Qırx dəfə Quran oxumaq savabına malik olan fəzilətli namaz |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 11-01-2016, 07:03 | Şərh sayı: (0) | Baxılıb: 689
Qırx dəfə Quran oxumaq savabına malik olan fəzilətli namaz

Səlatul-Muztər (çıxılmaz vəziyyətə düşən insanın) namazı
"Töhvətul-məhdəviyyə" kitabında hacətlər üçün bir salam ilə dörd rukət yazılmışdır. Birinci rukətdə "Həmd" surəsindən sonra iyirmi beş dəfə "Ufəvvizu əmri iləllahi innəllahə bəsirun bil-ibad", ikinci rukətdə "Həmd" surəsindən sonra iyirmi beş dəfə "La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin. Fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-muminin." Üçüncü rukətdə "Həmd" surəsindən sonra iyirmi beş dəfə "Həsbiyəllahu və niməl-vəkil" və dördüncü rukətdə isə "Həmd" surəsindən sonra iyirmi beş dəfə "La həvlə və la quvvətə illa billahil-əliyyil-əzim" sözlərini desin. Həmçinin namazdan sonra iyirmi beş dəfə salavat göndərərək öz hacətini Allah təaladan istəsin.
Dəfələrlə təcrübə olunmuş hacət namazı
Bunun üçün ehtiyac vaxtında iki rukət namaz qılmaq lazımdır. Belə ki, birinci rukətdə "Həmd" surəsindən sonra "İnna fətəhna" surəsini "Nəsrən əziza" əyəsinədək, ikinci rukətdə isə "Həmd" surəsindən sonra "İnşirah" surəsini sonadək oxumaq və daha sonra öz hacətini Allahdan istəməlidir."
Ayrı bir hacət namazı
Bunun üçün iki rukət namaz qılıb, Həzrət Fatimə (s.ə)-nın təsbihini desin. Və daha sonra səcdəyə gedərək iki yüz iyirmi dəfə "Və zən-nuni iz zəhəbə muğazibən..." ayəsini ozuyub, səcdə halında öz hacətini Allahdan istəsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər