İdrisin kitabı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-10-2015, 02:12 | Şərh sayı: (0) | Baxılıb: 320
İdrisin kitabı
İdrisin kitabında da İslam peyğəmbəri (s) "Pariqlita” adı ilə yada salınır. Həzrət İdris İslam peyğəmbəri (s), Əli (ə), Fatimə (s.ə.), Həsən və Hüseyni kainatın mehvəri kimi tanıtdıraraq buyurur: "Bir gün sizin atanız Adəmlə övladları arasında ən şərəfli yaranmışın kimliyi barədə mübahisə düşdü. Bəziləri dedilər ki, bizim atamız Adəmdir, Allah onu öz qüdrət əli ilə yaratmış, öz ruhundan üfürmüş, mələklərə təzim əmri vermişdir. Əgər Adəm mələklərə müəllim olmuşsa hamıdan da üstün odur. Bir başqa dəstə dedi: "Mələklər atamız Adəmdən üstündür. Çünki onlar heç vaxt Allaha qarşı çıxmır. Adəm isə Allahın göstərişindən çıxdı və zövcəsi ilə birlikdə behiştdən çıxarıldı. Nəhayət, Allah ona mərhəmət buyurub tövbəsini qəbul etdi, imanlı övladlarını behiştlə müjdələdi.” Başqa bir dəstə dedi: "Yaranmışların ən şərəflisi Allahın böyük mələyi Cəbraildir.” Beləcə, onların arasında ixtilaf qızışdı. Amma danışanların hər biri Adəmin adını çəkirdi. Bu vaxt həzrət Adəm buyurdu: "Əziz övladlarım, dinləyin, sizə kimin daha şərəfli olduğunu deyim. Elə ki, Allah məni yaradıb öz ruhundan üfürdü, mən düz oturub Allahın ərşinə baxdım. Səmada beş nur gördüm. Onların işığı məni heyrətə gətirdi. Soruşdum ki, Pərvərdigara, bu əzəmətli nurlar nədir? Xitab olundu: "Onlar mənim yaratdıqlarımın şərəfliləridir, mənimlə yaratdıqlarım arasında vasitədirlər. Əgər onlar olmasaydılar, nə səni, nə göyü, nə yeri, nə behişti, nə cəhənnəmi, nə günəşi, nə də ayı yaradardım.” Ərz etdim ki, Pərvərdigara, onların adı nədir? Xitab olundu: "Ərş boyu bax.” Elə ki deyilən tərəfə boylandım, orada beş mübarək ad yazıldığını gördüm: "Parqlita” (Məhəmməd), "İlya” (Əli), "Pitə” (Fatimə), "Şippər” (Həsən), "Şuppəyr” (Hüseyn). Sonra belə yazılmışdı: "Ey mənim məxluqum mənə təsbih deyin, məndən savayı məbud yoxdur və Məhəmməd mənim rəsulumdur.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər