Elmi də var, helmi də var |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-11-2015, 19:54 | Şərh sayı: (0) | Baxılıb: 461
Elmi də var, helmi də var
"Helm" sözü, demək olar ki, hər yerdə "elm" sözü ilə yanaşı işlədilir. Kimisə tərifləmək üçün onun haqqında "elmi də var, helmi də" deyərlər. "Helm" sözünün ifadə elədiyi əsas mənalar yumşaq təbiətli olmaq, dözümlülük, səbr, təmkindir. Hətta bəzi mütəfəkkirlər belə deyiblər ki, helmi olmayanın elmi yarımçıqdır. Çünki elm və helm bir-birini tamamlayan və bəsləyən anlayışlardır. Əgər birisi kiməsə bir şey öyrətmək istəyirsə, ancaq tez-tez əsəbiləşib özündən çıxırsa, demək heç istədiyini də öyrədə bilməyəcək.
Elm Allah-Təalanın Alim ismi-şərifinə söykənirsə, helm də Onun Halim ismi-şərifinə dayanır. Halim Allah dedikdə, günahkar bəndəsinin cəzasını müəyyən müddətə qədər təxirə salan, gecikdirən, onun tövbə edərək, xoş əməllər işləyərək doğru yola yönəlməsini gözləyən və bunun üçün ona hər cür imkanlar verən Allah düşünülməlidir.
Bir hədisi-şəriflərində uca Peyğəmbərimiz belə buyurmaqdadır: "Elmin zinətı elm sahıbının helmidir."
"Helm" həm də qüvvətli və haqlı olanın bağışlamasıdır; zəif olsa da haqlının haqsıza qarşı müqavimət göstərməsidir.
Bir məqamı unutmaq olmaz ki, helmdə niyyət ancaq va ancaq Allah rizasıdır. Altında başqa niyyət dayanan dözüm, təmkin, yumşaq davranış helm deyil, ya qorxaqlıqdır, ya tamahgirlik, ya da hansısa başqa bir istəkdir.
"Zaman Azərbaycan"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər