RSS
 

Login:
Şifrə:
» » "Həlak olmuş şəxslərin ailə üzvlərinə müvafiq məbləğ ödəniləcək"

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






"Həlak olmuş şəxslərin ailə üzvlərinə müvafiq məbləğ ödəniləcək"

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-12-2015, 21:23 | Şərh sayı: (0) | Baxılıb: 505

"Həlak olmuş şəxslərin ailə üzvlərinə müvafiq məbləğ ödəniləcək"


"Həlak olmuş şəxslərin ailə üzvlərinə müvafiq məbləğ ödəniləcək"


"Dənizdə baş vermiş hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin rəhbərliyi ilə müvafiq komissiya yaradılıb"...

"Mövcud hava şərtləri, partlayış və alovun vurduğu istiqamət insanların təhlükəsiz yerdə dayanmasını mümkünsüz edib"...
"Bu cür qəzaları əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil"...
"İşçilər müxtəlif bəhanələrlə bu vasitələrdən istifadə etmək istəmirlər"...
"İşəgötürənlərin işçilərinə qarşı diqqətli olması və onlar üçün sağlam iş şəraitinin təmin edilməsi vacibdir"...
Bu fikirləri APA TV-də yayımlanan "Sosium" proqramının qonağı, ƏƏSMN yanında DƏMX-nin Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi sektorunun müdiri İlqar Məmmədov deyib.

Qonaq dekabrın 4-də "Günəşli" yatağında yerləşən 10-cu platformada baş vermiş qəza ilə əlaqədar yaradılmış komissiya barədə məlumat verib: "ƏƏSMN yanında DƏMX-də hadisə ilə əlaqədar xidmətin rəisi Fuad Əlizadənin rəhbərliyi ilə müvafiq komissiya yaradılır. Bu komissiyanın üzvləri arasında platformada işləyən müəssisələrin rəhbər şəxsləri olacaq. Bununla yanaşı, Respublika Həmkarlar İttifaqı Konfederasiyasının nümayəndələri də komissiyada təmsil olunacaq".

İlqar Məmmədov işçilərin təxliyəsinin qəza qaydalarına uyğun həyata keçirilməsi barədə danışıb: "Baş vermiş hadisədən sonra işçilər xilas edici qayıqlarla təxliyə olunublar. Bu zaman platformada 4 qayıq olub, hava şərtlərinə görə onların yalnız ikisinə minmək imkanı olub. Qayıqların keyfiyyətinə gəldikdə isə, bunlar adi qayıqlar deyil, fövqəladə hallar üçün nəzərdə tutulur, dövlət orqanları tərəfindən qeydiyyatdan sonra qəbul olunur. Həmin vaxt mövcud olan hava şərtləri, partlayış və alovun vurduğu istiqamət insanların təhlükəsiz yerdə dayanmasını mümkünsüz edib. Ona görə də insanların təxliyə üçün qayıqlara minməsi şərt idi".

Nazirlik rəsmisi bədbəxt hadisə zamanı zərərçəkənlərin ailələrinə sığortanın müəyyənləşməsindən də danışıb: "Bu hadisə zamanı həlak olmuş şəxslərin ailə üzvlərinə sığorta şirkətləri tərəfindən müvafiq məbləğ ödəniləcək. Dövlət sığortasından əlavə, SOCAR tərəfindən nəzərdə tutulan məbləğ də ödəniləcək. Bu zaman Dövlət Neft Şirkətinin kollektiv müqaviləsində nəzərdə tutulmuş təzminat məbləği əsas götürüləcək".

İlqar Məmmədov neftçıxarma təsərrüfatında qəzalı vəziyyətlərin vaxtında aşkarlanması və qarşısının alınması üçün keçirilən reydlər barədə məlumat verib: "Bu cür qəzaları əvvəlcədən proqnozlaşdırmaq mümkün deyildi. Bizim idarə daim işçilər üçün sağlam əmək şəraitinin yaradılmasını nəzarətdə saxlayır. Bundan sonra belə hadisələrin təkrarlanmaması üçün Dövlət Neft Şirkəti ilə birlikdə müəyyən tədbirlər planı hazırlanacaq".
Tikinti sektorunun əmək təhlükəsizliyi baxımından ən riskli sahələrdən olduğunu deyən qonaq bu sahədə bədbəxt halların qarşısını almaq üçün maariflənmənin əhəmiyyətini vurğulayıb: "Tikinti sahəsində də əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozulması halları az deyil. Dövlət nəzarəti bu cür halların aşkarlanması və göstərişlərin verilməsinə diqqət yetirir. Burada cəza mexanizmi ilə yanaşı, maarifləndirmə işinin aparılması, həmçinin müəyyən təlimatların tətbiqi tərəfimizdən həyata keçirilir. Fərdi mühafizə vasitələrindən istifadə təkcə işəgötürənin məsuliyyəti deyil, burada işçilərin də məsuliyyəti var. Bəzi hallarda işçilər müxtəlif bəhanələrlə bu vasitələrdən istifadə etmək istəmirlər. Bunun qarşısını almaq üçün biz işçilərlə seminarlar təşkil edirik".
İlqar Məmmədov hava şərtlərinin iş fəaliyyətinin dayandırılmasına təsiri barədə də danışıb: "Hava şəraitinin əlverişsiz olması ilə bağlı işin dayandırılması Əmək Məcəlləsində nəzarətdə tutulub. Bu qaydaların pozulması halı aşkar olunduqda ilk növbədə xəbərdarlıq olunur, sonra isə iş dayandırılır. Əmək Məcəlləsi respublika ərazisində bütün fəaliyyət göstərən müəssisə və təşkilatlarda əsas şərtdir, burada nəzərdə tutulmuş maddələrin işə götürülən tərəfindən icrası məcburidir və buna DƏMX tərəfindən nəzarət olunur. İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması hər bir işəgötürənin borcudur. İşçilərin texniki əmək qanunvericiliyinə, texniki təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi qaydalarına əməl olunması, işçilər üçün normal əmək şəraitin yaradılması vacib faktordur. Bu cür ağır nəticəli hadisələrin təkrarlanmaması üçün işəgötürənlərin işçilərinə qarşı diqqətli olması və onlar üçün sağlam iş şəraitinin təmin edilməsi vacibdir".



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor