Dəymiş zərər ödəmə |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-01-2016, 11:03 | Şərh sayı: (0) | Baxılıb: 276
Dəymiş zərər ödəmə
3764. Allahın Peyğəmbəri (s): «Əl, götürdüyü hər bir şeyin qaytarılmasına zamindir.»
3765. Allahın Peyğəmbəri (s): «Həkim xəstəni, baytar heyvanı müalicə edən zaman, xəstənin yiyəsindən, yaxud da heyvanın sahibindən bəraətnamə və icazə almalıdır. Əks təqdirdə (mala və cana vurduğu zərərə, xəsarətə görə) onun qarşısında zamindir.»
3766. İmam Sadiq (ə): «Kimsə muzdla bir işi görməkçün tutularsa, həmin işi zay etdiyi halda, zamindir. Əmirəl-möminin (ə) fəhləni zamin bilirdi»
3767. İmam Sadiq (ə) (öz ata-babalarından nəql edir): «Sənətkarlar bir şeyi istər səhvən, istərsə də qəsdən xarab etsələr, müəyyən qazanc müqabilində işləyirlərsə, zamindirlər.»
1160. Zamin durmağın və zəmanət verməyin məzəmməti
3768. İmam Əli(ə): «Bir işin öhdəsindən gəlmirsənsə, zəmanət vermə.»
3769. İmam Sadiq(ə): «Kəfil (yəni bir şəxsin cavabdehliyini öz öhdəsinə götürmək və zamin durmaq) olmaq xəsarətdir, cərimədir, peşmançılıqdır.»
1161. Ariyənin ödənişi yoxdur
3770. İmam Sadiq(ə): «Ariyə aradan gedib xarab olarsa, ariyə götürən əmin və etibarlı adam olduqda öhdəsində heç bir ödəniş haqqı olmaz.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər