RSS
 

Login:
Şifrə:
» » Kərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunması

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Kərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunması

 
Müəllif: L-e-y-l-a | Bölmə: Məqalələr | Vaxt: 15-12-2015, 22:20 | Şərh sayı: (0) | Baxılıb: 417

Kərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunması


Kərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunması


Müsəlmanların bəzisi Kərbəla torpağına səcdə etmək və yaxud digər torpaqlara səcdə edilməsi məsələsində şübhədə ola bilərlər, halbuki İslam şəriətinin qaydalarına əsasən, torpağa səcdə etmə əziz İslam Peyğəmbərinin göstərişində mütləq şəkildə gəlmişdir:

"Yer mənim üçün səcdəgah və tahur (təharət) qərar verilmişdir.”

Bəs, məhz Kərbəla torpağı barəsində gələn qeyd nə üçündür?! Bu suala cavab vermək üçün bir neçə məqama işarə etmək lazımdır:

1) Məscidlərin həyatının davam etməsində Kərbəla türbətinin rəmzi xüsusiyyəti Aqil insanların dinindən, əqidəsindən, sahib olduqları mədəniyyətlərindən və harada yaşamaqlarından asılı olmayaraq toxunulmaz və müqəddəs inancları vardır. Bunlardan biri də "həyat” məfhumudur. İnsan varlığındakı rəmzlər onun həyatı ilə əlaqəli olduqca bu rəmzlərin hörməti, məqamı, şərafəti, izzəti və qüdsiyyəti artır. Rəmzlərdən hansısa birinin insan varlığındakı davamiyyəti nə qədər uzun olarsa, hörmət, izzət və müddəti də artar. Əgər Qurani-Kərimə bu prizmadan nəzər salsaq, onda görərik ki, Quranın müqəddəsliyi Yer kürəsi üzərində insaniyyətlə həyatın bağlılığının nə qədər qüdrətli olmasından qaynaqlanır. O, insan həyatının müxtəlif sahələrini və insanla bağlı olan fauna və floranı nizamlayır. Deməli, o, daha da müqəddəsdir. Qurani-Kərim Allah-taalanın şəriəti olduğu üçün bu şəriəti daşıyanlar da müqəddəs hesab olunurlar. Peyğəmbərdən gələn hədis bu məzmuna işarə edir:
Kərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunmasıKərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunması
"Mən sizin yanınızda iki əmanət qoyub tərk edirəm: Allahın kitabı və itrətim (Əhli-beytim) "

Əhli-beyt (ə) Qurani-Kərimə həmtay və ya bərabər olduğu üçün insaniyyətə həyatla dəstək verən ikinci amildir. İnsan həyatının davamiyyəti, onun ruhi və cismani varlığının qalması üçün İslam Peyğəmbəri (s.ə.s.) buyurmuşdur:

"Sizlərə Əhli-beytim barəsində Allahı nəzərə almağı tapşırıram; sizlərə Əhli-beytim barəsində Allahı nəzərə almağı tapşırıram; sizlərə Əhli-beytim barəsində Allahı nəzərə almağı tapşırıram!”

Əgər Peyğəmbər (s.ə.s.) Əhli-beytinin haqqına riayət olunarsa, ölüm vasitələri Yer üzündə insan həyatı, nəsli və onunla bağlı olan nə varsa, onların heç birinə son qoya, onları həlak edə bilməz. Belə ki Allah-taala buyurur:

"Üz döndərən (və sənin yanından çıxıb gedən, yaxud iş başına keçən) zaman isə yer üzündə fəsad törətmək, əkin sahələrini və nəsli məhv etmək üçün yola düşər. Allah fəsadı sevmir. Və ona "Allahdan qorx!” deyilən zaman, təəssübkeşlik və qürur onu günaha vadar edər (və o, zalımcasına əksüləməl göstərər). Buna görə də Cəhənnəm ona kifayətdir və əlbəttə, (o) çox pis bir yerdir.”
Kərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunmasıKərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunması
Əgər dini inanclar və yaxud insan sivilizasiyasının rəmzlərinə diqqət yetirsək, görərik ki, bu rəmzlər insan həyatının qorunub davam etməsi üçün qüdrəti doğuran ünsürlərə etiqad miqdarında özünü göstərir. İnsanlar həyatın mənbəyini müxtəlif şeylərdə – çaylar, bitkilər, günəş və bu kimi digər məxluqatda görürlər. Bu rəmzləri ziyarət edən insan onlarda olan həyat mənbəyini nəzərə alıb bu məfhumlara qüdsiyyət verir. Bütün bunlar bu məfhumların qüdsiyyəti prizmasındandır, nəinki onların xaliqiyyət, übudiyyət və tövhidi baxımından. Buna görə də bir çox məkanlar həyat mənbəyi olduğu üçün qüdsiyyət kəsb etmişdir. Məsələn, bütün yerlərdə universitetlər ehtirama malikdir, çünki onlar insaniyyət ilə həyat arasında bir növ körpüdür. Bu körpü elm və tədrisdir. Buna görə də universitet meydanı "təhsil hərəmi” də adlanır. Görəsən, "təhsil hərəmi”nə ehtiram orada gedən dinin təbliğinə görədir, yoxsa həyatın qaynağı olduğu üçün? Həmin məna ictimai formasiyaların dəyişməsində aparıcı rol oynamış inqilabçı və mütəfəkkirlərin xatirəsinə müxtəlif paytaxtların meydanlarında ucaldılan abidələrdə, naməlum əsgər məzarlarında da təcəssüm olunur. Bəs, nə üçün Kərbəla meydanı həyatı doğuran amil və mənbə hərəmi sayılmasın?! Necə ola bilər ki, "təhsil hərəmi” "Hüseyni hərəm”dən üstün olsun? Halbuki insani dəyərlər bu rəmzlərin və İmam Hüseynin (ə) ədalət, hürriyyət, isar, qəhrəmanlıq, şücaət, iffət, izzət, nəfsin aliliyi, özünü qurban vermə, əsaslar uğrunda təmkinli olma və ümmətin islahı uğrundakı şəxsiyyəti ilə cilvələnir.

İmam Hüseyn (ə) özü buyurur:” Şübhəsiz, babamın ümmətini islah etmək üçün yola çıxmışam və insanları vaciblərə əmr etmək, haramlardan çəkindirmək istəyirəm.”

Ümmətin islahı, cəmiyyətin fərdləri arasında ölüm toxumu səpən, onun fərdlərinə yol açan cəhalət, yoxsulluq, xəstəlik, bədbəxtlik, fəsad, zülm, hüriyyətlərin boğulması, repressiya kimi amillərin təsirini aradan qaldırmaq, yalnız, Kərbəla meydanında İmam Hüseynin (ə) təsis etdiyi sabit qanunlarla mümkündür. O həzrət (ə) bu sabit qanunları Kərbəlaya yola düşməzdən əvvəl, hələ yolda ikən təsis etmişdi, eyni zamanda da öz Əhli-beyti və səhabələrinə İslam Peyğəmbərindən sonra ölüm toxumlarının bu ümmətə necə yol açdığını bəyan edirdi. İmam Hüseyn (ə) xütbələrinin birində Allaha həmd-səna edib babası peyğəmbərə salavat göndərəndən sonra belə buyurur:
Kərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunmasıKərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunması
"Artıq bizim başımıza gələnləri özünüz də görürsünüz. Həqiqətən, dünya dəyişib tanınmaz hala düşmüş və vaciblərə arxa çevrilmişdir. Bu rüzgar piyaləsinin ömründən onun dibində yalnız bir qurtumluq, alçaq yaşayışdan isə məhv olmuş otlaq qalıb. Məgər görmürsünüzmü ki, haqqa əməl edilmir, batildən nəhy olunmur? Mömin bəndə haqq yolunda öz rəbbinin görüĢünə tələsməlidir. Həqiqətən, mən ölümü yalnız səadətə qovuşmaq, zalımlarla həyatı isə darıxdırıcı və süst görürəm.”

Buna görə də İmam Hüseyn (ə) babası Peyğəmbərin (s.ə.s.) ümmətində həyatı özünün, səhabələrinin, övladlarının, hətta altı aylıq, ağuşunda boğazı kəsilərək çırpınan südəmər balasının şəhadəti ilə yenilədi. Allahın salamı onlara olsun! Onun ölümü bir daha ölməyəcək həyat idi! Çünki haqq və səmavi dəyərlərə əsaslanmışdı. Onun həyatı batil, zülm və cəhalətin ölümü idi. Bəli, bütün bunlar səbəb oldu ki, Kərbəla türbəti müsəlmanların məscidlərinə daşınsın. Çünki bu türbət həmin məscidlərə həyat bəxş edir. Bu türbətlə insan sivilizasiyası və dəyərlərinin abidəsi cilvələnir. Fiqhi prizmadan müsəlmanların nə üçün ona səcdə etməsinə gəlincə isə burada yalnız üç fəqihin baxışını xatırlamaqla kifayətlənəcəyik.

2) Fiqhi nöqteyi-nəzərdən Kərbəla türbətinə səcdə: Burada isə İslam sivilizasiyasına "Əl-Ğədir” kimi töhfə verən, bəhslərinin bəzisində İslam Peyğəmbərinin həyatından söz açan həmin kitabın bəzi hissələrindən Suriyada "Sirətunə və sünnətunə” adı altında mühazirə demiş və həmin mühazirədə fiqhi, əqidəvi bəhslərə toxunan Əllamə Əmininin elm ocağına üz tuturuq. Həmin bəhslərdən biri də Kərbəla türbətinə səcdənin icazəli olması məsələsidir. Əllamə Əmini Kərbəla türbətinə səcdə etmək mövzusunda mühazirəsi zamanı belə demişdir:

Şiələrin Kərbəla türbətindən səcdəgah olaraq istifadə etmələrinin səbəbi şübhəsiz iki güclü qaydaya əsaslanır:
Kərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunmasıKərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunması
Birincisi – namaz qılan şəxs özü üçün paklığına əmin olduğu türbət götürməlidir – dünyanın hansı yerindən və yaxud hansı torpağından olursa olsun. Bütün bu torpaqlar fiqhdə bərabər hesab olunur, yəni onlardan birinin digəri müqabilində üstünlüyü yoxdur. Bu məsələ namaz qılan şəxsin ibadətdə riayət etdiyi digər məsələlər kimidir. Xüsusilə, səcdəgah qərar verilən hər hansı bir torpağın paklığı yalnız bəzi hallarda mümkündür. Çünki bir çox yerlərdə – şəhər, kənd, meydan, mehmanxana, qeyri müsəlmanların yaşadığı ərazilər və bu kimi digər məkanlarda, istər müsəlman, istərsə də paklığına əminlik olmayan qeyri müsəlmanların, təharət və nəcasət məsələlərinə əhəmiyyət verməyən insanların olduğu yerlərdə torpağın paklığına necə yəqin etmək olar?! Yaxşı olar ki, namaz qılan müsəlman ehtiyata əməl edərək özü ilə paklığına əmin olduğu bir türbət götürsün və namaz qıldığı zaman onun üzərinə səcdə etsin. Bununla da cürbəcür nəsic və natəmizliyə aludə olmuş, səcdə səhih olmayan əşyalardan, paklığına əmin olmadığı digər torpaqlardan çəkinə bilər. Bütün bunlardan sonra namaz qılan şəxs öz paltarı və bədəninin paklığına riayət edərək namaz qılınması nəhy olunmuş (çəkinməli olan) yerlərdən – zibillik, sallaxana, məqbərə, insanların gediş-gəliş və dəvələrin oturduğu yerlər və bu kimi digər ərazilərdən – çəkinə bilər. Bu dəyərli dini nəzəriyyə hicrətin ilk əsrlərində yaşayan fəqihlərin əməl etdiyi adət olmuşdur. Böyük fəqih olan Məsruq ibn əl Əcdə bu bəyənilmiş adətə əməl edərək səfər zamanı səcdə edə biləcəyi bir daş parçası götürərdi. Bu hadisəni əhli-sünnənin hafizi, siqəsi, imamı və şeyxi Əbubəkr ibn Əbuşeybə öz kitabı "Əl müsənnif ”in ikinci cildində "gəmidə səcdə etmək üçün özü ilə hər hansı bir əşyanı daşıyan şəxs” adı altında iki sənədlə nəql etmişdir. Orada göstərilir ki, Məsruq ibn əl Əcdə gəmi ilə səfərə çıxan zaman səcdə edə biləcəyi bir daş parçası götürərdi. Bu qayda lap qədimdən, hətta səhabələr və tabeinlərin zamanından şiənin nəzərində sabitdir.

İkinci qaydaya gəlincə isə bu qayda bəzi torpaqların digər torpaqlara nisbətdə üstün olması cəhətini nəzərə almaqdır. Çünki bu bütün aqil insanların qəbul etdiyi bir qaydadır. Bütün hökumətlər və dövlətlər bəzi torpaqların – malik olduqları xüsusiyyətləri nəzərə almaqla – digər torpaqlara nisbətdə üstün olmasına əsasən, qərarlar və müqavilələr bağlayırlar və həmin ərazilərdə xüsusi qəbul olunmuş hökmlər icra olunur ki, onları aşmaq qəbul olunmaz hesab olunur.

Kərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunmasıKərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunması

Bundan başqa digər dövlətlərə aid edilən rəsmi idarə, ev və digər məntəqələr, xüsusilə krallığa məxsus bilinən və dövlətin şəxsi mülkiyyəti hesab olunan yerlərin fərqli dəyəri vardır. Həmin bu ərazilər xüsusi hökmlərə malikdir və insanlar da onların haqqında verilən qanunlara riayət etməlidirlər. Həmçinin Allah-taalaya mənsub bilinmiş ərazi və binalar da xüsusi hökmlərə malikdir. Labüd olaraq, özünü Allaha təslim edən insan həmin qayda-qanunlara riayət etməli və tövhid bayrağı altında yaşayan hər bir şəxs boynunda olan vacib əməlləri yerinə yetirməlidir. Hamı tərəfindən qəbul edilən bu ümumi qaydaya əsasən də, Kəbəyə xüsusi hökmlər verilmiş, Məscidül Həram və Məscidün Nəbi digər məscidlərdən fərqli olaraq bəzi xüsusiyyətlər və məqamlara malik edilmişdir. Eyni zamanda, bütün məscidlər, məbədlər və Allah adı zikr olunan ibadət yerlərinin hamısı paklamaq hökmləri, cənabət, heyz və nifas halında olan şəxslərin daxil olmaması, həmin yerlərin heç bir ağlasığan qanuni səbəbi olmadan satılaraq yenisi ilə əvəz olunması və bu kimi digər hökmlərdə bərabərdir. Bütün bu hökmlər həmin yerlərin aləmlərin Rəbbi olan Allaha mənsub bilindiyi üçündür.

Əllamə, dini mərcəyi-təqlid, Şeyx Kaşifül Qitanın nəzəri:

Əllamə, şeyx Kaşifül Qita özünün "Torpaq və İmam Hüseyn türbəti” adlı kitabında torpağa səcdənin vacibliyi, şərafətli Kərbəla türbətinə isə səcdənin müstəhəb olmasının hikmətini izah edərək belə deyir:

İmamiyyə şiəsinin müstəhəb olaraq İmam Hüseyn türbətinə səcdə etməsindəki sirr, bu türbətin fəzilətinə dəlalət edən hədislər, paklıq və təmizlik cəhətindən digər torpaqlara nisbətən daha təmiz olmasıdır. Həmçinin bu türbət yerə döşənən cürbəcür toz və mikroblarla dolu döşənəcəklərdən də üstündür. Bütün bu deyilənlərə əlavə olaraq, bu türbətdə əmanət qoyulmuş ali məqsəd və hədəflər vardır. Mömin insan namaz qıldığı zaman alnını bu türbətə qoyduqda islami əqidə uğrunda, zülm, istibdad, fitnə-fəsada qarşı özünü, peyğəmbər əhli-beytini və səhabələrin seçilmişini qurban verən imamı xatırlayır. Namazın səcdəsi digər rüknlərinə nisbətən daha da əzəmətlidir.
Kərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunmasıKərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunması
Hədisdə buyurulur: "Bəndənin öz rəbbinə ən yaxın olduğu an onun səcdədə olduğu zamandır.”

Buna görə də daha yaxşı olar kı, mömin insan namaz qılarkən alnını pak türbətə qoyduğu zaman haqq uğrunda öz həyatlarını qurban edib, bununla da ruhları mələkut aləminə ucalmış insanları yad etsin. Nəticə etibarilə, öz ibadətində zahiri və batini itaəti əldə edib əbədi olmayan saxta dünyanı və bəzəklərini gözündə alçalda bilsin. Beləliklə də, torpağa səcdə etməyin mənası budur ki, bu türbət duanın səmanın yeddi hicabını yararaq aləmlərin Rəbbinə doğru ucalmasına səbəb olur.

Əllamə, dini mərcəyi təqlid, Seyid Əbulqasim Xoyinin nəzəri: Seyid Əbulqasim Xoyi aşağıdakı ayəni izah edən zaman buyurmuşdur:

"Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insan bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın”

Bu ayənin nəzərdə tutduğumuzu təsdiqləməsi orada gəlmiş "məsacid” kəlməsinin yeddi üzv, yəni insanın namazda səcdə etdiyi zaman qoyduğu üzvlər olmasına əsaslanmışdır. Ayədən ilk anlaşılan məna da odur. Bundan əlavə, rəvayət və hədislər də bu mənaya dəlalət edir. Deməli, kimliyindən asılı olmayaraq, hətta peyğəmbər və imam olsa belə, Allahdan başqası üçün səcdə edə bilməz. İmamiyyə şiəsinin əhli-beyt imamlarının qəbirlərinə səcdə etməsi məsələsinə gəlincə isə bu məsələ tamamilə iftira və böhtandır. Allah-taala Qiyamət günündə hər iki tərəfi toplayıb öz hökmünü verəcəkdir. Çünki O, hakimlərin hakimidir. şiə ümmətinə böhtan atanlar bu məsələdə daha da mübaliğə edərək onlara daha alçaq iftira yapışdırmışlar. Belə ki bəziləri iddia edirlər ki, şiə ümməti öz imamlarının qəbirlərindən torpaq götürüb ona səcdə edirlər. Pak və münəzzəh olan Allaha bu böhtandan pənah aparıram. Budur, bu da şiə kitabları, istər qədim, istərsə də müasir, istər çap olunmuş, istərsə də əlyazması olsun, hamısı yekdilliklə Allahdan başqasına olan səcdəni haram edir. Onlara torpağa sitayiş etdiklərini deyən şəxslər ya bilərəkdən böhtan atır, ya da hər hansı bir şeyə vasitə olaraq səcdə etməklə həmin şeyi sitayiş obyekti bilmək arasında fərqi görmür. Şiələr namazda üzərinə səcdə edilən şeyin torpaq, yəni daş, kəsək, qum, çınqıl, həmçinin yeyilməyən və geyilməyən yerdən çıxan hər hansı bir şey olmasını şərt bilir. Lakin bu deyilənlər içərisində torpağa edilən səcdə daha üstün, bundan da üstünü isə Kərbəla türbətinə edilən səcdədir. Bu məsələdə onlar öz məzhəblərinin məsum imamlarına tabe olmuşlarsa, onda şiələri necə müşrik hesab etmək olar?! Kərbəla türbəti nəinki Peyğəmbər üçün səcdəgah və tahur (paklayıcı) qərar verilmiş bir torpaqdır, hətta məqam və şərəf cəhətdən digər torpaqlardan ən üstünüdür. Çünki Kərbəla torpağı aləmlərin ağası, Peyğəmbərin risalətini diriltmək üçün özünü, əhli-beytini və səhabələrini qurban vermiş İmam Hüseyni (ə) ağuşuna almışdır. Sünni və şiə qaynaqlarına əsasən, Kərbəla türbətinin fəzilətinə dəlalət edən hədislər nəql olmuşdur. Tutaq ki, bu türbətin fəzilətinə dəlalət edən hədislər gəlməmişdir, məgər yaxşı olmazmı ki, müsəlman bu torpağa hörmətlə yanaşıb, namazın səcdəsində alnını onun üzərinə qoysun?! Bu türbətə səcdənin səhih olmasından əlavə, onda din və müsəlmanların islahı yolunda qətlə yetirilmiş şəxsə işarə vardır.
Kərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunmasıKərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunması
3) Bu türbətə səcdənin daha fəzilətli olması: Bu türbətə səcdə etməyin daha fəzilətli olması məsələsinə gəlincə isə nəql olunan hədislərin açıq-aşkar dəlaləti bu mənaya işarə edir. Həmin hədislərdən ikisini qeyd edək:

1) Şeyx Tusi "Misbah” kitabında Müaviyə ibn Əmmardan nəql edir ki, İmam Sadiqin (ə) yaşıl ipəkdən bir kisəsi var idi. Onun içində İmam Hüseynin (ə) türbətini saxlayardı. Namaz vaxtı yetişən kimi həmin türbəti səccadəsinin üzərinə tökərək alnını səcdədə onun üzərinə qoyardı.

İmam Sadiq (ə) belə buyurardı: "İmam Hüseynin (ə) türbətinə səcdə etmək yeddi maneə olan pərdəni yarır.”

2) İbn Babəveyh İmam Sadiqdən (ə) rəvayət edərək belə yazır: "İmam Hüseynin (ə) qəbrinin torpağına səcdə etmək yerin yeddi qatını nurlandırır və kimin bu türbətdən təsbehi olsa, zikr etməsə belə, zikr edənlərdən hesab edilər.”

Deməli, Allaha yaxınlaĢmaq, əməllərin və duaların qəbul olunmasında bu türbət digər torpaqlara nisbətən necə də fəzilətli olmasın?! Bir halda ki, bu məzmuna dəlalət edən hədislər onu əhatə etmişdir. Heç də təsadüfi deyildir ki, İmam Hüseyn (ə) şərafətli Kərbəla çölündə Allah-taalaya üz tutaraq dualar etmişdir. Bu həmin torpaqdır ki, Allah-taala onu şərəfləndirərək möminlərin onun dərgahına yaxınlaşması üçün mövqe qərar vermişdir. Keçmiş peyğəmbər, rəsul və vəsilər arasında bir gün ərzində oruc, namaz, zəkat, malik olduğu hər bir şeyi – övlad, qardaş, yaxınlar və səhabələri Allah yolunda sədəqə vermək adəti olmamışdır. Bütün bunları İmam Hüseyn (ə) Kərbəla adlı məkanda, Aşura günündə Allah dərgahına təqdim etmişdir.


Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor