RSS
 

Login:
Şifrə:
» » İranla Rusiya Azərbaycana qarşı: Rövnəq Abdullayev Tiflisdə danışıqlara başladı

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İranla Rusiya Azərbaycana qarşı: Rövnəq Abdullayev Tiflisdə danışıqlara başladı

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 15:11 | Şərh sayı: (0) | Baxılıb: 293

İranla Rusiya Azərbaycana qarşı: Rövnəq Abdullayev Tiflisdə danışıqlara başladı


İranla Rusiya Azərbaycana qarşı: Rövnəq Abdullayev Tiflisdə danışıqlara başladı Bu gün Tiflisdə SOCAR prezidenti Rövnəq Abdullayevlə Gürcüstanın energetika naziri, baş nazirin müavini Kaxa Kaladze və baş nazir Georgi Kvirikaşvili arasında danışıqlar olub.

Virtualaz.org Gürcüstan mənbələrinə istinadən xəbər verir ki, tərəflər qaz təchizatının artırılmasını və qiymət məsələsini müzakirə edirlər.

Bu görüş ərəfəsində Gürcüstanın energetika naziri Rusiyanın “Qazprom” şirkəti ilə aparılan danışıqların səbəbləri haqda yeni açıqlamalar verib. Virtualaz.org xəbər verir ki, Kaxa Kaladze bu dəfə Azərbaycandan yetərli qədər qaz almaq üçün infrastruktur olmadığını irəli sürüb. Bundan əvvəl Kaladze Azərbaycanın Gürcüstanın artan tələbatını ödəmək üçün kifayət qədər qaz ehtiyatına malik olmadığını iddia etmişdi.

Kaladzenin sözlərinə görə Azərbaycandan Gürcüstana qaz nəql edən kəmərin buraxılış gücü daha artıq qaz ötürməyə imkan vermir. Məhz bu səbəbdən “Qazprom”la Gürcüstanın ehtiyacı olan əlavə qaz həcminin alınması üçün danışıqlar aparılır. “Lakin bu danışıqlar Gürcüstanın əsas qaz təchizatçısı kimi Azərbaycanın rolunu heç bir halda şübhə altına almır”-keçmiş futbolçu bildirib.

Kaladze jurnalistlərə bu günkü açıqlamasında deyib ki, hazırda “Qazprom”la Gürcüstan üzərindən Ermənistana nəql edilən qaza görə tranzit haqqının pulla ödənilməsi haqda da danışıqlar gedir. İndiyədək “Qazprom” tranzit haqqını qazla ödəyirdi və Ermənistana nəql etdiyi qazın 10 faizini Gürcüstana verirdi. “Biz həmçinin “Qazprom”dan əlavə olaraq 300-400 milyon kubmetr qazın alınması üçün danışıqlar aparırıq”-Kaladze deyib.

Kaladze hazırda Gürcüstanın qaza olan illik tələbatının 2 milyard kubmetr təşkil etdiyini, tələbatın 2012-ci ilə nisbətən 19 faiz artdığını bildirib. Nazirin sözlərinə görə, gündəlik tələbat 11 milyon kubmetrdir. Bu həcmin 6 milyon kubmetrini “Qazax” boru kəməri ilə Azərbaycan nəql edir, 2.9 milyon kubmetri isə Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə nəql olunan qaza görə tranzit haqqı kimi ödənilir. Daha 2-2.5 milyon kubmetr qaz isə Ermənistana tranzitə görə “Qazprom”dan alınır. Kaladzenn sözlərinə görə, Gürcüstana 6 milyon kubmetr qaz ötürən həmin kəmərin daha artıq qaz ötürmək imkanı yoxdur. “Ona görə də biz Rusiya qazı ilə balanslaşdırmaya qərar vermişik”-Kaladze deyib.

Bundan əvvəl Kaladze bildirmişdi ki, “Qazprom”un Gürcüstana təklif etdiyi qiymət Azərbaycandan alınan qazın qiymətindən aşağıdır və çox sərfəlidir. Bu bəyanat SOCAR prezidenti Rövnəq Abdullayevin Tiflisə bu gün gözlənilən səfəri ərəfəsind verilib və gürcü tərəfi kartları açmaqla əsas məqsədin Azərbaycanın bazardakı payını azaltmaq olduğunu təsdiq edib. Hansı ki, Azərbaycan Gürcüstana qazı indiyədək bazar qiymətlərindən xeyli aşağı satırdı və bu ölkəyə satılan min kubmetr qazın orta qiyməti 90 dollardan çox deyildi.

Gözlənilir ki, Gürcüstan tərəfi “Qazprom”la danışıqlardan SOCAR-dan daha ucuz qaz almaq üçün istifadə edəcək. Azərbaycan tərəfi bundan əvvəl Gürcüstan bazarında “Qazprom”la qiymət rəqabətin hazır olduğunu bildirmişdi. Lakin Azərbaycanın özündə qaza olan tələbatın tam ödənilmədiyi, bölgələrdən bir çoxunun hələ də qaz üzünə həsrət qaldığı bir vaxtda Gürcüstana daha ucuz qaz verməyin mənası varmı?

Digər tərəfdən SOCAR-ın Gürcüstan bazarında sıxışdırılmasının əsas səbəbinin geosiyasət olduğu hamıya aydındır. Rusiya Xəzərin energetika resurslarının nəqli üçün strateji dəhliz üzərində mövqelərini möhkəmləndirməyə çoxdan can atır. Gürcüstanın qərbmeylli müxalifəti də məhz bundan narahatdır və “Qazprom”la danışıqlara etiraz olaraq aksiyalar təşkil edir.

Digər tərəfdən İran da Gürcüstan bazarında özünə yer etməyə hazırlaşır. İranın Ermənistan üzərindən Gürcüstana qaz nəqlinə razılıq verdiyi artıq təsdiqlənib. İranın Neft Nazirliyinin rəsmisi Əli Rza Kameli bildirib ki, İran və Gürcüstan İran qazının Ermənistan ərazisi ilə Gürcüstana ixracı barədə ilkin razılığa gəliblər.

Kameli deyib ki, Gürcüstana hər il 500 milyon kubmetr qazın ixrac edilməsi planlaşdırılır. O qeyd edib ki, razılaşma uzunmüddətlidir. Lakin məsələnin detalları barədə heç bir məlumat verməyib. Gürcüstanın qazın hər 1000 kubmetrinə görə nə qədər pul ödəyəcəyi barədə də məlumat verilməyib.

Bu razılaşma Ermənistan ərazisində mövcud olan qaz kəmərinin istismarını nəzərdə tutur. Yəni hələlik yeni qaz kəmərindən söhbət getmir.

Keçən ilin iyun ayında məlum olub ki, bu qaz kəməri tezliklə Rusiyanın "Qazprom" şirkətinə satılacaq. Ötən illərdə bütün "ArmRosqazprom" şirkəti də "Qazprom"a satılmışdı.Üstəlik məlum olub ki, Ermənistan-İran qaz kəmərinin alqı-satqısı barədə təxminən 40 milyon dollarlıq ilkin razılaşma onun istismara verildiyi 2007-ci ildə əldə edilib. Rus inhisarçısının artıq məbləğin 30 miyon dollarını ödədiyi bildirilir.

Ermənistanın Regional Araşdırmalar mərkəzinin rəhbəri Riçard Kirakosyan İran-Gürcüstan razılaşmasını Ermənistan üçün "qızıl imkan" kimi qiymətləndirib. O iddia edir ki, bu razılaşma Ermənistanın təhlükəsizliyini möhkəmləndirəcək.

"Hələlik biz Rusiyanın ...Ermənistanın belə bir layihəni həyata keçirməsinə imkan verib-verməyəcəyinə əmin deyilik. Amma Gürcüstanla İranın enerji əməkdaşlığının gələcəyi indi Ermənistandan asılıdır. Blokada ucbatından artıq xeyli vaxtdır ki, Ermənistan Gürcüstandan asılıdır, ancaq bu kontekstdə Ermənistanın strateji əhəmiyyəti artır. İndi Ermənistan - Gürcüstan münasibətləri daha balanslı olacaq," - deyə Kirakosyan “Azadlıq“ bildirib.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor