Dua edəndə tələsməməlisən |
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 2-10-2015, 21:55 | Şərh sayı: (0) | Baxılıb: 1991
Dua edəndə tələsməməlisən
Dua edəndə tələsməməlisən
Dua edəndən sonra duanın qəbulu üçün tələsmək lazım deyil. Lazım deyil ki deyəsən, "niyə çox çəkdi” Əksinə, böyük səbrlə, hövsələ ilə dua etməkdən əl çəkməməlisən. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurub:
"Əgər bir qapını döysən, axır bir nəfər çıxıb sənə cavab verəcək.”
İnsan Allahla söhbət etmək istədiyinə diqqət etməlidir. Ona görə tələsməməlidir. Namaz qılanda da tələsmək lazım deyil.
Rəvayət olunur ki, əgər namazdan sonra bir nəfər dərhal durub getsə, Allah tərəfindən nida olunar: "Mənim bəndəmin mənimlə işi yox imiş!”
Gərək namazdan sonra namazın təqibatı ilə məşğul olasan. Xüsusilə bu iş, ruzinin çoxalması üçün çox yaxşı işdir.
Hacəti gərək dilə gətirəsən
Duanın ədəblərindən biri də istədiyi, hacəti açıq surətdə deməkdir. Yəni, istədiyi hacətin adını da gərək desin. Məsələn, əgər borcludursa dili ilə onu qeyd etsin. Əgər ərəb dilini bilirsə, ərəb dilində desin.
Xülasə, Allah istəyir ki, hacəti dilə gətirəsən. Buna baxmayaraq ki, Allah-Taala aşkar və gizli olan şeylərin hamısını bilir.
Dua edəndə ciddi olmaq, israrla etmək lazımdır
Duanın ədəblərindən biri "ilhah” etmək, yəni israr etmək, əl çəkməməkdir. Dilənçiləri görmüsünüz? O, nə qədər çox əl çəkməsə o qədər də istədiyini alır. Çoxlu rəvayət vardır ki, Allah-Taala bir xüsusiyyəti yalnız özünə aid edibdir. Gərək onu Allahdan başqası üçün yerinə yetirməyəsən. O da bir şeyi alana qədər istəmək və əl çəkməməkdir. Allah-Taala istəyir ki, bəndələri bir şey istədikdə istədiyi şeydə Ondan əl çəkməsinlər. Heyf olsun ki, insan öz hacətini zəif bir bəndədən almayınca əl çəkmir.
Yorulmamaq, inciməmək, xatircəmli və vüqarlı olmaq bunların hamısı duaların şərtləridir. Özündən başqalarını da gərək dua edəsən
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər