RSS
 

Login:
Şifrə:
» » 4 günlük Qarabağ müharibəsində Azərbaycan komandosunun möhtəşəm əməliyyatı

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






4 günlük Qarabağ müharibəsində Azərbaycan komandosunun möhtəşəm əməliyyatı

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-04-2016, 19:14 | Şərh sayı: (0) | Baxılıb: 706

4 günlük Qarabağ müharibəsində Azərbaycan komandosunun möhtəşəm əməliyyatı


4 günlük Qarabağ müharibəsində Azərbaycan komandosunun möhtəşəm əməliyyatı Dağlıq Qarabağ yetərincə qapalı ərazidir və DQR (müəllifin yanaşması olduğu kimi saxlanılıb - Strateq.az) müdafiə ordusunun 22 ildə qurduğu istehkamların keyfiyyəti haqda mühakimələr, əsasən, nəzəri xarakter daşıyırdı. Son hadisələr bütün bu müddət ərzində qurulanları dəyərləndirməyə imkan verdi.

Qarabağ ordusunun komandanlığı Holan təpələri rayonunda Suriyanın mümkün müdaxiləsi zamanı İsrail təcrübəsini əsas götürüb. Bu zaman mövqelər bütünlükdə sovet dövrünün mühəndis təminatı və döyüş nizamnaməsinin nəzərdə tutduğu kimi yerləşdirilərək möhkəmləndirilib.

DQR tanklar üçün qurğulara böyük diqqət ayırıb (həm ayrı-ayrı maşınlar, həm də bütöv bölmələr üçün). Məhz hərəkətli atəş nöqtələri rolunu oynayan maşınlar müdafiənin əsası oldu. Mövqe avadanlıqları zəruri halda mövqeyi sürətlə dəyişməyə, sonra isə geri dönməyə imkan verir. Rəqibin hava üstünlüyü şəraitində əməliyyatlara hazırlıq az əhəmiyyətli deyildi. Müdafiə mövqeləri HHM vasitələri, xüsusən də zenit-raket əleyhinə kompleks (ZRƏK) və ZU-23-2 zenit qurğuları ilə doldurulub.

Hava hədəfləri üzrə atəşdə təkcə irikalibrlıi pulemyotlar deyil, həm də helikopterlərlə mübarizədə yüksək effekt nümayiş etdirmiş TƏQ - 7 (tank əleyhinə qranatatan; rus variantı - RPQ-7-red.) hesablamaları öyrədilib.

Azərbaycan əvvəlcə fasiləsiz artilleriya atəşi, tanklar, piyadaların döyüş maşını, həmçinin aviasiya zərbələrinin altında piyada həmlə qrupları ilə ardıcıl şəkildə hər bir müdafiə istehkamını götürməklə Dağlıq Qarabağın müdafiəsini sındırmağa hazırlaşırdı. Bu cür ssenari rəqibi - DQR və Ermənistanın silahlı qüvvələrini tamamilə qane edirdi. Aydındır ki, Azərbaycan hərbçiləri müdafiə mövqelərinə həmlədə ilişib qalaraq şəxsi heyətdə önəmli itkilər verməklə, çətin ki, bütün Dağlıq Qarabağı iki həftəyə ələ keçirdə bilərdi.

Texnikaya istinad

Lakin Bakı 2000-ci illərin axırında azönəmli səngərlər və yüksəkliklər uğrunda qanlı döyüşlər aparmamaq və rəqibə onun müdafiəsinin bütün dərinlikləri boyu atəş yağdırmaq və öndəki hissələrin arxa cəbhə ilə əlaqəsini kəsərək onları ayrı-ayrı məhv etməyi qərara alıb öz strategiyasını kəskin şəkildə dəyişdi. Azərbaycan bu vəzifəni həll etmək üçün ciddi silahlar və hərbi texnika almağa girişdi. Xüsusən də Rusiyadan uzaqmənzilli özüyeriyən Msta-S haubitsaları, 120 mm-lik 2S31 "Vena" və ağır odsaçan sistemlər əldə edildi. Bakı Rusiyadan, İsraildən, hətta Türkiyədən müxtəlif artilleriya sistemləri, həmçinin pilotsuz, o cümlədən birdəfəlik kamikadze "Harop" kimi ekzotik uçuş aparatları aldı. Ən bahalı alqılardan biri İsrailin 20 km-dən artıq məsafədə zirehli texnikanı və müxtəlif qurğuları, səhra istehkamlarını məhv etməyi bacaran tank əleyhinə "Spayk-NLOS" (Spike-NLOS - non line of sight, birbaşa görünməyən həfəfi vuran) raket kiompleksi oldu. "Spayk"laırn, həmçinin "Harop"ların alışı Bakıda böyük hərbi sirr kimi qorunur. Ona görə də hər bir sistemdən orduda nə qədər olduğu haqda indiyədək dəqiq məlumat yoxdur.

Azərbaycan rəhbərliyi zirehli texnikaya, xüsusən də T-90 tanklarının və piyadaların döyüş maşınlarının (PDM-3) alınmasına ciddi diqqət yetirib. Milli televiziyanın təlimlərdə çəkdiyi videosüjetlərə əsasən fikir yürüdülsə, hərbçilər Rusiya maşınlarından piyadaların döyüş nizamı ardınca gedən və rəqibin mövqeyini təkcə fuqas mərmiləri ilə deyil, həm də idarə edilən tank raketləri və TƏİER-dən (tank əleyhinə idarə edilən raket) istifadə etməklə hərəkətli atəş nöqtələri kimi faydalanmağı planlaşdırıb.

Azərbaycan xüsusi təyinatlıları müasir rabitə vasitələri, təchizat, müdafiə vasitələri və gecəgörən avadanlıqlar əldə edib. Kommandosun əsas vəzifəsi rəqibin arxa cəbhəsində artilleriya atəşinin nizamlanması və möhkəmlənmiş istehkamlara gecə hücumudur. Xüsusi təyinatlılara təkcə obyekti ələ keçirtmək deyil, artilleriya və döyüş helikopterlərinin köməyi ilə əldə saxlamaq göstərişi verilib. Bu cür vəzifələr daim məşq edilir, xüsusi bölmələrlə təyyarəçilərin və topçuların qarşılıqlı fəaliyyəti kifayət qədər yüksək səviyyədə qaydaya salınıb.

Planlar və gerçəkliklər

Aprel döyüşləri lokal münaqişələr üçün standartlar üzrə inkişaf etdi. Atışmalardan sonra cəbhə xəttində vəziyyət pisləşməyə başladı və tərəflərin biri hansısa anda zərbə endirmək qərarına gəldi. Məhz kimin kəskinləşməyə getdiyi indiyədək tam aydın deyil. Lakin inkar etmək olmaz ki, məhz Bakı vaxtında əlavə qüvvə gətirməyə və yetərincə güclü artilleriya yumruğu yaratmağa nail oldu. Azərbaycan hərbçiləri toplanmış ehtiyatı hərəkətləndirib aprelin 1-dən 2-ə keçən gecə hücuma başladılar. Azərbaycan kommandosu bufer zonanın quzeyində Talış kəndi rayonunda ermənilərin bir neçə mövqeyini qəfil hücumla ələ keçirtdi. Xüsusi təyinatlıların daha bir qrupu birbaşa yaşayış məntəqəsinə girdi və DQR döyüşçüləri ilə atəş təmasına keçdi. Kənddə gecə döyüşündə öldürülmüş dinc sakinlərin fotoşəkilləri artıq münaqişə bitəndən sonra ictimaiyyətə məlum oldu. Erməni tərəfi azərbaycanlıları mülki əhalini bilərəkdən güllələməkdə, həmçinin ölülər və dirilər üzərində həqarətdə ittiham edir. Bununla belə, fotoşəkillər ondan xəbər verir ki, kommandosun hücumu o qədər gözlənilməz olub ki, dinc sakinlər döyüş zonasını vaxtında tərk edə bilməyib, erməni hərbçiləri isə rəqibin hücumunu dəf edə bilməyiblər.

Xüsusi təyinatlıların əməliyyatına Mi-24G helikopterləri dəstək verirdi. Kommandosun gecə ələ keçirdiyi mövqelərə artıq səhər Azərbaycan piyadasının bölmələri gəlməliydi. Lakin Azərbaycan piyadası ələ keçirilməmiş erməni mövqelərindən atəşlə üzləşib kommandosu vaxtında əvəz edə bilmədi. Xüsusi təyinatlılar lokal təmaslarda əvvəllər tutduqları mövqeləri itirsələr də, bir neçə əsas yüksəklikləri əldə saxlamağa nail oldular. Lakin Azərbaycan hərbçiləri I eskadrilyanın helikopterlərini işə salmalı oldular və onlardan biri TƏQ-7-dən dəqiq atəşlə vuruldu. Azərbaycan HHQ-nin komandanlığı bundan dərhal sonra döyüş zonasında bütün uçuşları dayandırdı.

Bakının işə saldığı toplar, pilotsuzlar, uzaqvuran TƏİR "Spayk" özünü yaxşı göstərdi və rəqibin ehtiyat qüvvə gətirmək, əks-hücum təşkil etmək cəhdlərini tam pozmasa da, ciddi şəkildə çətinləşdirdi. Xüsusən də erməni hərbçilərini aparan avtobusun, həmçinin ermənilərin batalyon qərargahının vurulması İsrailin zərbə "Harop"larının hesabındadır. "Spayk"larla, ən azı, üç erməni tankı məhv edilib, həm də birbaşa azərbaycanlılarn ələ keçirdiyi mövqeləri atəşə tutmağa cəhd etdiyi sığınaqda. DQR ehtiyatlarının yaxınlaşmasına imkan verməmək üçün Azərbaycan "Qasırğa" YRAS (yaylım raket atəşi sistemi-red.), "Dolu" (Qrad-red.), 122 mm-lik D-3- haubitsaları, ÖAQ 2S3 (özüyeriyən artilletiya qurğusu-red.), həmçinin bəzi məlumatlara görə, 152 mm-lik 2S19 toplarından mümkün marşrutlara zərbə endirirdi.

Qarabağ artilleriyası birinci növbədə nəyin bahasına olur-olsun, itirilmiş mövqeləri geri qaytarmağa cəhd edən bölmələrə kömək cəhdiylə atəş qarşıdurmasına fəal şəkildə qoşuldu.

DQR döyüşçülərinin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan hərbçiləri tutduqları mövqeləri atəşkəs qərarına qədər əldə saxlaya bildilər ki, bu da ölkənin siyasi-hərbi rəhbərliyinin milli qürur predmeti oldu.

Hər iki tərəfin tanklardan istifadəsi üzərində ayrıca durmağına dəyər. Qısa münaqişənin gedişində onların "divar-divara" döyüşü baş tutmadı. Hər iki tərəf tankdan çevik atəş nöqtəsi kimi istifadə etdi. Azərbaycanın bir tankı minaya düşdü, yuxarıda deyildiyi kimi, bir neçə erməni tankı isə topların və uzaqvuran "Spayk"laırn qurbanı oldu.

İndi "oyuncaqlar" bahadır

Aprel döyüşləri Qarabağ ordusuna göstərdi ki, nəzərədə tutulmuş iki həftəyə müdafiədə durmaq xeyli çətinləşib. Tanklar hətta yaxşı hazırlanmış mövqelərdə də uzaqvuran "Spayk"ların və adi artilleriyanın qurbanı olur. Eyni zamanda qeyd etmək lazım gəlir ki, Bakı istehkamlara qarşı ən qorxulu silahını - odsaçan ağır "Günvurdu" sistemlərini işə salmadı. Suriyada istifadə təcrübəsinin göstərdiyi kimi, bu sistemlər hətta yaxşı möhkəmləndirilmiş bunkerləri də dağıtmaq gücündədir.

Pilotsuzların korrektə etdiyi uzaqvuran haubitsalar və YRAS ehtiyatların yaxınlaşma yollarının məhdud olduğu dağ relyefi şəraitində cəhdləri iflic etməsə də, DQR komandanlığı üçün ciddi çətinliklər yaratdı. Məhz artilleriya və uzaqvuran TƏİR-in Qarabağ bölmələrinin mövqelərinə zərbələri azərbaycanlıları tutduqları mövqelərdən vurub çıxartmaq üçün Qarabağ ordusunun komandanlığına yetərincə vasitə toplamağa imkan vermədi.

Lakin Bakının silahlı qüvvələri üçün də hər şey o qədər rəvan deyil. Onun zəif halqası ənənəvi qaydada şəxsi heyət olaraq qalır. Xüsusən də piyadada. Hətta erməni bölmələrinin hədəflənməmiş atəşi aprelin 2-də səhər-səhər onun yer dəyişməyinin qabağını aldı.

Bəli, Azərbaycan hərbçiləri daha yüksək texniki səviyyə sayəsində müəyyən uğura nail ola bildilər. Lakin qələbənin qiyməti haqda sual yaranır. Bakı dördgünlük döyüş müddətində bir neçə yüksəkliyə görə xeyli bahalı "oyuncaqlar" xərclədi. Xüsusən də uzaqvuran "Spayk" üçün raketlər, "Harop" PUA.

Aprel döyüşlərinin təcrübəsi göstərdi: Azərbaycan Dağlıq Qarabağda mövqe dalanından çıxış yolu tapdı, lakin bu cür döyüş əməliyyatları olduqca ciddi maddi vəsait və yüksək texnologiyalı silahlar tələb edir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor