Zülmə məruz qalan yenə müsəlmanlardır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-10-2015, 22:50 | Şərh sayı: (0) | Baxılıb: 329
Zülmə məruz qalan yenə müsəlmanlardır
Rusiya hərbi təyyarələrinin müdaxiləsi ilə Suriyada gərginlik yeni mərhələyə qədəm qoydu. Artıq NATO da, ABŞ da, bəzi Avropa ölkələri də etiraz səslərini ucaldıblar.
Əslində burda qeyri-adi heç nə yoxdur. Dünya çoxdan müxtəlif qütblərə bölünərək öz maraqları uğrunda mübarizə aparır. Ən acınacaqlısı isə budur ki, bu mübarizə müsəlman torpaqlarında aparılır. Artıq sanki hamı da bununla barışıb, müsəlmanlar da o cümlədən. Bu müsibətlərdən qurtulmaq yolları aramaq əvəzinə indi prioritet məsələ hansı fövqəl-qüvvəyə baş əyməkdir. Suriya da istisna deyil. Faktiki olaraq suriyalıların rəyi heç kimi maraqlandırmır. Ölkənin müqəddəratını müxtəlif qüvvələr həll etməyə səy göstərir. Amma onların sırasında suriyalılar faktiki olaraq yoxdurlar. Əgər olsalar da, sırf rəmzi xarakter daşıyırlar, kiminsə maraqlarına uyğun hərəkət edirlər. Nəticədə isə, həmişə olduğu kimi, müsəlmanlar zülmə məruz qalır, öldürülür, səfil vəziyyətinə düşərək doğma yurd-yuvalarından qaçmaq məcburiyyətində qalırlar. Dünən də belə idi, bu gün də belədir. Ümid sabahadır...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər