Zillətin astanasında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-12-2015, 01:49 | Şərh sayı: (0) | Baxılıb: 375
Zillətin astanasında
Allaha itaətdə ölmək Onun itaətsizliyində keçən həyatdan yaxşıdır!
İslam maarifində zülm etmək pisləndiyi kimi, zülmü qəbul edib ona boyun əymək də pislənmişdir. Ədalət carçısı olan ilahi peyğəmbərlər insanları zülm və zülmkara qarşı barışmaz olmağa daim çağırmış, onları zülm və zülmkara boyun əyməkdən çəkindirmişlər. İslam Peyğəmbərinin (s) və onun həqiqi canişinlərinin həyatını mütaliə edərkən, onların heç vaxt zülmə boyun əymədikləri, zülmkarla mübarizə apardıqları və məzlumu müdafiə etdikləri açıq-aydın müşahidə olunur. Allah-Taala insanları zülmdən çəkindirdiyi kimi, onları zülmə boyun əyməkdən də çəkindirir. Çünki insanlar öz haqlarını müdafiə etməyə lazımi qədər hazır olduqları təqdirdə, heç kəs onlara zülm edə bilməz. Adətən, bir toplumda zülmkarın formalaşmasına səbəb olan başlıca amillərdən biri də həmin toplumda zülmə baş əyən insanların varlığıdır. Allah Rəsulu (s) bu barədə buyurur:
کما تکونون یولی (او یومر) علیکم
“Sizə, sizin olduğunuz kimi hakimiyyət olunur.”
Demək, Peyğəmbər (s) və imamların (ə) müsəlmanlara göstərişlərində zülm və zillətə boyun əymək üçün heç bir bəhanə yoxdur. İnsan hər zaman zülm və zülmkara qarşı çıxmalı, daim onunla mübarizə aparmağı qarşıya məqsəd qoymalıdır. İbn Məsud Allah Rəsulundan (s) belə nəql edir:
ستكون عليكم ائمة ان اطعتموهم اضلوكم و ان عصيتموهم قتلوكم. قالوا: فكيف نصنع يا رسول الله؟ قال: كونوإ؛آآّّ كاصحاب عيسى نصبوا على الخشب و نشروا بالمناشير؛ موت فى طاعة خير من حياة فى معصية.
“Gələcəkdə bəzi insalar sizə hakim kəsiləcəklər; əgər onlara itaət etsəniz, sizi düz yoldan azdıracaq və əgər onlara qarşı çıxsanız, sizi öldürəcəklər. Soruşdular: “Ey Allahın Rəsulu (s)! Bu zaman nə etməliyik? ”Buyurdu: “Bu zaman İsanın (s) səhabələri kimi olun! Onları dara çəkildilər və mişarla tikə-tikə doğradılar (amma öz əqidə və inanclarından dönmədilər). Allaha itaətdə ölmək Onun itaətsizliyində keçən həyatdan yaxşıdır.”
Zülm və zülmkara boyun əyməyi məzəmmət edən ayə və rəvayətlərə rəğmən, insanlar niyə zülmə boyun əyirlər?
Hər zaman zülm yolunu açan və ona boyun əyən insalar olmuşdur. Qurani-Kərimdə ولا تركنوا الى الذين ظلموا فتمسكم النار“Zülm edənlərə (rəğbət bəsləmək və kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız)!”– ayəsini dəfələrlə tilavət edən insan niyə zülmə etiraz etmir və zülmkarın kənarında dayanır? Niyə məsum imamların kəlamlarında və həyat tərzində müşahidə olunan zülmə qarşı mübarizə hələ də insanların yaşam tərzinə çevrilmir? Niyə insanlar zülm və zülmkarla birbaşa mübarizə aparmış, məhz bu səbəbdən müxtəlif zindanlarda məhbus həyatı yaşamış və sonda zülmlə mübarizədə şəhid olmuş imam Kazimi (ə) deyil, onun səhabəsi Əli ibn Yəqtini özlərinə örnək götürürlər? Niyə zülmə qarşı mübarizənin zəruri olduğunu göstərən ayə və rəvayətlərin üzərindən asanlıqla keçənlər “təqiyyə” metodunu özlərinə şüar seçirlər? (Təqiyyə insanların inanc və əqidələrindən əl götürmələri anlamında deyil, əksinə daha da güclü zərbə endirmək üçün zərbələrdən qoruyan bir qalxana bənzəyir.)
Bütün bu sualların yalnız bir cavabı var, o da insanın dünyaya bağlılığıdır. Gözündə və qəlbində dünya sevgisi olan insan məqsədinə yetmək üçün hər bir işə əl atmağa hazırdır. Qalmaq sevgisi ilə yaşayan bir insan, getməklə zülmü qəbul etmək arasında seçim qarşısında qaldıqda, seçiminin nə olacağı gün kimi aydındır. Canına, malına, məqamına və övladına düşkün bir insan nəyin bahasına olursa olsun, onları qoruyacaqdır. İmam Hüseyn (ə) xütbələrinin birində zülm və fəsadı müşahidə edib, lakin dünyəvi məqsədlərinə görə sakit qalan və qorxudan zülmkarla əməkdaşlıq edən insanlara xitabən buyurur:
... ولکنکم مکنتم الظلمة من منزلتکم واستسلمتم امورالله فی ایدیهم .... سلطهم علی ذالک فرارکم من الموت واعجابکم بالحیاه التی هی مفارقتکم.
“...Amma siz zülmkarların ilahi mənsəbləri mənimsəməyinə səbəb oldunuz və Allahın hakimiyyət işlərini onlara tapşırdınız. Onların sizə hakim olmasının başlıca səbəbi sizin ölümdən qaçmağınız və sizdən ayrılmaqda olan həyata vurğunluğunuzdur.”
Elə bu səbəbdən, zülmlə mübarizə aparan insanlar dünyaya deyil, yeganə Allaha bağlı olurlar. Onlar nə getməkdən qorxur, nə də qalmağa meyil göstərirlər. Onların gözündə yeganə güc və qüdrət mərkəzi Allah-Taaladır. İlahi peyğəmbərlər dünya əsiri olmadıqlarından, daim zülm və zülmkarın qarşısında dayandılar və zülmə yox dedilər!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər