbaycan ordusu ilə bağlı yaydığı dezinformasiyaya da reaksiya verdi: “Erməni tərəfi iddia edir ki, Azərbaycan ordusu diversiya-təxribat törədib. Ancaq bildiririk ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir fəaliyyət həyata keçirməyib. Düşmən o qədər qorxu, səksəkə içindədir ki, hər tərəfdə onun gözünə Azərbaycan əsgəri görünür”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor