Zülm, zorakılıq və itaətsizlik |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-10-2015, 20:35 | Şərh sayı: (0) | Baxılıb: 475
Zülm, zorakılıq və itaətsizlik
Quran:
«Elə ki, Allah onları xilas etdi, yer üzündə haqsız yerə zülm, zorakılıq və itaətsizlik etmələrini görərsən. Ey insanlar! Bu zülm, zorakılıq və itaətsizlik sizin öz ziyanınızadır, (siz) dünya həyatının xeyri(ni istəyirsiniz). Dünya həyatında bir faydalanma, ləzzət vardır. Sonra sizin dönüşünüz Bizə tərəf olacaqdır. Daha sonra sizi etdiklərinizdən xəbərdar edəcəyik.»
«Və (Allah) zinadan, çirkin (əməl)lərdən və zülm, zorakılıq və itaətsizlikdən çəkindirir. Sizə öyüd verir ki, bəlkə öyüd qəbul edən oldunuz.»
822.Allahın Peyğəmbəri (s):«Zorakılığın cəzası insanı digər çirkin işlərin hamısından tez yaxalayır.»
823.İmam Əli (ə):«İtaətsizlik və təcavüzkarlıq qılıncı çəkən şəxs həmin qılıncla öldürülər.»
824.İmam Əli (ə):«Zorakılıq neməti aradan aparır.»
825.İmam Əli (ə):«İtəatsizlik viran və məhvə səbəb olur.»
826.İmam Əli (ə):«Zorakılıq və itaətsizlikdən çəkin. Çünki zorakılıq (insanı) çox tez torpağa sərər və zarakılıq işlədəni ibrətə çevirər.»
827.İmam Əli (ə):«İtaətsizlik itaətsizləri oda tərəf çəkir.»
828.İmam Sadiq (ə):«Diqqətli ol, ağzından heç vaxt, hətta özünün və qohumlarının qüdrəti ilə öyünsən belə, zorakı söz çıxmasın.»
242.Zorakı və itaət etməyən şəxs
829.İmam Sadiq (ə) «kim itaətsizlik etmədən və həddi aşmadan məcbur olsa» ayəsinin təfsirində buyurmuşdur:«İtaətsiz, imamına qarşı qiyam etmiş şəxsdir.»
243.İtaət etməyən yağı müsəlmanlarla vuruşmaq
Quran:
«Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onların biri digərinə qarşı həddi aşaraq təcavüzkarlıq etsə, həddi aşanla Allahın əmrinə qayıdana kimi vuruşun. Beləliklə, əgər (Allahın əmrinə qayıtsa) onların aralarında ədalətli sülh bərqərar edin və ədalətli olun ki, Allah ədalətliləri sevir.»
Hədis:
830.İmam Əli (ə):«Döyüş iki cürdür: Müşriklərlə döyüş. Onlar müsəlman olmayınca və ya xarlıqla cizyə verməyincə buraxılmırlar. Bir də haqq yoldan dönmüşlərlə döyüş. Allahın əmrinə qayıdana və ona tabe olana və ya öldürülənə kimi onların qarşısında durmaq lazımdır.»
831.İmam Əli (ə):«İtaətsizlik əhli və yağılarla müşriklərlə olan kimi tam şiddətlə vuruşmaq, onlara qarşı qiblə əhlinin (müsəlmanların) bütün imkan və bacarığından istifadə etmək və ələ keçirən zaman onları müşriklər kimi əsir götürmək lazımdır.»
244.Müsəlmanların imamı ilə aşkarcasına düşmənçilik edən şəxsin öldürülməsinin caiz olması
832.İmam Sadiq (ə) «Nasibi»lər barəsində buyurmuşdur:«Əgər sizdən bir nəfərin onların əli ilə öldürülməsindən qorxmasaydım, çünki sizin bir nəfəriniz onların min nəfərindən yaxşıdır, onları öldürməyinizi əmr edərdim.Lakin bu işin icazəsi imama həvalə edilib.»
833.İmam Rza (ə):«Təqiyyə edilməli yerdə qatil və ya yağıdan başqa heç bir kafiri öldürmək caiz deyil. Belə olan halda əgər canın təhlükəyə düşməsə, onu (qatil və ya yağını) öldürə bilərsən.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər