Paltar soyunub-geyinməyin sair qaydaları haqqında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 14-02-2015, 12:46 | Şərh sayı: (0) | Baxılıb: 2528
Paltar soyunub-geyinməyin sair qaydaları haqqında
İmam Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir : "Kişilər soyunduğu zaman Şeytan onlara nəzər salıb yoldan çıxarmaq istər və günaha sövq edər. İstər kişi olsun istərsə də qadın camaat arasında soyunmamalı və soyunduğu zaman üzü və arxası qıbləyə tərəf olmamalıdır. Paltarlarınızı çıxardığınız zaman "Bismillah” deyin ki, Şeytanın vəsvəvəsindən uzaq olasınız.”
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Qadınlar bədənlərini tam örtməli və başqalarının yanında cəlb edici nazik parçalardan tikilmiş paltarlar geyinməməlidirlər. Baş örtüyünün isə dirsəklərə qədər olması məsləhətdir.”
İshaq ibni Əmmar, imam Sadiq (ə) -dan soruşur: Ehtiyacı ödəyən miqdardan artıq paltara pul xərcləmək israfdırmı? İmam Sadiq (ə) cavabında buyurur: Xeyr ,bu israf deyildir.! İsraf ona deyilir ki, paltar ziynət məqsədi ilə deyil ,digər məqsədlər üçün isdifadə edilmiş olsun .
İmam Məhəmməd Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Paltarlarınızı təmiz və səliqəli saxladıqda , həm Allah-təalanın razılığını qazanmış, həm də düşmənlərinizi narahat etmiş olarsınız.
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir : "Lut (ə)-ın qövmu bir neçə mənfi xüsusiyyətə malik idi. Onlar günlərini əyləncə məqsədi ilə ox atmaqla keçirər, yol gedərkən yerlə sürünən uzun paltarlar geyinər və daim qəndaran çeynəyərdilər.”
Nəql olunmuş mötəbər hədislərin birində deyilir: İmam Sadiq (ə)-ın sahabələrindən biri onun yanına gəlir. O, imam Sadiq (ə)-ın əbasında yamaq gördükde çox təəccüb edir. İmamSadiq (ə) qarşısındakı kitabı ona verib oxumağını isdəyir. Orada bu sözlər yazılmışdı: Həyası olmayan şəxslərin imanı da olmaz. Maddi çatışmamazdıq içində yaşayanlar öz ehtiyaclarını ödəmək iqtidarında olmazlar. Təzə paltarı olmayan kəslərin köhnə paltarı da olmaz.
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Mən öz paltarlarıma o qədər yamaq vururdum ki, özüm də dərzidən utanırdım.”
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Paltar və ayaqqabısına yamaq vuran şəxslərin qazancı bol, həyatları isə əmin-amanlıq içində olar. Onlar təkəbbürdən uzaq olan Allahın əməli-saleh bəndələridirlər.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər