Məhərrəm ayının 1-ci günü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 14-10-2015, 16:30 | Şərh sayı: (0) | Baxılıb: 1873
Məhərrəm ayının 1-ci günü
Ali-Məhəmmədin (s) hüznlü günlərinin başlanması
2. "Şebi - Əbi Talib” hadisəsi
3. Zəkatın ilk toplandığı gün
4. "Zatür-rüqa” müharibəsi
5. Həzrət Hüseynin (ə) karvanının Bəni Məqatilin qəsrinə çatması
6. Mədinə xalqının Yəzid əleyhinə qiyamı
7. Əmirəlmömininin (ə) övladı Məhəmməd ibn Hənəfiyyənin vəfatı
1) Ali-Məhəmmədin (s) hüznlü günlərinin başlanması…
Məhərrəm ayının ilk günü Əhli-beytin (ə) hüzn ayının ilk günüdür. O gün bütün peyğəmbərlər, mələklər, Əhli-beyt (ə) sevən hər kəs və onların ardıcılları hüznlü olur. Rəvayətdə deyilib: Hər il Məhərrəmin ilk günündən aşura günündək Şəhidlər ağasının parça-parça olmuş köynəyi Allahın ərşindən asılır və bütün aləmi qəm bürüyür. (Xəsaisüs-zeynəbiyyə, s.)
Məhərrəm imam Rzanın (ə) kəlamında: Rəyyan ibn Şəbib deyir: "Məhərrəmin ilk günü İmam Rzanın (ə) xidmətinə müşərrəf oldum. Həzrət söz əsnasında buyurdu: Ey Şəbibin oğlu! Cahiliyyət dövrünün ərəbləri məhərrəm günlərində müharibəni haram bilirdi. Ammma bu ümmət məhərrəm ayını aradan qaldırdılar və Peyğəmbərin (s) ehtiramını saxlamadılar. Bu ayda bizim qanımızı halal bilib bizim hörmətimizi sındırdılar. Bizim övladlarımızı və qadınlarımızı əsir etdilər. Bizim yurdumuza od vurub malımızı qarət etdilər. Allahın Rəsuluna (s) görə (Onun adına görə) bizə hörmət etmədilər. Həqiqətən aşura günü bizim ürəyimizi yandırdılar, (ağlamaqan) kipriklərimiz yara bağladı və gözümüzün yaşını axıtdılar. Bizim əzizimizi Kərbəla torpağında (hörmətsizlik edib) kiçik saydılar. Nəticə olaraq bizim üçün qiyamətədək möhnət və bəla (ondan) irs qaldı.
Ey Şəbibin oğlu! Əgər (bir şeyə) ağlamaq istəsən Əli oğlu Hüseynə (ə) ağla! Ona görə ki, qoyunun başını kəsirmiş kimi onu öldürdülər. O həzrətlə birikdə onun evindən on yeddi nəfərini də şəhədətə çatdırdılar ki, onların yer üzündə heç bir bənzəri yox idi. Onların şəhadətində yeddi göy və yer ağladı. Aşura günü dörd min mələk o həzrətin qələbəsi üçün gəldikləri zaman onun şəhid olduğunu gördülər. Ona görə də qəm-qüssəli halda onun pak qəbri ətrafına (təyin olunub) məskunlaşdılar ki, həzrət Qaim (əc) zühur edəndə onun "Ya Saratəl-Hüseyn” şüarına səs verib köməyinə tələssinlər.
Ey Şəbibin oğlu! Bizimlə cənnətin yüksək dərəcələrində olmaq istəsən bizim qəmimizdə qəmgin, bizim şadlığımızda şad ol! Sənə bizi sevməyi və məhəbbətimizi tapşırıram. Əgər bir şəxs bir daşı da sevsə Allah taala sabah qiyamət günü onu həmin daşla məşhur edəcək. ( Üyuni-əxbarür-Rza (ə) c.2, səh. 268, -Biharül-ənvar, c. 44 səh. 285)
2) "Şebi - Əbi Talib” hadisəsi...
Peyğəmbərin ilahi elçiliyə (s) təyin olduğu beşinci gün. İslamın güngündən nüfuzunun çoxalması ilə bağlı Qüreyş kafirləri qərara aldılar ki, əlbir olub Peyğəmbəri-Əkrəmi (s) qətlə yetirsinlər. Əbu Talib (ə) bu bədxah qərardan xəbərdar olduqan sonra Peyğəmbərin (s) canının qorumaq üçün Bəni-haşimi qadın və uşaqları ilə birlikdə "Əbu Talib Şebi”- kimi tanınan dərəyə köçürdü. O böyük şəxsin qiymətli övladları gecə-günüz pərvanə kimi Peyğəmərin (s) vücudunun şəmi ətrafında dolanırdı. Onların böyük səyi Qureyş kafirlərinin peyğəmbəri (s) öldürmək cəhdini nəticəsiz qoydu. Ona görə də onlar Darün-nüdvədə bir yerə tolanıb məclis təşkil etdilər. Orada bir müqavilə yazıb müsəlmanlarla hər növ müamiləni, alış- verişi, nikah və ünsiyyəti qadağan etdilər. Onlar mümkün olan hər bir vasitə ilə peyğəmbərin (s) öldürülməsinə razı olub onu kafirlərə təhvil vermələri üçün müsəlmanlara təzyiq göstərirdilər. Peyğəmbər (s) və müsəlmanların Şebi-Əbu Talibdə mühasirəsi çox ağır və dözülməz keçirdi. Şebi-Əbu Talibin ətrafında məskunlaşmış insanlar , gecələr Bəni-Haşim uşaqlarının aclıqdan ucalan səslərini eşidirdi. İki il tamam olub bir neçə ay keçdikdən sonra Allahın əmri ilə qarışqalar o müqaviləni təkcə orada yazılmış Allahın adı istisna olmaqla bütünlüklə yeyib aradan qaldırdılar. Həzrət Əbu Talib (ə) müşriklərə o möcüzəni xəbər verdi. Onlar çarəsiz qalıb müsəlmanaları mühasirədə saxlamaq və onları incitməkdən əl çəkdilər. Beləliklə müsəlmanlar öz evlərinə qayıtmağa nail oldular. (Muntəhayül-amal, 1-ci bölmə, 6-cı fəsil, səh.72)
3) Zəkatın ilk toplandığı gün...
Tarixin bu təqvimindən Peyğəmbəri-əkrəm (s) zəkat toplamaq üçün təyin etdiyi şəxsləri Mədinə ətrafına göndərdi. Bu iş, çətin və ağır anlarda ehtiyaclılarla birlik, onların dərdinə şərik olmaq və çarəsizlər üçün bir ümid payı idi.
4) "Zatür-rüqa” müharibəsi...
Hicri təqvimi ilə 4-cü il, Qüreyş kafirləri Mədinə ətrafında olan qəbilələri o şəhəri mühasirəyə almağa təhrik etdilər. İslamın əziz peyğəmbəri (s) 400 nəfərlə (digər bir nəqlə əsasən 700 nəfərlə) birlikdə, onlarla üzləşmək üçün Mədinədən xaric oldu. Üç gün onlarla müharibə etdi. Onlardan gələn təhlükənin qarşısı alındıqdan sonra həzrət (s) bu hadisəyəyə görə "xöfv” namazı qıldı. (Kəmal ibn Əsir. c. 2, səh 172).
5) Həzrət Hüseynin (ə) karvanının Bəni Məqatilin qəsrinə çatması...
Tarixi məlumatlara əsasən hicri təqvimi ilə 61-ci il, məhərrəmin ilk günü imam Hüseynin (ə) karvanı Kərbəla səfəri zamanı yolda Bəni Məqatilin qəsrinə çatdı. Orada Übeydullah ibn Hürr Cofi ilə görüşüb onu köməyə dəvət etdi. O, imam Hüseynin (ə) dəvətini qəbul etmədi. Lakin bu üzdən həmişə xəcalət çəkib peşmanlıq odunda yanırdı. Nəhayət məhz bu halla da dünyadan köçdü. (Əl-irşad, c.2, səh. 81)
6) Mədinə xalqının Yəzid əleyhinə qiyamı...
Hicri təqvimi ilə 63-cü ildə Mədinə xalqı, Abdullah ibn Hənzələnin başçılığı ilə Yezid hakimiyyəti əleyhinə qiyama qalxıb Mədinədə sakin olan əməviləri şəhərdən xaric etdi. O qiyamın xəbəri Şam ordusuna çatdı. Şam qoşunu şəhərə hücum etdi və ağrılı "hərrə” faciəsi baş verdi.
7) Əmirəlmömininin (ə) övladı Məhəmməd ibn Hənəfiyyənin vəfatı...
Hicri təqvimi ilə 81-ci il məhərrəm ayının ilk günü Məhəmməd ibn Hənəfiyyə Əbdülməlik ibn Mərvannın hakimiyyətdə olduğu zaman 65 yaşında ikən vəvat etdi və Bəqi məzarlığında dəfn olundu. Bəzilriinin fikrincə o, ömrünün sonlarında Əbdüllah ibn Zübeyrin fitnəsindən xilas olmaq üçün Tayifə qaçıb və orada dünyasını dəyişib. Bəzi rəvayətlərə əsasən Allahın Rəsulu (s) Məhəmmədin doğumunu Əmirəlmömininə (ə) müjdə verib öz adını və ləqəbini ona əta etdi. Məhəmməd ibn Hənəfiyyə bilikli, şücaətli və güclü bir kişi idi. Nəql olunub ki, həzrət Əlinin (ə) hüzuruna müəyyən sayda zireh gətirdilər. Zirehlədən biri adi ölçüdən uzun idi. Məhəmməd zirehin aşağısını yığıb, atasının nişanladığı yerdən tutdu və dəmirdən olan o zirehin ətəyini (ipək) parça kimi qoparıb qısaltdı. (Muntəhayül-amal, 3-ci bölmə, 6-cı fəsil, səh.263)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər